Azərbaycanda 4 nəfərin ölümündə təqsirləndirilən müstəntiqə BƏRAƏT VERİLDİ

Azərbaycanda 4 nəfərin ölümündə təqsirləndirilən müstəntiqə BƏRAƏT VERİLDİBu gün Ali Məhkəmədə 4 nəfərin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən, Ağcabədi Rayon Polis Şöbəsinin müstəntiqi İqbal Nağıyevin barəsində Şirvan Apellyasiya Məhəkəməsinin çıxardığı bəraət qərarından verilən kassasiya şikayətinə baxılıb.

Sonxeber.az -ın trend-ə istinadən məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, qərar qüvvədə saxlanılıb. Məhkəmə İ.Nağıyevə bəraət verilməsini qanuni hesab edərək kassasiya şikayətini rədd edib.

Qeyd edək ki, 2012-ci il dekabrın 31-i, saat 21.10 radələrində Mingəçevir sakini Mehdiyev Cabbar Məmməd oğlunun idarə etdiyi 10 XO 538 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil Ağcabədi sakini, 1985-ci il təvəllüdlü Nağıyev İqbal Adil oğlunun idarə etdiyi 90 DB 556 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobillə toqquşub.

Nəticədə sürücü C.Mehdiyev və onun avtomobilində olan sərnişinlər - Mingəçevir sakini, 1962-ci il təvəllüdlü Hacıyev Mübariz Əhməd oğlu Yevlax sakini, 1986-cı il təvəllüdlü Həsənov Qnyaz Ağəli oğlu və daha bir nəfər ölüb.

Qəzada xəsarət alan Yevlax sakini, 1987-ci il təvəllüdlü Ağayev Rauf Ağəli oğlu və 1982-ci il təvəllüdlü Əliyeva Pərvanə Vəli qızı Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriblər. R.Ağayev ambulator yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Nağıyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Şirvan Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək İ.Nağıyevə bəraət verib.

Qərardan narazı qalan qarşı tərəf isə Ali Məhkəməyə kassasiya şikayəti verib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1295   Tarix: 18 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tovuzda 36 yaşlı kişi bıçaqlandı - Şübhəli şəxs xanımıdır

Tovuzda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alımıb. Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Namiq İsmayılov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib. Vəziyyətinin kafi olduğu bildirilir

7 mart
.

Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək - RƏSMİ

Fevral ayının 13-də bir ailənin beş nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlin

8 aprel
.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel
.

Sumqayıtda dəhşətli cinayət: "Dedi ki, gözəl-göyçək arvadın var..." - ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red.) öldürüb. -un əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünü

13 mart
.

Hüseyn Abdullayevin yeni cinayət işinin detalları

Xəbər verdiyimiz kimi, həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb edilib. Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir. "Qafqazinfo" Hüseyn Abdullayevin yeni cinayət işinin detalların

11 mart
.

Azərbaycanlı gənc parkinqə görə adam öldürdü

Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub. yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı şübhəli bilinir. Münaqiş

18 aprel
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel
.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. 11 ildən sonra

13 aprel