Milyonçu olduğunu 5 ay sonra öyrəndi

Milyonçu olduğunu 5 ay sonra öyrəndiABŞ-da keçirilən lotereya oyununda cek potu qazanan iştirakçı 2 milyon dolların sahibi olduğunu 5 ay sonra öyrənib.

Hadisə ABŞ-ın Kolorado ştatında yaşanıb. 18 noyabr 2017-ci il tarixdə keçirilən lotereyanın qalibi 5 ay sonra üzə çıxıb. O, lotereya kuponu çox olduğu üçün hamısını izləyə bilmədiyindən qalib olduğunu 5 ay sonra öyrəndiyini deyib.

Cek potun ona çıxacağını heç zaman düşünmədiyini deyən şəxs qazandığı pulla borclarını ödəyəcəyini, bir azını gələcək üçün saxlayacağını, qalanını isə əyləncəyə xərcləyəcəyini açıqlayıb.

qaynarinfo

Dünyada   Baxılıb: 1857   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR