Dollar BAHALAŞACAQ, yoxsa..? - AÇIQLAMA

Dollar BAHALAŞACAQ, yoxsa..? - AÇIQLAMASon günlər cəmiyyətdə dolların bahalaşacağı ilə bağlı şayiələr gəzir.

Qonşu ölkələrdə (Rusiya və Türkiyədə) milli valyutanın ciddi şəkildə dəyər itirməsi, həmçinin FED bir neçə həftə öncə uçot dərəcəsini artırması ilə bağlı verdiyi qərar şayiələrin yayılmasına səbəb oldu. Lakin Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib ki, iqtisadiyyat sabitdir və məzənnədə tərəddüd üçün heç bir əsas yoxdur. Əksinə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə iqtisadi fəallıq yüksəlib. Bu səbəblə, manatın növbəti devalvasiyasından söhbət gedə bilməz.
İqtisadçılar da yayılan şayiələrlə bağlı açıqlamalar veriblər.

Bununla bağlı Metbuat.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, növbəti dövrlərdə dollara tələbin artması gözlənilir:

"Dünyada dollara tələb artır. Azərbaycanda da bu tələbin artması müşahidə edilir. Büdcə xərclərinin artması nəticə etibariylə dolların bahalaşmasını şərtləndirən əsas səbəblərdən biridir. Büdcədən daha çox vəsaitin ayrılması dollara tələbi artırıb. Bu ilin ilk 3 ayının yekunlarına diqqət yetirsək, 1.3 milyard dollar hərraclar vasitəsilə satılıb. Bu da 2017-ci ilin həmin dövrü ilə müqayisədə 65% çoxdur. Yaxud 516 milyon dollar artıq satıb. 3 ayda ayrı-ayrı vaxtlarda dollara tələb artır. Məsələn, yanvar ayında 299 milyon dollar satılmışdısa, fevralda bu rəqəm 364 milyon, martda isə 647 milyon dollara çatıb. Mart ayında əvvəlkilərlə müqayisədə 78 milyon çox dollar satışı həyata keçirilib. Bu da Rusiya və Türkiyədə milli valyutanın ucuzlaşmasıdır. Azərbaycan dollara olan tələbi artırıb. Çünki son illər rus rublu 62 dollardan ucuz satılır. Rusiyada milli valyutanının ucuzlaşma prosesi gedir. Türkiyədə isə lirə psixoloji həddi keçib. 1 dollar 4 lirədən baha satılır. Rusiya Azərbaycanın əsas tərəfadşlarından biridir. Azərbaycanın 1.5 milyard dollarlıq qeyri-neft sektorunun 553 milyon dolları Rusiyanın payına düşür. Rusiya Azərbaycanın qeyri-neft ixracanın 36%-nı təşkil edir. Azərbaycan qeyri-neft ixracının təxminən 60%-a yaxını Rusiya və Türkiyənin payına düşür. Rubl və lirənin ucuzlaşması Azərbaycanın qeyri-neft ixrac imkanlarına birbaşa təsir göstərir. Bu baxımdan manata psixoloji təsir artır. Manata psixoloji təsir var, tələb də artıb.

Qonşu ölkələrdə dolların ucuzlaşması müşahidə edilir. Xüsusilə Rusiya-Qərb, Türkiyə-Qərb münasibətlərinin gərginləşməsi hər iki ölkədə milli valyutanın ucuzlaşması risklərini artırıb. Azərbaycanda isə məzənnənin necə dəyişməsi Mərkəzi Bankın verdiyi qərardan asılı olacaq. Artan tələbi ödəməklə manatın məzənnəsini qoruyub saxlamalıdır. Odur ki, növbəti dövrlərdə tələb artacaq. Hazırda prornozlar bu istiqamətlər üzrədir. Dollara tələbin artması prosesi davam edəcək. Mərkəzi Bank daha çevik siyasət həyata keçirməlidir ki, manatın məzənnəsini qoruyub saxlaya bilsin".

İqtisadçı-ekspert Cəfər İbrahimli isə qeyd edib ki, Rusiya və Türkiyədə baş verənlərin manata təsiri yoxdur:

"Manatın üzərində yaranan təziq bir neçə səbəbdən qaynaqlanır. Türk lirəsinin və Rusiya rublunun dəyər itirməsi bu səbəblərin önündə gəlir. İnsanlarda belə bir qənaət var ki, rubl dəyə itirən zaman Azərbaycanda da belə olur. Düşünürük ki, hazırki durumla o vaxtki devalvasiyadakı vəziyyət fərqlidir. O zaman neft istehsal edən ölkələrin hər birinə neftin qiyməti ilə bağlı təsir vardı. Orada paralellik ola bilərdi. Hazırki situasiyada isə Rusiyanın özünəməxsus məsələləri var. Bu, məlum siyasi risklə bağlı məsələdir. Rusiyaya tədbiq olunan sanksiyalarla bağlıdır. Azərbaycana bu kimi halların təsir etməsindən söhbət gedə bilməz. Hazırda valyuta ehtiyatları, Neft Fondunun imkanları, neftin qiyməti və Mərkəzi Bankın valyuta ehtiyatlarının vəziyyətinə baxdığmızda, Mərkəzi Bankın uçot dərəcələrini aşağı endirməsi onu göstərir ki, Mərkəzi Bank rahatdır. Manatın üzərinə inflyasiya ilə bağlı hər hansı bir təzyiq hiss etmir. Uçot dərəcəsinin aşağı salınması Mərkəzi Bankın rahat olduğunun göstəricisidir. Belə vəziyyətdə, Rusiya və Türkiyədə baş verənlərin manat üzərində təsirinin yaranacağını düşünmürük".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 6863   Tarix: 12 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mikayıl Cabbarov: "Vergi daxilolmalarının davamlı artımı vətəndaşların rifahına mühüm töhfələr verir"

İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edib. Bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında yazıb. "11 fevral - Azərbaycanın vergi xidməti işçilərinin peşə bayramıdır. Dövlətimizin vergi orqanları vəzifə öhdəliklərini məsuliyyətl

11 fevral
.

Qızılın qiyməti rekordunu yenilədi

Qızılın qiyməti aprelin 1-də rekord səviyyəyə yüksəlib. Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa yaxınlaşdığını göstərən əlamətlər artıma təkan verib. Qızılın bir unsiyasının qiyməti artaraq 2 265,73 dollar olub. Bu 28 martdak

1 aprel
.

Vətəndaş pulunu niyə banka qoymur?-AÇIQLAMA

Bəzi vətəndaşlar pulu bankda yox, "yastıq altında" saxlayırlar. Vətəndaş niyə görə banka pul qoymaqdan çəkinir?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. İqtisadçı inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxardığın

16 aprel
.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart
.

Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdl

9 aprel
.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşıb. xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir. Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər. Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşki

19 mart
.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

Qızıl qiymətinə satılan meyvələr: Bahaçılığın səbəbi nədir? - ARAŞDIRMA + VİDEO

Hər il mart ayında bazarlarda meyvə-tərəvəzin qiyməti əl yandırır. Bəziləri isə sözün həqiqi mənasında qızıl qiymətinə satılır. Mövzu ilə əlaqədar Baku TV-nin əməkdaşı paytaxtdakı bazarlardan birində olub. Satıcıların sözlərinə görə, istehsalçılar vəziyyətdən istifadə edərək alçanı istədikləri qiymət

14 mart
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart