Qadının yanına uzanıb 15 bıçaq vurdum" - Amansız qatilin etirafları - VİDEO

Qadının yanına uzanıb 15 bıçaq vurdum" - Amansız qatilin etirafları - VİDEOAprelin əvvəlində Beyləqanda törədilən qətl hadisəsinin üstü açılıb.

Sonxeber.az ARB TV-yə istinadən xəbər verir ki, aprelin 3-də DİN-in "102 Zəng Mərkəzinə" Beyləqan şəhərində yaşayan Ramilə Əsədovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı mənzildə tapılması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Beyləqan Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yeri və meyit müayinə olunub, maddi sübutlar götürülüb, digər təxirəsalınmaz prosessual hərəkətlər aparılıb. İsti izlərlə keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən Nəsirov saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Rövşən Nəsirov (saxlanılan şəxs): "Həmin qadınla bir neçə dəfə əlaqəm olmuşdu. Tək qalırdı, evlərinə getdim. Uzananda mən də uzandım. 10-15 bıçaq vurub, evi soymaq istədim. 30 manat və sepi götürdüm".

Rövşən Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun törətdiyi digər ağır cinayətin də üstü açılıb. Belə ki, istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Nəsirovun ötən il oktyabr ayının 19-da həmyerlisi Kənan Məhərrəmovu Beyləqan şəhərində yaşadığı evə apararaq bıçaqla qətlə yetirdiyi, sonra isə təmiri başa çatmamış otaqda torpağa basdırması müəyyən edilib. K.Məhərrəmovun meyiti basdırıldığı yerdən ekskumasiya edilib.

Rövşən Nəsirov: "Uzanıb üstünə, boğazına 8-9 bıçaq zərbəsi endirdim. Yarımtikili evin içərisində basdırdım".

Faktlarla bağlı cinayət işi başlanılıb, iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

]


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1796   Tarix: 17 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tufan Axundov vəfat etdi

Tufan Axundov vəfat etdi. AMEA-nın Arxeologiya və Antrologiya İnstitutunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib. Qaynarinfo-nun məlumatına görə, o, 76 yaşında vəfat edib. Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub. T. Axundov öz qazıntıları və tədqiqatlar

29 mart
.

Ermənistandan Solovyovla bağlı QADAĞA

Ermənistan ölkə ərazisində rusiyalı teleaparıcı Vladimir Solovyovun "Rossiya 1" telekanalında yayımlanan müəllif verilişlərinin yayımını qadağan edib. Bu barədə Ermənistanın Televiziya və Radio Yayımları Şəbəkəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, qərar son vaxtlar Vladimir Solovyovu

29 mart
.

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə v

29 mart
.

"65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir" - DEPUTAT

Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən, səhiyyə sahəsində çalışanlar bununla razılaşmır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputatın sözlərinə görə, onlar xahi

29 mart
.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO

Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub. Bu barədə "Şimal news" məlumat yayıb. Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb. Həkim bildirib ki, yad cisi

29 mart
.

Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub. Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Ölkə.Az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:. "Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışa

29 mart
.

Məktəbəhazırlıq qruplarında və bəzi siniflərdə şagirdlərin yerdəyişməsi dayandırılacaq - SƏBƏB

Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq. Bu barədə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, eyni zamanda, 18 və 19 may tarixlərində ölkə üzrə I

29 mart
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

29 mart