Azərbaycan idmançıları Prezident İlham Əliyevə belə dəstək oldu - VİDEO

Azərbaycan idmançıları Prezident İlham Əliyevə belə dəstək oldu - VİDEOAzərbaycan idmançıları 11 apreldə keçiriləcək Prezident seçkilərində İlham Əliyevə dəstək üçün elan olunan marafona qoşulublar.

"Report" xəbər verir ki, marafonu peşəkar kikboksinq üzrə dünya çempionu Zabit Səmədov başlayıb və digər idmançıları estafeti davam etdirməyə çağırıb.

Ötən həftə ərzində estafeti sərbəst güləş üzrə Avropa və 3 qat dünya çempionu Hacı Əliyev, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov, taekvondo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Ramin Əzizov, karate üzrə 5 qat dünya və 10 qat Avropa çempionu Rafael Ağayev, futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışov, Azərbaycan voleybol millisində çıxış etmiş Valeriya Məmmədova, boks üzrə Avropa çempionu, dünya çempionatının və 2012-ci il London Yay Olimpiya Oyunlarının mükafatçısı Teymur Məmmədov, peşəkar boks üzrə dünya çempionu Pərviz Abdullayev, həmçinin, pauerliftinq üzrə dünya və Avropa çempionları Vüqar Namazov, Ramil Əhməd və Hafiz Verdiyev estafeti davam etdiriblər.

Cüdo üzrə Azərbaycan milli komandası isə estafeti tam heyətlə qəbul edib.

Marafona həmçinin veteran idmançılardan da qoşulanlar olub. Azərbaycanı müstəqil ölkə kimi ilk Olimpiya Oyunlarında təmsil etmiş ağırlıqqaldıran, dünya və Avropa çempionatlarının mükafatçısı Asif Məlikov seçkilərdə İlham Əliyevə dəstək videosunu yayıb.

Çəkilişə videodəstəyi "Report" İnformasiya Agentliyi göstərib.

Xatırladaq ki, Azərbaycanda Prezident seçkiləri aprelin 11-nə təyin edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1071   Tarix: 09 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kriştiano Ronaldo iki oyunluq cəza alacaq

Portuqaliya millisinin və "Əl-Nəsr"in klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında "Əl-Hilal"la oyunda (1:2) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyunluq cəzalandırılacaq. -in xəbərinə görə, bu barədə "Asharq Al-Awsat"

16 aprel
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14 aprel
.

COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi yer məlum olub. report-a istinadən xəbər verir ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bu il Bakı Olimpiya Stadionunda keçiriləcək

15 aprel
.

"Qalatasaray" - "Fənərbağça" derbisində 90 ildən sonra ilk yaşandı

1909-cu il yanvarın 17-də "Papazın Çayırı" adlanan yerdə "Qalatasaray"ın 2-0 qalib gəldiyi matçla başlayan 115 illik rəqabətdə dünən bir ilk yaşanıb. "NTV Spor"a istinadən xəbər verir ki, 50-ci saniyədə "Fənərbağça"nın qapısına qol vuran Mauro İkardi qarşılaşmad

8 aprel
.

Salah Messini sevimli oyunçu adlandırdı

"Liverpul"un cinah oyunçusu Aleksis Mak Allisterin bu mövsümdəki çıxışını da yüksək qiymətləndirib. xarici mediaya istinadən bildirir ki, İngiltərə klubunun misirli hücumçusu Məhəmməd Salah "İnter Mayami"də çıxış edən Messi ilə bağlı fikirlərini də açıqlayıb. Əvvəlcə Aleksis Mak Allisterdə

8 aprel
.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17 aprel
.

Futbolçu formasını 50 avroya satdı - Video

İspaniya 3-cü Liqasında mübarizə aparan "Malaqa"lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb. "Qafqazinfo" xəbər verir ki, çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib. Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avr

16 aprel
.

Makqreqor qayıdır: Kiminlə və nə vaxt döyüşəcək?

İrlandiyalı Konor Makqreqor iyunun 30-a keçən gecə Las-Veqasda "Ultimate Fighting Championship" (UFC) turnirində amerikalı Maykl Çandlerlə döyüşəcək. Bu barədə UFC prezidenti Dana Uayt məlumat verib. Döyüş "UFC 303" turniri çərçivəsində baş tutacaq. Qeyd edək ki, Makqreqorun 35 yaş

15 aprel
.

"Qalatasaray" İkardinin alternativini Fransada tapıb

Argentinalı ulduz Mauro İkardini əvəzləyə biləcək hücumçu axtarışlarını davam etdirən "Qalatasaray" Fransa bazarına üz tutub. Məlumata görə, "CimBom" "Liqa 2"də forma geyinən Zan Vipotniklə maraqlanır. Qeyd edək ki, klub hazırda ehtiyat hücumçu kimi komandada çıxış edə

19 aprel