Saatlar qaldı, hər şey bu gün HƏLL OLUNACAQ: Rusiya ordunu İrəvana yeridir və...

Saatlar qaldı, hər şey bu gün HƏLL OLUNACAQ: Rusiya ordunu İrəvana yeridir və...Ermənistanda sabiq prezident Serj Sarkisyanın baş nazir postuna namizəd olmasına etiraz edən "Elk" fraksiyasının rəhbəri Nikol Paşinyanın liderliyi altında müxalifətin aksiyası səngimək bilmir.

Bu gün Ermənistan üçün həlledici gün hesab olunur. Parlamentdə baş nazirin seçilməsi ilə bağlı iclas keçiriləcək və bütün yollar Sarkisyanın bu postda Ermənistana hökmranlıq etməsinə aparır. Çünki hakim Respublika Partiyasının yeganə namizədi olan Sarkisyan daşnakların da dəstəyini alaraq lazım olan səsi toplaya biləcək. Əslində daşnakların Sarkisyanı dəstəkləməsinin kökləri daha dərinə gedir. Ötən ilin 2 aprelində keçirilən parlament seçkilərində erməni millətçilərinin 6,59 faizlə baryeri aşması və qanunverici orqanda güc formalaşdıra bilməsi Sarkisyan (Qarabağ klanı) - daşnak gizli ittifaqından xəbər verirdi. Bu ittifaqın hədəfində Bakı və Ankaraya qarşı gələcək hücum planlarının olması ehtimalı da var idi.

Bu baxımdan, daşnakların Sarkisyanın baş nazir olması qarşısında baş əyməsi təsadüfi deyil. Böyük ehtimalla günün sonunda Sarkisyanın adı rəsmi protokollarda baş nazir olaraq çəkiləcək. Bunun əks ehtimalı zəifdir, lakin Paşinyanın başlatdığı hərəkat dalğası işğalçı ölkədə proseslərin vətəndaş qarşıdurmasına qədər gedib çıxa biləcəyini də istisna etmir. Dünən Fransa meydanında toplaşan və fasiləsiz aksiya keçirən müxalifət bu gün parlamentin bütün giriş-çıxışlarını bağlamağa qərar verib. Bu, parlamentin Sarkisyanı baş nazir seçməsinin qarşısını almaq üçün atıla biləcək son addımdır, yaxud da hadisələrin sonrakı inkişafı etirazçıların parlament binasına daxil olmasına qədər gedə bilər. Hərçənd, dünən aksiyaçılara müdaxilə edən "qırmızı beret"lərin dövriyyəyə salınması Sarkisyanın güc tətbiqindən çəkinməyəcəyini göstərir. Bu isə yaxşı heç nə vəd etmir.

"Vəziyyət təhlükəli həddə çatır",- erməni siyasi şərhçi Akop Badalyan belə yazır.

O, kənar müdaxilə təhlükəsinin olmasını da vurğulayır və qeyd edir ki, "yad müdaxilə ola bilər".

Badalyan "yad müdaxilə" dedikdə konkret hansı güc mərkəzini nəzərdə tutduğun açıqlamır, lakin böyük ehtimalla bu, Rusiya ola bilər. Xüsusilə Qərblə açıq müharibə aparan Moskva Sarkisyanın rəhbərliyi altındakı Ermənistana nəzarətdən yanadır. Paşinyan daha çox Qərb düşüncəli elektorata xitab edir. Hərçənd, burada bir müddət öncə Nikol Paşinyanın rəhbərlik etdiyi "Elk" blokunun Baqramyan 26-dən (Ermənistanda Prezident Administrasiyasının ünvanı – red.) idarə edildiyinə dair iddialar da yada düşür.

Amma Ermənistanda baş verənlərə geosiyasi proseslər fonunda baxdıqda Paşinyan kartının Qərbin əlinə oynadığı mənzərəsi daha qabarıqdır.

Belə ki: bütün cəbhələrdə Rusiyaya hücuma keçən ABŞ-İngiltərə ittifaqı şimal qonşumuzun cənub sərhədlərində ən etibarlı qalası olan Sarkisyan Ermənistanını qarışdırır; bu, ən pis halda Rusiyanın diqqətinin Suriyadan yayınaraq sərhədlərinə doğru çəkilməsinə, ən yaxşı halda rusların Cənubi Qafqazdakı qalasında ən azı təsir itkisinə məruz qalmasına səbəb ola bilər; Gürcüstanda möhkəmlənən Qərb üçün Ermənistanda daxili situasiyanın öz lehinə çevirmək oyunda əlini ikiqat gücləndirmək deməkdir.

