Sevgilisi ilə görüntülənməmək üçün baqaja girmək istədi - FOTO

Sevgilisi ilə görüntülənməmək üçün baqaja girmək istədi - FOTOTürkiyə millisinin və "Fənərbaxça"nın futbolçusu Ozan Tufan maraqlı addımı ilə gündəmə gəlib.

Sonxeber.az yenicag.az-a istinadən xəbər verir ki, sevgilisi ilə axşam yeməyinə çıxan gənc oyunçu jurnalistlərlə qarşılaşıb.

O, yanındakı qadının görüntülənməməsi üçün restorandan çıxmaq məqsədi ilə maraqlı "qaçış" planı hazırlayıb. Normalda gecə 01:00-da bağlanmalı olan restoranın fəaliyyəti daha bir saat davam edib. Saat 02:00-da isə restoranın mətbəxinin qapısından çıxan futbolçu avtomobilin baqajında gizlənmək istəyib. Lakin jurnalistlərin restoranın önündən getmədiyi görən Ozan, bu fikrindən daşınıb. O, maşının baqajı açıq halda ərazidən uzaqlaşıb.

Qeyd edək ki, Ozan Tufan nişanlısı Senem Dişçidən ötən ay ayrılıb.

Sosial   Baxılıb: 1700   Tarix: 14 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR