Deputatımız kriminal-avtoritetin sifarişi ilə öldürülüb? – ŞOK İDDİA

Deputatımız kriminal-avtoritetin sifarişi ilə öldürülüb? – ŞOK İDDİAİki gün öncə, Milli Məclisin üzvü, deputat Astan Şahverdiyev dünyasını dəyişib. Deputatın ölüm səbəbi ilə bağlı sosial mediada və mətbuatda müxtəlif fikirlər səslənsə də, rəsmi məlumatda mərhumun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. Məlumatda deyilir ki, A.Şahverdiyev Qusarın Çiləgir kəndində yerləşən "Chateau" otelində ürək tutmasından ölüb. Oteldən bildirilib ki, Astan Şahverdiyev dünən axşam saatlarında otel nömrəsində qəfil ürək tutmasından vəfat edib. Təcili tibbi yardım əməkdaşları hadisə yerinə gələnə qədər deputat keçinib.

Ən maraqlısı odur ki, deputatın ölümündə jurnalistlərin də əlinin olduğunu iddia edən millət vəkili mətbuata ilginc açıqlama verib. Milli Məclisin İntizam Komissiyasının sədri, millət vəkili Ağacan Abıyev həmkarı A.Şahverdiyevin ölümündə jurnalistləri günahlandırıb. O bildirib ki, A.Şahverdiyevi jurnalistlər öldürüb: "Bu boyda kişini jurnalistlər öldürdü. Görəsən, jurnalistlər bunu başa düşürmü? Astan Şahverdiyev sağlam adam idi, jurnalistlər o qədər ondan yazdılar ki, adam Azərbaycandan qaçıb getmək istəyirdi. Rəhmətlik mənimlə söhbətində də deyirdi ki, haqqında yazılan fikirlərdən çox narahatdır. Haqqında yazılanlardan xilas olmaq üçün ölkədən qaçıb getmək istəyirdi. Mənə də deyirdi ki, bu cür hərəkətlərə artıq dözə bilmirəm. Bilirsiniz, səhvsiz insan olmur. Astan Şahverdiyev də bir dəfə nə isə səhv etmişdi və buna görə çıxıb üzr istədi. Astan Şahverdiyev səhv etmişdisə, bu o demək deyil ki, onu öldürənə qədər mübarizə aparmaq lazımdır. Əgər, jurnalistlər onu hörmət etsəydilər, bəlkə də, o, bu gün yaşayırdı...".

Millət vəkili Aydın Mirzəzadə isə İnterpress.az-a açıqlamasında bildirib ki, A.Şahverdiyev cəmiyyətin yaddaşında ehtiyyatsızlıqdan dediyi ifadələrlə yadda qalıb: "Əlbəttə, onun bir neçə dəfə ehtiyyatsızlıqdan dediyi sözlər diqqəti cəlb elədi. Amma nəzərə almaq lazımdır ki, o, siyasətə kənardan gəlmişdi.Cəmiyyət son dövrdə onun ehtiyyatsızlıqdan dediyi fikirlər üzərində daha çox dayanır. Bir tərəfdən cəmiyyətin buna haqqı çatır. Millət vəkili ifadə etdiyi sözlərində diqqətli olmalıdır. Dəyərlərin qorunmasında fəal iştirak etməlidir. Ancaq nəzərə alsaq ki, A.Şahverdiyev siyasətçi deyildi".

Qeyri-rəsmi məlumatlarda mərhum Şahverdiyevin ölüm səbəbi haqda bəzi ilginc iddialar irəli sürülüb. Belə ki, iddialarda mərhum deputatın sözügedən oteldə istirahət etməsindən söz açılır. İddia olunur ki, deputat qəbul etdiyi "viagra" dərmanının orqanizminə göstərdiyi əks təsirdən dünyasını dəyişib. Təbii ki, bu iddiaların nə dərəcədə doğru olub-olmaması müəmmalı olaraq qalır. Amma görünən odur ki, mərhum deputat sağlığında səsləndirdiyi fikirlərlə cəmiyyətin qəzəbinə tuş gəlib.

A.Şahverdiyev, bildiyiniz kimi, mətbuata ilginc açıqlamaları ilə yadda qalıb. O, bir neçə il bundan öncə, Rusiyaya işləməyə gedən azərbaycanlıları "otxod" adlandıraraq, sərt şəkildə təhqir etmişdi. Onun bu təhqiri Rusiyadakı azərbaycanlıların qəzəbinə tuş gəlmişdi. Elə bundan sonra da, Rusiyadakı azərbaycanlılar tərəfindən mərhum deputatın ünvanına cavab olaraq təhqirlər yağmağa başladı. Hətta, A.Şahverdiyevi ölümlə hədələyərək cəzalandırmağa çalışırdılar. Mərhumun ölüm səbəblərindən biri olaraq iddia olunur ki, A.Şahverdiyev səsləndirdiyi fikirlərə görə, Rusiyada yaşayan bəzi azərbaycanlılar tərəfindən öldürülüb. Hətta onun adı açıqlanmayan azərbaycanlı kriminal-avtoritet tərəfindən sifarişlə öldürüldüyü iddia olunur. Məlumatda deyilir ki, A.Şahverdiyev Rusiyada yaşayan azərbaycanlıları təhqir etməsindən sonra kriminal-avtoritetin sifarişi ilə izlənilib. Deputatın dünyasını dəyişdiyi oteldə isə ona qarşı sui-qəsd olunduğu iddia olunur. Bildirilir ki, deputatın xüsusi zəhərli maddələrlə yeməyinə qatqılar əlavə olunub. Buna sübut kimi, "Youtube" sosial şəbəkəsində mərhum deputatı təhqir edən və onu hədələyən videomateriallar da yerləşdirilib. Videomateriallarda Rusiyada yaşayan azərbaycanlıların A.Şahverdiyevi təhdid etmələri öz əksini tapıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3952   Tarix: 17 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021