Pensiyaçılara şad xəbər

Pensiyaçılara şad xəbərPensiyaların orta aylıq məbləği 8,8 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,27 faiz artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 999,85 milyon manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,50 faiz və ya 95,01 milyon manat artıb.

O cümlədən, fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 9,61 faiz artaraq 507,85 milyon manat təşkil edib. Həmin daxilolmaların 63,8 faizi və ya 324,18 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da ötən ilin birinci rübünə nisbətən 10,03 faiz və ya 29,54 milyon manat çox olmaqla proqnozun 102,1 faiz icra edildiyini göstərir.

2018-ci ilin birinci rübündə işsizlikdən sığorta haqları üzrə gəlirlər isə 15,5 milyon manat təşkil edib.

İşləyən əhalinin sosial müdafiə hüquqlarının formalaşmasına əsas yaradan fərdi uçot sistemində iştiraka marağın artması həmin sistemdə fərdi şəxsi hesabı olanların sayının cari ildə də artmasını şərtləndirib.

Bunun əyani təsdiqi olaraq, 2018-ci ilin 01 aprel tarixinə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 443 760 nəfər) ilə müqayisədə 164 212 nəfər və ya 4,8 faiz artaraq 3 607 972 nəfərə çatıb.

Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində özünü göstərən artım dinamikası cari ilin ötən dövründə də hər ay üzrə pensiyaların elə həmin ay daxilində, hətta Novruz bayramının keçirildiyi mart ayında bu ödənişlərin vaxtından daha tez olmaqla bayrama qədərki dövrdə maliyyələşdirilməsinə imkan verib.

Azərbaycan Respublikası prezidentinin "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən 2018-ci ilin 1 yanvar tarixinə əmək pensiyasının minimum məbləği, bütün növ əmək pensiyalarının sığorta hissəsi və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri 2017-ci il ölkə üzrə orta aylıq nominal əməkhaqqının 5,7 faiz illik artım tempinə uyğun olaraq indeksləşdirilib.

Əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 236 min nəfərinə və ya 94 faizinə şamil olunmaqla, 2018-ci ilin fevral ayının pensiyalarının ödənişi onların yanvar və fevral aylarındakı artımları ilə birlikdə həyata keçirilib.

Beləliklə, ötən dövrdə olduğu kimi, cari ildə də əmək pensiyalarında artım tempi davam edərək, pensiyaların orta aylıq məbləği cari ilin əvvəlindəki 208,36 manatdan 2018-ci il 01 aprel tarixinə 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 233,68 manatdan 244,36 manata yüksəlib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən pensiyaların orta aylıq məbləğinin 8,8 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 9,27 faiz artdığını göstərir.

Onu da bildirək ki, 01 aprel 2018-ci il vəziyyətinə ölkəmizdə 1 milyon 313 min nəfər və ya ölkə əhalisinin 13,3 %-i əmək pensiyası alır. Onlardan 58,8 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,7 faizi isə əlilliyə görə pensiya alanlardır.

Hazırda ölkədə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə ( 525,6 manat) nisbəti 46,5 % təşkil edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 15318   Tarix: 12 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İctimai TV "Kristal Abşeron"- un əyilən binasını müzakirəyə çıxardı - Vəziyyət gərginləşir...

Xəbər verdiyimiz kimi, "Qobu Park-3" yaşayış massivində məcburi köçkünlər üçün tikilən bina əyilib. Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydaların

24 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel
.

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdityevin qohumudur

Sabiq deputat İlham Əliyevin qardaşı oğlu Səftər Əliyevin direktoru olduğu "Hazarbalıq" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb. "Qaynarinfo"-ya istinadla xəbər verir ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən balıq istehsalı ilə məşğu

24 aprel
.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel