Dolllar yenidən bahalaşacaq? - ekspert gündəmi çalxalayan məsələyə belə münasibət bildirdi

Dolllar yenidən bahalaşacaq? - ekspert gündəmi çalxalayan məsələyə belə münasibət bildirdiSon günlər manatın yenidən ucuzlaşacağı ilə bağlı qeyri-dəqiq informasiyalar yayılıb. Heç bir fakta əsaslanmayan bu məlumatlar insanlara arasında çaşqınlıq yaradıb. Mərkəzi Bankın sədri Elman Rüstəmov ötən gün keçirdiyi mətbuat konfransında məsələyə münasibət bildirib. Baş bankir nəzərə çatdırıb ki, manatın dəyərdən düşməsi üçün heç bir fundamental amil mövcud deyil.

Sonxeber.az xəbər verir ki, İqtisadçı-ekspert Vüqar Bayramov AzVision.az-a bildirib ki, cari ilin 3 ayının nəticələri dollara təlabatın kəskin artdığını göstərir. Ekspert bildirib ki, bu, özünü Dövlət Neft Fondu tərəfindən təşkil edilən hərraclarda da göstərməkdədir.

"Apardığımız monitorinqlər, həm də son 3 ayın hərraclarla bağlı yekunları göstərir ki, dollara tələb artır və artmaqdadır. Yanvar ayında 299 milyon dollar satılmışdısa, fevral ayında isə 364 milyon dollar satılıb və 1,7 faiz artım müşahidə edilib. Mart ayında bu rəqəm 647 milyon dollara çatıb. Bu, fevral ayı ilə müqayisədə 77,7 faiz artım deməkdir. Dollara tələbin artması bir tərəfdən büdcə xərcləmələrinin çoxalması, digər tərəfdən idxalın artması ilə xarici valyutaya tələbin güclənməsi ilə bağlıdır. Eyni zamanda rubl psixoloji həddi keçib, 60 dollardan aşağı düşüb, Türkiyədə lirə psixoloji həddən aşağıdır. Bir dollar 4 lirədən aşağı düşüb. Azərbaycanın Rusiya və Türkiyə bazarları ilə əlaqələsini nəzərə alsaq, bunun dolayısı yolla manata psixoloji təsiri olur".

V.Bayramov qeyd edib ki, dollara tələbin artması fonunda məzənnənin necə dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. "Etiraf etmək lazımdır ki, Mərkəzi Bank milli valyutanın məzənnəsinin formalaşdırılmasında yenə də aparıcı mövqeyini qoruyub saxlayıb. Ötən ilin fevral ayından etibarən manatın stabilliyi fonunda Mərkəzi Bank tərəfindən məzənnə siyasətinin çevikləşməsinin həyata keçirilməsinə ehtiyac var. Əvvəlki dövrlərdə 0.78 məzənnəsi nə qədər məqsəduyğun deyildisə, son bir ildə məzənnənin 1.70 qalması o qədər doğru deyil. Ən azı Rusiyada olduğu kimi bir intervalın müəyyənləşdirilməsinə ehtiyac var. Çox təəssüf ki, Mərkəzi Bank yenə də stabil məzənnəyə üstünlük verdi və bu konteksdə manatın qəpiklə belə dəyər itirməsi dollara tələbi artırır. Dollara tələbin artması iyun-avqust, noyabr-dekabr aylarında müşahidə olunacaq. Bura Dövlət Neft Fondunun hərraclara dollar çıxarması birbaşa təsir göstərir. "Üzən məzənnə" rejimi tətbiq olunsaydı, o zaman manatın dollara nisbətən dəyər itirməsi müəyyən intervalda baş verəcəkdi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2025   Tarix: 10 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il

6 may 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021