Məhz bu kontekstdə Badalyanın "kənar müdaxilə" ssenarisi diqqət çəkir. Hansı ki, plan bu gün proqnozlaşdırıldığı kimi getməyəcəyi təqdirdə Rusiya prosesə müdaxilə edə bilər. Təbii ki, hər şey hadisələrin inkişafından asılı olacaq.../publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1887   Tarix: 17 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Satanist məktəbli oğlan iki qızı bıçaqladı

Rusiyanın Petrozavodsk şəhərində 9-cu sinif şagirdi olan satanist oğlan iki qızı bıçaqlayıb. Hadisə yerli gimnaziyanın 9-cu sinif şagirdi, 15 yaşlı Maşanın (ad dəyişdirilib) nənə və babasının yaşadığı mənzildə baş verib. Nənə və baba isə Avstraliyada tətildə olublar. Mənzildə keçirilən əyləncə məclisind

24 aprel
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25 aprel
.

Avtostop çəkdikləri maşında qətliam törətdilər

Türkiyədə səhər saatlarında avtostop ilə iki nəfəri götürən 21 və 20 şəxslər silahlı hücuma məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, mübahisə naməlum səbəbdən böyüyüb. Avtomobilə minən şübhəli şəxslər atəş açaraq maşında olan digər iki nəfəri yaralayıb. Şübhəlilər avtomobildən düşərək sürətl

25 aprel
.

70 hektar soğan əkdi, sata bilməyib pulsuz PAYLADI: 3 min adam tarlaya axışdı - VİDEO

Fermer 70 hektar sahədə əkdiyi soğanı sata bilmədiyi üçün vətəndaşlara pulsuz şəkildə paylayıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. 70 hektar sahədə əkdiyi soğanı sata bilməyən fermer vətəndaşlara pulsuz paylayıb. Soğanın pulsuz olduğunu eşidən 3 minə yaxın insan tarlay

25 aprel
.

Rusiyada maraqlı hadisə: Avtoyuma məntəqəsinə gələn sakinlər fillərlə qarşılaşdılar - VİDEO

Rusiyanın Vladiqafqaz şəhərinin sakinləri avtoyuma məntəqəsində maraqlı mənzərəyə şahid olublar. Məntəqəyə gələn sakinlər avtoyumanı "su parkı"na çevirən fil ailəsi ilə qarşılaşıblar. Belə ki, Şimali Osetiyanın paytaxtına fil sirki gəlib və rəhbərlik əsas artistləri - 37 yaşlı ana fili və onu

24 aprel
.

İtkin düşən uşağın meyiti çayda tapıldı

Başqırdıstanda itkin düşən uşağın meyiti tapılıb. Rusiya mediasına istinadla bildirir ki, hadisə Xaybullinski rayonunun Yantışevo kəndində qeydə alınıb. Xilasedicilər bir gün əvvəl yoxa çıxan bir yaşlı uşağın cəsədini aşkar ediblər. Fövqəladə Hallar Nazirliyinin Respublika Qərargahından verilən məlumat

24 aprel
.

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəmədi, ÖLDÜRÜLDÜ - VİDEO

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəməkdən imtina edən dükan sahibi bıçaqlanaraq öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, İstanbulda baş verən hadisədə mağaza sahibi həmin küçədə mebel satışı ilə məşğul olan şəxsin oğlunun ayağını maşını ilə əzib. Mağaza sahibi xəstəxana xərclərin

25 aprel
.

Uşaq məhbuslara işgəncə verən mühafizəçilər saxlanıldı

İtaliyanın Milan şəhərindəki cəzaçəkmə müəssisələrindən birində çalışan 13 mühafizəçi uşaq məhbuslarla pis rəftar etdikləri və onlara işgəncə verdikləri üçün saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milan Baş Prokurorluğu açıqlama yayıb. Qeyd edilib ki, aparılan istintaq çərçivəsind

23 aprel
.

Polis yubileyində özünü öldürdü

Rusiyanın Klin şəhər rayonunda 40 illik yubiley tədbiri zamanı polis əməkdaşı intihar edib. yerli mediaya istinadla bildirir ki, hadisə qonaqlar gedəndən sonra baş verib. Polis serjantı yubileyini yaxınları ilə bağçada qeyd edib. Ailə üzvləri ilə yanaşı, qonşular, iş yoldaşları da məclisə toplaşıb. Bi

23 aprel