Sabiq nazirlər Ziya Məmmədov və Eldar Mahmudov - HƏDƏFDƏ

Sabiq nazirlər Ziya Məmmədov və Eldar Mahmudov - HƏDƏFDƏSabiq nazirlər o qədər irimiqyaslı qanunsuzluqlara yol verib ki, cəmiyyət onların yalnız işdən çıxarılması ilə barışmaq istəmir

Seçki prosesi yekunlaşdı, hakimiyyətə qarşı cəbhə açmış kəsimin idarəçilərinə qarşı savaş başlayır. Məhşər ayağına çəkiləcək şəxslər sırasında ilk yerləri sabiq məmurların tutacağı haqda iddiaları var.

Ötən saylarımızdan birində Azərbaycan hakimiyyətinin xaricdən ona qarşı yönələn hücumların kimlər tərəfindən təşkil olunması istiqamətində araşdırmalara başlaması haqda yazı dərc etmişdik. Redaksiyamıza daxil olan məlumatlardan belə aydın olurdu ki, hücumlara yön verənlər vaxtilə hakimiyyətdə təmsil olunmuş sabiq nazirlərdir. O nazirlər ki, hakimiyyətdə olduqları illərdə korrupsiya piramidalarının başında dayanıblar. Belə eks nazirlərdən biri kimi hazırda xaricdə yaşayan Abbas Abbasovun adı çəkilirdi. Baş nazirin sabiq birinci müavini olmuş Abbas Abbasovun adı son 2 prezident seçkilərində hakimiyyətə qarşı cəbhənin mərkəzi fiqurlarından biri kimi hallanmaqdadır. Onunla eyni cərgədə dayananlar da vaxtilə hakimiyyətdə təmsil olunmuş eks-nazirlərdir. Bu sırada sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun adları hallanırdı.

Hazırda sabiqlərin adları yenidən medianın gündəminə gəlib. Hətta seçkiöncəsi çıxışlarında prezidentliyə namizədlər də bu mövzuya geniş yer ayırırdılar. Konkret olaraq Hafiz Hacıyev çıxışlarında Ziya Məmmədovu dövlət çevrilişinə cəhddə ittiham edirdi. Bundan başqa, o, baş nazirin müavini İsmət Abbasovun oğlu, Böyük Britaniyada yaşayan iş adamı Yunis Abbasovun adını da çəkməklə onun antiiqtidar kampaniyasında rol aldığını demişdi. Belə məlumatlar da vardı ki, Yunis Abbasov hökumət əleyhinə olan kəsimə maliyyəçi qismində dəstəyini əsirgəmir. Hafiz Hacıyevin iddiaları bununla da bitmirdi. Ziya Məmmədovun neqativ fəaliyyətindən danışarkən onun Rusiyaya 30 milyon dollar ötürərək Vladimir Putindən prezident olmasına yardım göstərməyi rica etdiyini, oğlu Anar Məmmədovun ABŞ-ın siyasi dairələri ilə keçirdiyi görüşlərdə atasının daha yaxşı prezident ola biləcəyi barədə fikirlər səsləndirdiyini dilə gətirirdi.

Bu iddiaların nə dərəcədə doğru olması bilinmir. Bilinən odur ki, seçkilər yekunlaşıb, nəticə bəllidir. Yeni-köhnə hakimiyyət komandası ona qarşı olanları yolundan süpürüb kənara tullamağa hazırlaşır. Eldar Mahmudova gəlincə, onun dövlət çevrilişinə hazırlaşdığı barədə iddialar hələ "MTN işi"nin ilk günlərində dövriyyəyə buraxılmışdı. Hətta onun bu səbəbdən işdən çıxarıldığı və komandasının zərərsizləşdirildiyi bildirilirdi.

Aylardır ki, hakimiyyətin seçkidən sonra "təmizləmələrə" başlayacağı xəbəri yayılır. Artıq seçki bitib. Bu arada sabiqlərin yenidən gündəmə gətirilməsini də təsadüf hesab etmək olmaz. Hakimiyyətin ötən 2-3 ayda prosesi sükutla izləməsi belə mülahizələrə yol açıb ki, aprelin 11-də keçirilən prezident seçkisindən sonra gözlənilən dəyişikliklər sabiqlərin atdığı addımlara görə sorğu-sual olunması, hətta həbsləri ilə başlana bilər. Mümkündür ki, həbslər hazırda iqtidar komandasında olub hakimiyyətə qarşı passiv müxalif mövqedə dayananları da əhatə etsin. Abbas Abbasov, Ziya Məmmədov və Eldar Mahmudov işdən çıxarılsalar da, onların hələ də bu və ya digər formada proseslərə təsir imkanları qalır. Hakimiyyətdə də tərəfdarları olmamış deyil. Digər tərəfdən, sabiq nazirlər o qədər irimiqyaslı və ciddi narazılıq yaradan qanunsuzluqlara yol verib ki, cəmiyyət onların cəza olaraq yalnız işdən çıxarılması ilə barışmaq istəmir. Hakimiyyət də bunun fərqində olmamış deyil. Odur ki, yaxın gələcəkdə həbslər qaçılmaz görünür…(musavat.com)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3142   Tarix: 13 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021