Bu gün və sabah qasırğa olacaq - Xəbərdarlıq

Bu gün və sabah qasırğa olacaq - Xəbərdarlıq"Günəşin səthində heç bir ləkə yoxdur. Lakin bu, heç də "kosmik hava"nın aktiv olmamasına dəlalət etmir. Çünki, Günəşin səthində formalaşmış növbəti tac dəliyindən sürətli Günəş küləyi öz başlanğıcını götürməkdədir. Həmin tac dəliyindən asanlıqla Günəşi tərk edərək planetlərarası fəzaya, o cümlədən Yerə doğru yönələcək qaynar plazma küləyi bu gün ərzində Yerətrafı fəzaya çatacaq. Yerin maqnit sahəsini kifayət qədər həyəcanlaşdıracaq. Bu dəfə G1 sinfinə mənsub olan geomaqnit qasırğası gözlənilir (maksimum şkala G5-dir). Bu qasırğanın bu gün və sabah sutka ərzində fasilələrlə davam edəcəyi proqnozlaşdırılır".

Bu barədə Sonxeber.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, gözlənilən qasırğa baş verəcəyi təqdirdə daha çox yuxarı en dairələrində hiss olunacaq. Bizim ölkənin də yerləşdiyi orta en dairələri üçün təsir effekti isə zəif olacaq. Geomaqnit həyəcanlaşması yüksək səviyyədə olsa da, bizim en dairələrində geomaqnit qasırğası zəif, insanlar üçün təsir isə demək olar ki, hissolunmaz olacaq. 60 dərəcədən yuxarı geomaqnit enliyində yerləşən ölkələrin ərazisində mövcud olan həm texnolji, həm də bioloji sistemlər üçün bu təsir daha çox hiss olunacaq.

"Ümumiyyətlə, insanların çox təşvişə düşməsinə ehtiyac yoxdur. Diskomfortu yalnız geomaqnit həyəcanlaşması və ya qasırğası ilə əlaqələndirmək düzgün yanaşma deyil. Hazırda meteroloji şərait də kəskin dəyişib. Temperatur, külək və atmosfer təzyiqinin kəskin variasiyaları da həssas (meteolabil) insanlara güclü təsir göstərir. Eyni zamanda, "kosmik hava"nın da pisləşəcəyi gözlənilir. Bu iki faktorun – meteoşərasitin və "kosmik hava"nın birgə təsiri sağlam insanlardan çox, risk faktoruna daxil olan insanlara daha çox təsir göstərəcək. Ürək-qan-damar sistemi xəstəliyinə düçar olmuş xroniki xəstələr nisbətən çox əziyyət çəkirlər".- E.Babayev deyib.

Aysel Kərimova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 10462   Tarix: 14 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı-Sumqayıt qatarını DAŞA BASDILAR: Saxlanılanlar var - VİDEO

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bu hal qatarın hərəkətində gecikməy

18 aprel
.

Polis 21 yaşlı qızı axtarır

Hacıqabulda 21 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. T. Təhməzovanın əlamətləri belədir: boyu 17

18 aprel
.

Bu sosial şəbəkədə ilk paylaşım ödənişli ola bilər

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yeni istifadəçilər üçün ilk paylaşıma görə az miqdarda ödəniş tətbiq etməyi təklif edib. "Qafqazinfo" xəbər verir ki, amerikalı milyarder bu barədə öz "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, bunun sayəsində sosial şəbəkəd

17 aprel
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

18 aprel
.

Aytən Səfərovanın aparıcısı olduğu verilişdə açıqlama: "Səhhətində ciddi problemlər yaranıb" - VİDEO

Aytən Səfərovanın aparıcısı olduğu "Xəbər ertəsi" verilişində ilk dəfə onun qəzaya düşməsi ilə bağlı açıqlama verilib. xəbər verir ki, bu barədə Səfərova ilə verilişi təqdim edən həmkarı Mehman Rəsulov danışıb. O baş verən hadisənin "Xəzər tv" kollektivini və onu çox üzdüyünü qey

18 aprel
.

Qarabağdan yeni görüntülər

İşğaldan azad olunan Xocavənd və Ağdam şəhərlərində quruculuq işləri davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər ATV-də yayımlanıb. Bildirilib ki, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində tikintilərin layihələndirilməsi işləri də yekunlaşıb. Daha ətraflı videoda

18 aprel
.

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Türkiyədə bələdiyyə seçkilərinin üstündən müəyyən müddət ötsə də, türk siyasi palitrası hələ də seçkinin yaratdığı zəlzələ effektinin təsiri altındadır. Hakim partiyaya yaxın şəxslərin və medianın müzakirələri isə xeyli suallar yaradır. Seçkinin mümkün nəticələri haqda ilk yazımızda ( ) qeyd etdiyimi

18 aprel
.

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentd

18 aprel
.

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan "MKT İstehsalat Kommersiya" MMC-nin keçmiş işçisi Şamo Ağayev şirkət barəsində iddia qaldırıb. Onu

18 aprel