Beynin fəaliyyətini artıran 7 MARAQLI ÜSUL

Beynin fəaliyyətini artıran 7 MARAQLI ÜSULAlimlər iddi edir ki, orqanizmdə yüksək səviyyədə qlutationun tək beyin hüceyrələrinin deyil, ümumiyyətlə bütün orqanizmin qocalmasını ləngidir. Bu səbəbdən alimlər əks-göstərişlər və ya dözümsüzlük olmadığı müddətcə, beyin fəaliyyətinin qocalmasını, eləcə də ağıldankəmlik sindromu riskini azaltmaq məqsədilə qida rasionuna süd əlavə etməyi tövsiyə edirlər. Bəs beyni sağlam və gənc saxlamağın daha hansı yolları var? Nə etmək lazımdır ki, zehni fəaliyyət yaşlaşdıqca passivləşməsin? Beyin məşqlərinə nələr daxildir?

Sonxeber.az Publika.az-a istinadən ağıldankəmlik sindromu riskini azaldacaq və beyin fəaliyyətini cavanlaşdıracaq 7 maraqlı üsulu təqdim edir:

Okan Universitetinin Nevrologiya şöbəsinin mütəxəssisləri sağlam bir gələcək üçün hər kəsin çox asanlıqla tətbiq edə biləcəyi önəmli araşdırmalar aparıblar. Beyin hüceyrələrini sağlam və cavan saxlamaq üçün müxtəlif yollar mövcuddur. Mütəxəssislər qeyd edir ki, qida rasionu ilə bərabər ilk növbədə məşqlərə vaxt ayırmaq lazımdır.

Fiziki məşqlər

Fiziki sağlamlıqla bərabər beyin sağlamlığı üçün də zəruri olan məşqlər var. Aparılan araşdırmalarda iştirak edən insanlar arasında nizamlı qaydada idmanla məşğul olan şəxslərin beyin fəaliyyəti digərlərinə nisbətən 70-80 faiz daha fəal olduğu müəyyənləşib. Eyni zamanda ağciyərlər daha sağlam və aktiv olur, şəkər xəstəliyi riski azalır, yüksək təzyiq, yüksək xolesterin və iflic kimi beyin fəaliyyətinə mənfi təsir edə bilən xəstəliklərə daha az rast gəlinir. Bundan başqa bibəriyyənin tərkibində olan sineol maddəs, eləcə də "nörotrofin" adlı maddə beyin hüceyrələrinin qorunmasında çox faydalıdır.

Bəs "məşq" dedikdə nələr nəzərdə tutulur?

Məşqlər qətiyyən yorucu və ağır olmamalıdır. Sadəcə olaraq müntəzəm olaraq, nizamlı şəkildə hər gün 30-40 dəqiqə gəzinti (qulaqcıqlardan istifadə edərək beyni yormamaq şərtilə), imkan varsa, evdə məşq edin, bağça, həyətyanı sahə ilə məşğul olmaq, hovuzda üzmək və s. Zaman problemi varsa, gündəlik fəaliyyətlər daxilində fiziki fəallığınızı təmin etmək üçün məsələn, yerimə məsafələrində avtomobillərdən imtina edin. Ya da avtomobilinizi getdiyiniz ünvanda daha uzaq yerə park edin və piyada gəzinti üçün şərait yaradın. Bundan başqa lift yerinə nərdivanlardan istifadə etmək həm beyin, həm də ürək fəaliyyətinizə müsbət təsir edəcək.

Zehin məşqləri

İnsan yaşa dolduqca beyin inkişafı yavaşlayır. Yaddaş problemi ilə yanaşı, bir sıra digər problemlər də yaranır. Bununla əlaqədar olaraq, yaşlı insanlarda beyin hüceyrələrinin daha sağlam qalması üçün müntəzəm olaraq yeni məlumatlar qəbul etmək lazımdır. Yeni informasiyaların qəbulu beyni aktivləşdirir. Düşünmə reflektorlarını aktivləşdirir. Yaddaş gücləndirilməsi üçün mümkün qədər eyni informasiyaları təkrarlamağa çalışın. Məsələn, kitab oxuyarkən mövzunun nədən bəhs etdiyini tez-tez xatırladın özünüzə. Məsələni müzakirə edərək fikir yürütməyə çalışın. Xüsusi yaddaş oyunları, rəngli kağızlar, tapmaca, sudoku həll etmək düşünmə tezliyini artırır. İmkan olduqca yeni bir dil öyrənməyə və ya musiqi alətlərində ifa etməyə cəhd edin. Özünüzə işdən əlavə yeni hobbi tapın. Asudə vaxtınızı zehni, fiziki və sosial fəaliyyətlərinizi birlikdə yerinə yetirə biləcəyiniz istiqamətdə birləşdirin.

Sağlam qidalanmanın rolu

Gündəlik istehlak etdiyiniz qidaların təbii və sağlam olması orqanizmin daha cavan qalmasına xidmət edir. Meyvə və tərəvəz, sağlam yağlardan (balıq, zeytun yağı, qoz, badam kimi), tam taxılla zəngin qidalar, B qrup vitaminlər, tərkibi omeqa 3 ilə zəngin məhsullar (yumurta, balıq), riboflavin tərkibli badam yağı, çuğundur və s. ibarət zəngin pəhriz saxlamaq yaşından asılı olmayaraq hər kəsə tövsiyyə edilir. Qan dövranının stabil olması, ürək-damar yollarının təmizliyi, beyin hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır.

Yaddaş və ağıldankəmlik sindromu

Ağıldankəmlik, eləcə də yaddaş pozuntusu cəmiyyət arasında yaşlı insanlarda tez-tez müşahidə üzərinə ağır xəstəliklərdən hesab olunur. Təkcə Birləşmiş Krallıqda bu sindromdan əziyyət çəkən şəxslərin sayı 800 minə çatıb. Okan Univeristetinin mütəxəssisləri apardıqları çoxsaylı araşdırmaların nəticələri əsasında zehni fəallığın düşüncənin tənəzzülünü ləngitdiyinə dair çoxsaylı dəlillər aşkarlayıblar. Mexanizmi bəlli olmayan xəstəliyin bu səbəbdən geniş yayıldığı iddia edilir. Alimlər bu xəstəliyin yaranma səbəblərini, eləcə də vaxtında müalicəsinin öyrənilməsinin sağlam gələcək üçün olduqca əhəmiyyətli olduğunu dilə gətirirlər. Mütəxəssislər kitab oxuyub, krosvord həll etməyin bu xəstəliyin sürətini azaltdığını iddia edirlər.

Siqaret

Tütün məhsullarından istifadə edən şəxslərin 40-50 yaşdan sonra yaddaş zəifliyindən əziyyət çəkdiyi sübut olunub. Belə ki, siqaret çəkən insanlarda tütün tərkibində olan maddə birbaşa beyinin daimi yaddaşından insanların sifətini və adlarını silməyə başlayır. İnsanlar bəzən siqaretin yalnız ağciyər xəstəlikləri, yüksək təzyiq, iflic kimi problemlərə yol açdığını düşünürlər. Lakin bu eyni zamanda yaddaş pozuntusuna da gətirib çıxarır.

Stressin təsiri

Bütün xəstəliklərin özəyi əsəb və stressdir. Alimlər uzun müddətli stressin beyin üzərində ciddi fəsadlara yol açacağını deyir. Beyin sürətli şəkildə öz funksiyalarını itirir. Bir müddətdən sonra isə orqanizm tamamilə passivləşir və heç bir qıcıq qəbul etmədən, reaksiyasız qalır. Beyin orqanizmin stressə necə cavab verəcəyini müəyyən edə bilmir. Gərginlik, stress mərkəzi yaddaşı öldürür. Bu səbəbdən həkimlər insanları stressdən, gərginlikdən mümkün qədər uzaq olmağa çağırır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3402   Tarix: 02 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Azərbaycanda daha 34 nəfər vəfat etdi - Koronavirusla bağlı SON VƏZİYYƏT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə

11 sentyabr 2021
.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

9 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021