Üşütmə və qızdırma zamanı uşaqlara yardım üsulları

Üşütmə və qızdırma zamanı uşaqlara yardım üsullarıUşaqlarda bədən temperaturunu 37,5 və daha yüksək rəqəmlərə qədər artması onun xəstələndiyini göstərir. Uşaqda üşütmə və ya əksinə, istilik hissiyyatı, əllər və ayaq pəncələri soyuq və ya isti, həmçinin üzün dərisinin solğun və ya açıq qırmızı olması yüksək temperaturun əlamətləri sayılır.

Sonxeber.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat verən paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova deyib: "Bədən temperaturunun yüksək olması xəstəliyin törədicisindən, orqanizmin müqavimətindən və xəstənin yaşından asılıdır. Çünki temperatur orqanizmin infeksiyaya qarşı mərkəzi sinir sisteminin iştirakı ilə verdiyi cavab reaksiyasıdır. Mövsümi xəstəliklər, məsələn, virus xəstəlikləri və həyat üçün daha təhlükəli xəstəliklər bədən temperaturunun yüksəlməsi ilə yanaşı gedir. Lakin temperaturun yüksəkliyi heç də həmişə xəstəliyin ağır və təhlükəli olmasını göstərmir. Bir yaşından beş yaşına kimi uşaqlarda angina, soyuqdəymə, kəskin virus infeksiyaları: qrip və s. kimi adi xəstəliklər zamanı və daha ciddi xəstəliklərdə temperatur 40 dərəcəyə kimi, bəzən daha yüksək ola bilər. Təhlükəli infeksiyalarda əksinə, temperatur 38, bəzən daha az olur. Adətən uşaqda temperatur bir az yüksələn kimi valideynlər onu aşağı salmağa çalışırlar, halbuki yüksək temperatur zamanı xəstənin qanında əmələ gələn interferon viruslara öldürücü təsir göstərir. Ona görə də xəstəlik zamanı temperaturu salmağa tələsmək düzgün deyil.

Yalnız temperatur 38,5 və daha yüksək olanda onu aşağı salmaq məsləhətdir. Uşaqda nə vaxtsa, bir dəfə olsa da, yüksək temperatur zamanı qıcolma tutması baş veribsə, ona ciddi nəzarət etmək və 37,5-dən yüksək olmasının qarşısını almaq lazımdır. Çox vaxt uşaqlarda yüksək qızdırma zamanı bəzi valideynlər, xüsusən gənc analar onunla necə mübarizə aparmağı bilmirlər".

Həkim-pediatrın dediyinə görə, qızdırma ilə mübarizə üsulları onun növündən asılıdır. Üşütmə olması, dərinin solğunluğu, əl və ayağın soyuqluğu ağ hipermiya və ya ağ qızdırma adlanır. Belə halda uşağı yatağa uzatmaq, üstünü yorğan və ya odeyalla örtmək, ayaqlarına isti corab, əllərinə əlcək geyindirmək, soyuq olan ətraflarını açıq qırmızı rəng alınana qədər intensiv şəkildə ovxalamaq, limon və ya moruqla isti çay, itburnu dəmləməsi və s. vermək lazımdır. Həmin dövrdə bədəni nəm əski ilə sürtmək və soyuq islatmalar qoymaq olmaz!

"İstiləşmə zamanı dəri qırmızı və ya açıq qırmızı rəngdə olursa, ayaq pəncələri və əllərin istiliyi varsa, buna qırmızı hipermiya və ya qırmızı qızdırma deyirlər. Bu zaman uşağı yüngül geyindirmək, yataqda uzanarkən üstünü nazik odeyal və ya mələfə ilə örtmək, yel çəkməmək şərtilə otağın pəncərəsini və ya nəfəsliyini açmaq, havanın kifayət qədər nəmliliyini təmin etmək üçün döşəməni tez-tez silmək və ya otağa nəmləndirici qoymaq lazımdır. Xəstə uşağa daha çox sərin maye - su, kompot, limonlu çay, itburnu dəmləməsi içirmək məsləhətdir. Tez-tez sidik ifrazı temperaturun enməsinə səbəb olur.

Temperatur zamanı iştahanın olması çətin məsələdir, lakin uşağı zorla yedizdirmək də məsləhət görülmür. Xəstə uşağa kifayət qədər maye içirilməsi intoksikasiyanın, yəni halsızlıq və başağrısının aradan qaldırılması üçün vacibdir. Kiçik yaşlı uşaqlarda temperaturu aşağı salmaq üçün fiziki üsullardan - sərin su ilə imalə, islatma, bədəni nəm dəsmalla sürtmə və s. kimi üsullardan istifadə etmək olar",- deyə həkim tövsiyə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3439   Tarix: 15 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

Arpa suyu - süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır

8 sentyabr 2021