Röya Flora və Aygünlə bağlı ŞOK FAKTI AÇDI: "Şəkillər də var..." - VİDEO

Röya Flora və Aygünlə bağlı ŞOK FAKTI AÇDI: "Şəkillər də var..." - VİDEORöya Ayxan Baku.ws saytının feysbuk səhifəsinin canlı yayımında şok etiraflar edib.

Müğənni canlı yayıma oğlu Hüseynlə birlikdə qatılıb. Müğənni Flora Kərimova ilə arasında yaşanan gərginlik haqqında danışıb:

"Flora xanım çox böyük səhv etdi. Onun qızının toyuna getmişdim, şahidlər və şəkillər də var ki, əlimi öpmək istədi. İcazə vermədim, dedim nə edirsiniz? Cavabında dedi ki, sən mənə şərəf verdin. Sonra junralist dostlarımdan biri mənim şəklimi çəkdi, onlara barmaqla işarə göstərdim. Bu şəkli ona aparıb göstərib və deyiblər ki, bunu ona göstərmişəm. Allahıma and olsun ki, şəklin Flora xanımla heç bir əlaqəsi olmayıb. Bunu zarafatla etmişdim. Bundan sonra münasibətlərimiz korlandı. Əslində Flora xanımın soyuqluğu rəhmətlik İlhamə Quliyeva məni çox istəməyə başlayanda yaranmışdı. İndiyə qədər də bunun davası gedir. Amma mən həmişə hər kəsə hörmətlə yanaşmışam".

Röya Ayxan daha sonra Aygün Kazımova ilə aralarında baş verənlərə aydınlıq gətirib:

"Aygün Kazımova ölməz əfsanədir. Amma mənə qarşı çox böyük kompleksi var. Aramızda anlaşılmazlıqlar olub, ona qarşı pis hərəkətlərim olub. Bütün bunlara səbəbkar özüdür. Bu, Çarli Çaplinin dostluğuna oxşayır, ayıq olanda başqa cür, olmayanda başqa cür münasibət göstərir. Bu yaxınlarda guya mənə barışıqı əlini uzadıb. 15-16 yaşımda burnu yekə, eybəcər görüntülərimi paylaşıb. Bu jest deyil. Hər dəfə tədbirlərdə onu görəndə yaxınlaşıb salam verirəm. "Altın Kelebey"i qazandım, onu paylaşardı, məni təbrik edərdi. Ölkəmə bu mükafatı gətirdiyim üçün təşəkkür edərdi. Onda deyərdim ki, mənə jest edib. Onda gedib əlini öpərdim ki, mənə qarşı olan kompleksini atdı. Bilirəm ki, kompleksi özündən kənarlaşdıran deyil".

Röya bildirib ki, Aygün Kazımova şou və əsfanəvi qadın olsa da, onun mahnılarını dinləyəndə ağlayır.

"O, yanındakılara qulaq asmasın. Bundan sonra mənim haqqımda nə danışsa, ona cavab verməyəcəm. Ağıllı davransa, ağıllı davranacağam. Mənim kimi ağıllı qadın dostu yoxdur. Amma istəsəydi, vaxtında ola bilərdim".

Əməkdar artist Röya Ayxan həmkarı Aygün Bəylərin onun haqqında səsləndirdiyi tənqidlərə ilk dəfə geniş cavab verib. Röya onunla barışmaq niyyətində olmadığını xüsusi vurğulayıb və atmacalar atıb:

"Bu yaxınlarda bir müğənni heç özündə deyildi, çıxıb efirdə ağzına gələni danışdı. Səbail rayon Məhkəməsinin hakimi də (Zaur Əliyev) guya bizim istəyimizi rədd edib. 200-300 min təzminat istəməmişəm. Hər zaman olan şeyi istəmişəm. Bu təhqirə görə 50 min manat ən yüksək təzminatdır. Anam, atam və ailəm var. O, kimdir ki, efirə çıxıb bu sənətə hansı yolla gəldiyini bilirik desin. Hansı yolla?

Sən bizi yeməyə çağırdın, gəldik və bizi otaqda qarşıladın, otağa girmədik? Bu yolu nəzərdə tutmusan? İnsanlar düzgünlüyü görməyəndə başqasına düşmən kəsilir. Onu tanıdım deyə düşmən kəsildi. Yoxsa bizdə hər şey yaxşı idi. O ikiüzlüdür. Biz yemək yeyəndə demişdi ki, sən kişi kimi qızsan. Bəli, mən kişiyəm, amma sən yox. Papağını çıxart, yerə qoy".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2294   Tarix: 15 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aygün Kazımova koronavirusa yoluxub

Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço

8 sentyabr 2021
.

Jan-Pol Belmondo vəfat etdi

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm

6 sentyabr 2021
.

Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...

Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb

2 sentyabr 2021
.

Onlar artıq bu kanalda olacaq

"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq

7 sentyabr 2021
.

Əməkdar artist AzTV-də aparıcılıq edir

Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı

4 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

Flora Kərimova: "Ona heç vaxt rəhmət oxumadım" - VİDEO

BAKU.TV-də yayımlanan "O Kimdir?" verilişinin növbəti qonağı Xalq artisti Flora Kərimovadır. Bağışlamağı bacarmadığını deyən Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan mübahisələrdən bəhs edib, ona ilk dəfə rəhmət diləyib. Xalq artisti söhbət zamanı həyatının ən ağır məqamlarından

14 sentyabr 2021
.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021
.

​"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdı

Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi. xəbər verir ki, bu sözləri -a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib. Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?. Xanımı Mədəniyyə

8 sentyabr 2021