"Səhiyyə Nazirliyinin əməkdaşları həbs olunmalıdır" - MÜSAHİBƏ

"Səhiyyə Nazirliyinin əməkdaşları həbs olunmalıdır" - MÜSAHİBƏAsəf Rzayev: "Jurnalistə yumruq atan şəxslər cəzalandırılmalıdır"

"Unikal" qəzetinin baş redaktoru Asəf Rzayev bu ilin aprel ayının 9-da "Unikal.org" informasiya portalının əməkdaşı dünyasını dəyişmiş Səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimini işıqlandırmaq istəyərkən hücuma məruz qalması barədə teleqraf.com sayıtına müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Asəf bəy, əməkdaşınız Famil Fərhadoğlunun səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimi zamanı döyülməsi faktını Yasamal rayon polisi araşdırır. Hazırda bununla bağlı hansı yeniliklər var?

- Famil Fərhadoğlunun peşə fəaliyyətini yerinə yetirərkən səhiyyə nazirinin işarəsilə döyülməsi faktı ilə bağlı cənab daxili işlər nazirinə və cənab baş prokurora müraciət etmişəm. Bu fakt Yasamal rayon 28-ci polis bölməsində təhqiqatçı Azər müəllim tərəfindən araşdırılır. Təəssüflər olsun ki, bu günə qədər jurnalisti döyən şəxslər məsuliyyətə cəlb edilməyib. Ancaq bir saat əvvəl 28-ci Polis Bölməsindən bizimlə əlaqə saxlayaraq dedilər ki, jurnalisti döyən şəxslər polisə gətirilir. Yəqin ki, gün ərzində üzləşmə olacaq. Hesab edirəm ki, mənim baş prokuror və daxili işlər nazirinə müraciətimdən sonra polis və prokurorluq orqanları bu fakta ciddi yanaşacaq. Ümid edirəm ki, son nəticədə jurnalisti döyən şəxslər cəzalandırılacaq.

- Səhiyyə Nazirliyi bəyan edib ki, jurnalistin döyülməsi faktının onlara aidiyyəti yoxdur, Famil Fərhadoğlu ilə insident yaşayan nazirliyin əməkdaşları deyil, mərhumun qohumları olub...

- Təbii ki, Səhiyyə Nazirliyi bu halı təkzib edə bilər. Amma ortada əsaslar var, hazırda təhqiqat gedir, nazirin işarəsi ilə bizim əməkdaşımıza iki nəfər xəsarət yetirib, çəkiliş üçün əlində olan vasitələri sındırıb. Mən Səhiyyə Nazirliyinin açıqlamasını qəbul etmirəm. Onlar sudan duru çıxmaq üçün belə təkziblə çıxış edə bilər.

- Jurnalist təşkilatlarının bu fakta reaksiyasını necə qiymətləndirirsiniz?

- Mən hadisədən sonra jurnalist təşkilatlarının və həmkarlarımızın sosial şəbəkələrdə münasibətləri ilə tanış oldum. Jurnalist təşkilatlarının, həmkarlarımızın, aparıcı sayt və qəzet rəhbərlərinin bu məsələyə reaksiyasını müsbət qiymətləndirirəm. Onlar məmurun jurnalistə qarşı hücum təşkil etməsini pislədilər, bunu ictimailəşdirdilər. Ümumiyyətlə, həmkarlarımızın bizimlə həmrəylik nümayiş etdirməsinin şahidi oldum. Buna görə, onların hər birinə təşəkkür edirəm.

- Bundan sonra hansı addımlar atmağı planlayırsınız?

- Biz indiki mərhələdə polis bölməsində təhqiqatın aparılmasını və onun nəticələrini gözləyirik. Bu məsələ öz həllini tapmasa və jurnalisti döyən şəxslər cəzalanmasa, Azərbaycan Prezidenti İlham Əliyevə və ölkənin birinci Vitse-Prezidenti Mehriban Əliyevaya müraciət edəcəyik.

- Səhiyyə Nazirliyi ilə sizin rəhbərlik etdiyiniz redaksiya arasında yaranan problemi yoluna qoymaq imkanları varmı?

- Öncə deyim ki, əməkdaşımız Famil Fərhadoğlunu döyən şəxslərin ağsaqqalları bizə müraciət etmişdi, jurnalisti döyən şəxslərin əvəzinə üzr istədiklərini qeyd etdilər və təklif olundu ki, biz bu məsələnin üzərindən keçək. Ancaq biz üzrxahlığı qəbul etmədik. Ona görə qəbul etmədik ki, bu ağsaqqallara hörmətsiz yanaşdıq, əksinə, onların addımını ehtiramla qarşıladıq. Lakin ictimaiyyət bilməlidir ki, jurnalistə yumruq atan şəxsin cəzası nədir. Sabah başqası da bilməlidir ki, jurnalistə hansısa bir məmurun sifarişi ilə şillə atmaq, döymək, onun kamerasını sındırmaq olmaz və bunun cəzası var.

İkincisi, Səhiyyə Nazirliyi ilə bizim gələcək münasibətlərimizə gəldikdə deyim ki, bunun yolu asandır. Bizim əməkdaşımızı döyən həmin iki şəxs "Unikal"ın redaksiyasına gəlib döydükləri jurnalistdən üzr istəsin. Bununla da problem yoluna qoyulsun.

- Bu hadisəyə qədər sizin rəhbərlik etdiyiniz media qurumu ilə Səhiyyə Nazirliyi arasında hər hansı problem olubmu?

- Xeyr. Mənim indiyə qədər Səhiyyə Nazirliyini tənqid edim, onların informasiyasını verməyim kimi bir dərdim olmayıb. Sadəcə, bizim əməkdaşımız peşə fəaliyyətini yerinə yetirərkən hücuma məruz qalıb. Biz də bunu ictimailəşdirmişik. Mənim səhiyyə naziri ilə nə əlaqəm, nə də konfliktim olub.
"Səhiyyə Nazirliyinin əməkdaşları həbs olunmalıdır" - MÜSAHİBƏ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1504   Tarix: 13 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28 mart
.

Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMA

Repetitorların sayının artması artıq təhsil sistemində əsas problemlərdən birinə çevrilib. Valideynlərin bir çoxu deyir ki, övladını repetitor yanına göndərməsə, onun universitetə qəbul olmağı çətindir. Bu gün repetitorların sayının azaldılması istiqamətində verilən təkliflərdən biri müəllimlərin maaşlarını

28 mart
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

28 mart
.

Rusiyada güclü zəlzələ oldu

Rusiyada 5,6 maqnitudalı zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Bildirilib ki, zəlzələ Kamçatka yarımadasının sahilində qeydə alınıb. Təbiət hadisəsinin episentri 5 km dərinlikdə yerləşib

28 mart
.

"Azneft"in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. "Qafqazinfo" xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. Onun əvəzinə "Umid Babək Əməliyyat Şirkəti"nin Azərbaycandakı filialını

28 mart
.

Təlabat artıb, Azərbaycanda dollar BAHALAŞIR? -AÇIQLAMA

Son zamanlar ölkə ərazisində dollara tələbatın yüksək olması müşahidə olunur. Ölkə ərazisində dollara olan təlabatın bu dərəcədə artması nə ilə bağlıdır? Tələb bu qədər çox olarsa,dollar bahalaşa bilər?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, hazırda ölkədə dolları

28 mart
.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı

"2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb". Bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd bildirilib. Əli Nağıyev qeyd edib ki, həmin cinayə

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart