Şəxsiyyət vəsiqəsindəki qan qruplarına güvənmək olmaz - XƏBƏRDARLIQ
"Şəxsiyyət vəsiqəsində qeyd edilən qan qrupumuz sənəd aldığımız zaman səyyar olaraq təyin olunmuş qan qruplarıdır. Bu qan qrupları adətən anti-qlobulin zərdabları ilə təyin olunur və onlar tam olaraq düzgün olmaya bilər".
Sonxeber.az xəbər verir ki, bunu Lent.az-a Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun böyük elmi işçisi Mahmud Mahmudov deyib.
Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsində yazılan qan qrupuna güvənmək olmaz: "Bəzi insanların qanında müəyyən antitellər olur ki, o antitellərə qarşı da yalançı reaksiyalar olur. Bu yalançı reaksiyalar gələcəkdə bizə qan köçürülmə zamanı təhlükə yarada bilər. Ona görə də heç bir halda qan köçürülməsinə qərar verildiyi zaman şəxsiyyət vəsiqəsindəki qan qruplarına tam güvənmək düzgün deyil. Ancaq təxirə salınmaz tibbi yardıma ehtiyac olduğu halda xəstəyə təcili qan köçürülməlidirsə, o halda xəstənin şəxsiyyət vəsiqəsindəki qan qrupu nəzərə alınmalıdır".
Mütəxəssis qeyd edir ki, qan qrupunun düzgün təyin edilməsi immunoloji laboratoriyada ixtisaslaşmış həkim-laborant tərəfindən aparılmalıdır: "Eyni zamanda xüsusi reaktivlər və avadanlıqlar olmalıdır. Lazım olarsa, mikroskop, lupa altında baxmaq lazımdır. Qan qrupu köçürüldüyü zaman onu köçürən həkim məsuliyyət daşıdığına görə hətta laboratoriyanın verdiyi qrupa da inanmamalıdır. Çünki qan laboratoriyaya təqdim edildikdə probirkalar səhv salına bilər. Buna görə də xəstəyə qan köçürüləcəyi zaman xəstənin yatağının yanında ona qan köçürəcək həkim xəstənin qan qrupunu təkrar yoxlamalı və əmin olmalıdır".
M. Mahmudov xəstənin qan qrupunun şəxsiyyət vəsiqəsi ilə uyğun gəlmədiyi hallarına rast gəldiyini bildirir: "Müəyyən müstəsna halları nəzərə alsaq, belə bir şeylər olur. Bunun səbəbi də texnikidir. Bir də müəyyən insanlarda qan qrupunu təyin etmək çətinlik yaradır. Belə insanların qan qrupu mütləq ixtisaslaşmış laboratoriyada aparılmalıdır. İmmunitet, onkoloji və vərəm xəstələrində, revmatizması olan insanlarda yalançı aqlüsinasiya deyilən hallar müşahidə olunur ki, bu da səhv qrupun təyin edilməsinə bilavasitə səbəb ola bilir".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1363 Tarix: 13 aprel 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021