Bayramı barmaqlıqlar ardında qeyd edəcək Fədayə Laçından XƏBƏR VAR - Ən böyük arzusu...

Bayramı barmaqlıqlar ardında qeyd edəcək Fədayə Laçından XƏBƏR VAR - Ən böyük arzusu...Artıq 3 aydır ki, həbs həyatı yaşayan müğənni Fədayə Laçının bayram ərəfəsində həbs qəti imkan tədbirinin dəyişiləcəyi gözlənilirdi. Ancaq gözlənildiyi kimi olmadı. Müğənni bu bayramı da barmaqlıqlar arasında qeyd edəcək.

Müğənninin vəkili Türkel Süleymanlı Sfera.az-a açıqlamasında müğənninin hazırkı vəziyyətindən danışıb:

"Bayramı həbsdə qeyd edəcək. Dəmir barmaqlıqlar arasında bayramı necə qeyd etmək olar? Çox pis, əlbəttə. Fədayə xanım ümid edirdi ki, bu bayramı evində qeyd edəcək, haqqında həbs qəti imkan tədbiri dəyişiləcək. O bu müddəti evdə keçirməklə istənilən vaxt istintaqlara getməyə hazır idi. Lakin belə olmadı".

T.Süleymanlının sözlərinə görə, hazırda müğənninin ən böyük arzusu bayramda anasını, ailəsini görməkdir.

Hadisə   Baxılıb: 4844   Tarix: 18 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR