Xərçəngdən əziyyət çəkən xalq artisti: "Bir az xəstəliyi aldada bilsəm, bir az zaman udsam..."

Xərçəngdən əziyyət çəkən xalq artisti: "Bir az xəstəliyi aldada bilsəm, bir az zaman udsam..."Mən xəstəlik deyib sızlamağı sevən insan deyiləm. Həyatdı. Demək ki, bunları yaşamaq alın yazımızdı. Nə deyim ki? Hələ ki yaşayıram. Şükür deyirəm. Kişiyə ağlamaq yaraşmaz.

Sonxeber.az bildirir ki, bu sözləri xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Fuad Poladov səhhəti ilə bağlı pressclub.az-a danışarkən deyib. O bildirib ki, xəstəliyinə görə övladları narahatdır ki, bu da onu ağrıdır: "Onların çarəsizliyi məni narahat edir. Heç kimə əziyyət vermək istəmirəm. Hər atanın arzuları kimi mənim də xəyallarım var. Onları yaşamaq qismətim olsa, görərəm deyirdim. İndi bilmirəm. Allahdan istəyim, oğlumun toyunu görməkdir. Son günlər bir az xəstəlik mənə güc gəlir, deyəsən. Allah hər kəsə kömək olsun".

F.Poladov qeyd edib ki, müalicələri davam edir: "Bilirəm ki, bu xəstəlik müalicə ilə sağalan deyil. Amma bir az xəstəliyi aldada bilsəm, bir az zaman udsam, bəlkə ata olaraq arzularımdan bir neçəsinin həyata keçməsini görə bilərdim. Sadəcə, övlad toyu görməyi çox istəyirəm. Hər kəsə can sağlığı arzulayıram".

Mədəniyyət   Baxılıb: 1932   Tarix: 05 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR