Azərbaycan ordusunun hərbi təlimləri erməniləri təşvişə saldı

Azərbaycan ordusunun hərbi təlimləri erməniləri təşvişə saldıAzərbaycan ordusunun martın 12-də başladığı genişmiqyaslı hərbi təlimlər Ermənistanda ciddi narahatlığa səbəb olub.

25 min hərbçinin, zirehli texnika, artilleriya sistemi və aviasiyanın iştirak etdiyi təlimlər erməni ekspertləri tərəfindən də maraqla izlənilir.

"Azərbaycan hərbi təlimlərə əsas arsenalını – T-90, T-72 tanklarını, "Smerç" reaktiv yaylım atəşi sistemlərini və s. cəlb edib. Narahat edici məqam bu texnikanın növləri deyil, onların sayı ilə bağlıdır"-deyə "Yeni Müdafiə Siffarişi. Strategiyalar" jurnalının şef-redaktoru Leonid Nersisyan deyib.

Ekspertin fikrincə, hərbi təlimlər yeni müharibənin başlanmasına səbəb olmasa da, Azərbaycan ordusunun döyüş qabiliyyətinin artmasına gətirib çıxaracaq.

"Müntəzəm və geniş miqyaslı təlimlər Azərbaycan ordusunun döyüş qabiliyyətini artıracaq. Münaqişə həll olunmadıqca, hərbi əməliyyatların yenidən başlanması riski qalacaq. Ona görə Ermənistan bu çox arzuolunmaz müharibə riskinə hazır olmalıdır. Amma təəssüf ki, müharibəyə hazır deyilik".

Hərbi analitik Samvel Ağababyan isə Azərbaycanın bu il keçirdiyi hərbi təlimlərdə geniş hərbi arsenaldan istifadə etdiyini deyib.

"Azərbaycan Müdafiə Nazirliyi son illər ərzində ilk dəfə olaraq təlimlərdə düşmən hücumunun qarşısının alınması və müdafiə xəttinin bərpa olunması ilə bağlı təlimlər keçirib. Təlimlərdə Mi-24 döyüş helikopterləri, Su-25 və MiQ-29 qırıcıları, "Smerç" reaktiv yaylım atəşi sistemləri, "Sand Cat" zirehli avtomobilləri və s. iştirak edir".

Daha bir hərbi ekspert Taron Ovanisyan isə Azərbaycan ordusunun istifadə etdiyi İsrail silahlarına diqqət çəkib.

"İsrail istehsalı olan "Lynx" artilleriya sistenləri, Mi-35 və Mi-8/17 helikopterləri, həmçinin, müasir radioelektron mübarizə vasitələrindən istifadə Azərbaycan ordusunun döyüş qabiliyyətinin yüksək olmasından xəbər verir".

Mənbə: modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1650   Tarix: 14 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021