Türk ordusundan terrorçulara Afrində ölümcül zərbə - İnanılmaz rəqəmlər
"Zeytun budağı" hərəkatı PKK terror təşkilatına 2 milyard dollarlıq zərər vurub".
Bu sözləri Suriya İqtisadiyyat Forumunun prezidenti Təmam Əl-Barudi deyib.
O bildirib ki, PKK Afrini "narkotik paytaxtı"na çevirib, bölgədəki 18 milyon zeytun ağacı və fabriklərini ələ keçirərək ildə 2 milyard dollar gəlir əldə edib. Maye yanacaq, xərac, insan qaçaqçılığı və Hələbdə ticarət bazarı, habelə dinc sakinlərdən toplanılan pullar da terror təşkilatının maliyyə mənbələridir. Təmam Əl-Bahrudi qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun həyata keçirdiyi "Zeytun budağı" təşkilatın 3400 üzvünü məhv etməklə yanaşı, ona maliyyə baxımından da ciddi zərbələr vurub.
"Bu terror təşkilatı tarixinin ən böyük zərbəsini Afrində yedi. İnşallah, bu itkilər Münbiç, Haseki və Təl Abyad bölgələrində də davam edəcək.
Suriya ərazisində 67 milyon zeytun ağacı var və bunların 18 milyonu Afrində yerləşir. PKK ələ keçirdiyi 250 zeytun fabrikinin gəlirlərinin yarısını Qəndilə göndərirdi. Afrində ildə 270 000 ton zeytun yağı istehsal edilir. PKK əlavə olaraq, 10 sabun, 22 un, kömür, süd məhsulları və bu kimi müəssisələrin gəlirlərini mənimsəyirdi.
Son bir ildə Fırat Qalxanı bölgəsindəki müəssisələr ixracat məhsullarını Hələb və Şam üzərindən göndərirdi. Bunun üçün Afrin xəttindən istifadə etməyə məcbur qalırdılar. Terror təşkilatı göndərilən məhsullardan əlavə gömrük vergisi tələb edirdi. Afrinin terrorçulardan təmizlənməsi onların qeyri-leqal regional ticarətinə ciddi təsir göstərəcək. Artıq İdlibdən Fırat Qalxanı bölgəsinə və Hələbə uzanan koridorda PKK ünsürləri və xərac mafyası olmayacaq", - Təmam Əl-Bahrudi bildirib.
Mənbə: publika.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş