Bakıda "Lukoil"ə oyuncaq tapança ilə basqın - Pulları apardılar

Bakıda "Lukoil"ə oyuncaq tapança ilə basqın - Pulları apardılarAprelin 16-da gecə saat 02:31 radələrində Əhmədli metrostansiyası yaxınlığındakı "LUKoil" yanacaqdoldurma məntəqəsində soyğunçuluq hadisəsi baş verib.

Sonxeber.az movqe.az-a istinadən xəbər verir ki, üzünə maska taxan iki nəfər şəxs "LUKoil" yanacaqdoldurma məntəqəsinə daxil olublar. Soyğunçular həmin vaxt yanacaqdoldurma məntəqəsində gecə növbəsində olan üç nəfər əməkdaşa əllərindəki oyuncaq tapança ilə hədə-qorxu gələrək 800 AZN pulu götürərək aradan çıxıblar. Soğunçular oyuncaq tapançanı yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerə ataraq uzaqlaşıblar. Hazırda faktla bağlı araşdırma aparılır.

Soyğunçuların tapılması istiqamətində əməliyyat-istintaq tədbirlərinə başlanıldığı bildirilir.

Sosial   Baxılıb: 692   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR