Azərbaycanda vəzifəli şəxsin oğlu faciəvi şəkildə öldü - Təfərrüat

Azərbaycanda vəzifəli şəxsin oğlu faciəvi şəkildə öldü - TəfərrüatOğuzda vəzifəli şəxsin oğlunun ölümü ilə nəticələnən bədbəxt hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, Yaqublu kəndi ərazisində Oğuz rayon İcra Hakimiyyəti başçısının Yaqublu kəndi üzrə ərazi-icra nümayəndəsi Bəxtiyar İsmayılovun oğlu – 30 yaşlı Cavid İsmayılovun yüksəklikdən yıxılması nəticəsində deyil, sökülməkdə olan tikilidə öldüyü məlum olub.

Bildirilir ki, ailəli, 2 uşaq atası olan Cavid İsmayılov atasının yaratdığı tütünçülük təsərrüfatına nəzarət edirmiş və dünən tütün istixanasına gəlib. O, istixanaya gələn su xəttini açmaq üçün quyuya tərəf gedib və bir qədər sonra meyiti sökülməkdə olan tikilidə tapılıb. İlkin ehtimala görə 30 yaşlı şəxsin başına nə isə düşüb və ya yıxılaraq başından aldığı ağır xəsarətdən vəfat edib.

Hüquq-mühafizə orqanları bu gün hadisə yerinə növbəti dəfə baxış keçirib. Hadisənin konkret hansı şəraitdə baş verməsi aparılan araşdırmalar nəticəsində məlum olacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 7807   Tarix: 13 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xankəndi şəhərində silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən -a məlumat verilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 12-də Xankəndi şəhəri ərazisindən doqquz ədəd müxtəlif markalı avtomat silahı, üç tüfəng, dörd qumbara, bir fişən

13 aprel
.

Ağcabədidə qadın əri və qızının batdığı yerdə FƏRYAD ETDİ - VİDEO

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıblar. Hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. Baku TV hadisə yerindən görüntüləri təqdim edib. Həmin yerə gələn ana övladı üçün fəryad edərək onun tapılmasını istəyib. Qeyd edək ki, Fövqəladə Halla

13 aprel
.

Ağdamda mina partlayışı olub: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

"İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Mirfəttah Bağır oğlu Bağırovun vəziyyəti ağırdır". "Report" xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib. "Xəstə daxil olarkən diaqnoz

12 aprel
.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas

14 aprel
.

Daha bir məhkum Bakı həbsxanasında öldü

Bakıda daha bir məhkum həbsxanada ölüb.  xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində baş verib. Burada cəza çəkən Nəcəfov Elşən Nəcəf oğlu dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir

11 aprel
.

Xankəndidə avtomat və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar tapıblar. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 10-da Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 3 tüfəng, 4 qumbara, 4 alışdırıcı, 1

11 aprel
.

Kürdə batan ata və qızın yaxınları danışdılar: "Uşaq əlindən çıxıb düşüb suya..." - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub. Baku TV-yə danışan ata və qızın yaxınları hadisənin necə baş verdiyi ilə bağlı fikirlərini bölüşüblər. İtkin düşmüş kişinin atası Tahir Süleymanov bildirib ki, oğlunun su xoşuna gəlib, evə gələrək deyib ki, gedək orada çay qaynadaraq içək:

13 aprel
.

Babası, atası və oğlu şəhid olan Arif İsmayılov vəfat etdi

Babası 1918, atası 1942, oğlu isə 1994-cü ildə şəhid olan Göyçayın Ləkçıplaq kənd sakini Arif İsmayılov vəfat edib. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Qeyd olunub ki, Arif İsmayılovun oğlu İsmayıl İsmayılov 1994-cü ildə Kəlbəcər ətrafında gedən döyüşlərdə 60-dan çox ermənini məhv edərək Qanlıkən

14 aprel
.

Azərbaycanda FACİƏ: Ata və 6 yaşlı qızı Kür çayında batdı

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb. -a istinadən xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisind

12 aprel