"Əli Kərimi seçki prosesini ləkələməyib, ona kölgə salmaq istəyir"
Qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürmüş hazırkı deputat Zahid Orucun açıqlaması sosial mediada və sosial şəbəkələrdə ciddi qalmaqala səbəb olub və müəyyən bir qism insanları özünə qarşı qaldırıb.
Belə ki, Zahid Orucun prezidentliyə namizəd olmasına baxmayaraq başqa bir namizəd üçün səs istəməsi və xalqı digər namizədə səs verməsi üçün çağırması ciddi rezonansa səbəb olub. Müxalifət düşərgəsinin nümayəndələri isə sərt sözlərlə millət vəkilini tənqid atəşinə tutublar.
Məsələ ilə bağlı açıqlama verən Zahid Oruc onun əleyhinə yönəlmiş kampaniyanı anlayışla qarşıladığını bildirib:
"Seçki prossesindən uzaq qaldıqları üçün ayrı-ayrı şəxslərin üzərinə gedirlər. Bu da Əli Kərimlinin sifarişi ilə olur. Məqsəd seçki prossesini ləkələmək, ona kölgə salmaq, ayrı-ayrı şəxslərin mübarizə meydanından çəkindirməkdir. Məlum təhqir müstəvisində Azərbaycanın siyasi həyatını çirkləndirməkdir. Belə olan halda prezidentliyə namizəd kimi polimikalarda çox dəqiq ifadələr işlədirəm. Heydər Əliyevçi kursunu davam elətdirən şəxslərin niyə bir neçəsi namizədliyini irəli sürüb sualına cavab olaraq bildirmişəm. Heydər Əliyev dövlətimizin qurucusu olduğuna görə hər kəsin ixtiyarı var ki, onun portretini başının üstündən assın. Hansı tərəfdə olmağından aslı olmayaraq onun liderliyi altında dövlətinin müstəqilliyi adı altında öz mübarizəsini aparsın. Çox təəssüf ki, 90-cı ildən bəri biz bunu görmədik. O qüvvələr hesab edirlər. Heydər Əliyevin xilaskarlıq missiyasını qəbul edərək varyoxdan çıxar və onlara zərbə olar. Müxalifətçilik simalarını itirərlər. Çox yalnış yanaşmadı. Onların imkanı varsa prezidentliyə namizədliklərini verməsələrdə yerdə qalan şəxslərin ölkənin gələcəyi üçün səsləndirdikləri fikirləri dinləsinlər".
Deputat vurğulayıb ki, biz bu müddət ərzində cəmiyyətə tanış simayıq: Yaxşı bilirlər ki, parlamentdə sabit mövqe sərgiləməklə sosial-siyasi həyata, məmur özbaşınalığına, nazirliklərin cəmiyyət qarşısındakı məsuliyyətindən, Azərbaycanın xarici əlaqələrindən və başqa problemlər barəsində fərqli mövqe sərgiləmişik. Yəni müxalif cinahdan da 2003-cü ildə eyni cəbhədə duran 5 namizəd var idi. İsa Qəmbər, Lalə Şövkət, Etibar Məmmədov, Ziyad İsmayılov və Sabir Rüstəmxanlı. Onların bəziləri Elçibəyin portireti altında fəaliyyət göstərirlər. Deyirlər ki, bizim liderimiz bu kişidir. Bəs onda onlardan niyə soruşulmadı ki, siz niyə hamınız eyni əqidədə ola-ola prezidentliyə namizəd olmusunuz. Nə ixtiyarınız var cəmiyyəti aldadırsınız. Dövlətin kursunu qəbul edənlərin bir lideri var. O da cənab prezidentimiz İlham Əliyevdir. Əlbəttə ki, onlar öz seçimlərini ediblər".
BiG.AZ
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş