Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsi qadağan olunur, ət kəsim yerləri ləğv ediləcək

Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsi qadağan olunur, ət kəsim yerləri ləğv ediləcək"Ölkədə qanunsuz ət kəsiminin qarşısını almaq məqsədi ilə layihənin hazırlanması istiqamətində iş gedir. Bu iş yaxın vaxtlarda yekunlaşdırılacaq və layihə ölkə rəhbərliyinə təqdim ediləcək".

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Media və təhlükəsiz qida" mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, qanunsuz ət kəsimi məsələsi ilə əlaqədar ölkənin bütün ərazisində monitorinq keçirilib: "Monitorinq zamanı Azərbaycanda, təxminən, 111 Baytarlıq Sanitar-Ekspertiza laboratoriyalarının olduğunu öyrəndik və onların şəraitini araşdırdıq. Hesab edirik ki, bu məsələnin qarşısı sırf inzibati qaydada alınmalıdır. Çünki əks halda görülən tədbirlər müvəqqəti xarakter daşıyacaq. Ona görə təklif etdik ki, hər bir rayonda və Bakı şəhərində ət kəsimi məntəqələri yaradılsın".

Agentliyin sədri bildirib ki, artıq bununla bağlı Bakı Şəhəri İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşlər keçirilib: "Bakı kəndləri və paytaxtətrafı regionlar üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri yaradılacaq. Hazırda kəsim yerlərinin formaları müəyyənləşdirilir. Bu məntəqələr ola bilsin modul tipli və ya mobil formada olsun. Artıq onların standartları müəyyənləşdirilib və eskizlər çəkilib.

Qurban bayramında Azərbaycanda kütləvi şəkildə heyvan kəsimi həyata keçirilir. Ona görə də ölkədə həmin ərəfədə nə qədər kəsim məntəqələrinə ehtiyac olduğu və onların müvafiq laboratoriyalarla təmin edilməsi məsələsi araşdırılır. Gələcəkdə Qurban bayramı ərəfəsində küçələrdə ət kəsimi olmayacaq. Bundan başqa, Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsi qadağan olunacaq. Paytaxtın ətrafındakı qəsəbələrdə isə ancaq müvafiq təsərrüfatlarda iribuynuzlu heyvanların saxlanılmasına icazə veriləcək. ". /report


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2057   Tarix: 18 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağır qəzaya düşən Aytən Səfərovanın son VƏZİYYƏTİ

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir. Bu barədə -a TƏBİB-dən bildirilib. Qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabi

18 aprel
.

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentd

18 aprel
.

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq. Report-a isinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi hesabat tədbirində deyib. Onun sözlərinə görə, sənəd qəbulu 13 sentyabra qədər davam edəcək. E.Bağıro

18 aprel
.

Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar

Bakı şəhəri Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəl

18 aprel
.

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld

18 aprel
.

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

Xırdalan-Saray avtomobil yolunda yol nişanı qoyulmadığından avtomobili yarğana düşərək qəza keçirən sürücü "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyini məhkəmədə udub. Qaynarinfo-nun məlumatına görə, Zamin Şabanov (ad-soyad şərti) gecə saat 22:05 radələrində "Lada Vesta" markal

18 aprel
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinən rayo

18 aprel
.

Buraxılış imtahanlarına asan suallar salınır?

Martın 3-ü və 10-u keçirilən buraxılış imtahanlarında ölkə üzrə rekord göstərici qeydə alınıb. -a istinadən xəbər verir ki, illər sonra ümumilikdə 53 nəfər maksimum bal toplayıb. Abituriyentlərin belə uğurlu nəticə göstərməsi imtahanlarla bağlı bəzi suallar doğurub. Təhsil eksperti Elçin Murad imtahanlardak

18 aprel
.

Bu şəxsləri böyük cərimələr gözləyir: "30 min manat verib obyekt işlədirəm..." - VİDEO

Şəhərin mərkəzi hissələrində parklanma yerləri salınsa da, ətraf ərazilərdə bu problem hələ də qalmaqdadır. Xüsusən iri bazarların ətrafında yerli-yersiz parklanmalar səbəbindən nə maşınlar keçə bilir, nə də piyadalar. Vəziyyəti qəlizləşdirən məsələ obyektlərin qarşısındakı ərazilərin dolmasıdır. 8 k

18 aprel