"FHN-nin səlahiyyətləri azaldılacaq, Şərifov baş nazir olacaq" - Yeni hökumətdə sürpriz dəyişikliklər olacaq?

"FHN-nin səlahiyyətləri azaldılacaq, Şərifov baş nazir olacaq" - Yeni hökumətdə sürpriz dəyişikliklər olacaq?Prezident İlham Əliyev inaqurasiya mərasimindən sonra Nazirlər Kabinetinin istefaya göndərilməsi ilə bağlı sərəncam imzalayıb.

Hazırda yeni formalaşacaq hokumətin tərkibində kimlərin yer alacağı məsələsi müzakirə olunur.

Məsələ ilə bağlı bakuPost-a açıqlama verən REAL partiyasənın Ali Məclisinin üzvü Natiq Cəfərli bildirib ki, konkret proqnozlar vermək çətin olsa da, dəyişikliklərin olacağını demək mümkündür:

"Hətta baş nazir, baş nazirin birinci müavinləri səviyyəsində belə kadr dəyişikliklərinin olması ehtimalı var. Növbədənkənar seçkilərdən sonra prezidentin qarşısında 7 illik müddət var. Bu zaman islahatların olması ilə bağlı özünün də bəyənatı var. Həm də yüksək vəzifəli şəxslərin islahatlarla bağlı bəyənatları oldu. Azərbaycanın belə islahatlara böyük ehtiyacı var. Bu islahatların aparılması da yeni komandanın olması ehtimalını yüksəldir. Lakin konkret adların kimlərin olmasını demək çox çətindir. Amma dəyişikliklərin olması ehtimalı yüksəkdir".

N. Cəfərli sürpriz dəyişikliklərlə də qarşılaşa biləcəyimizi istisna etməyib:"Gömrük Komitəsi ləğv olunub Vergilər Nazirliyinə birləşdirilə bilər. Bundan başqa Fövqaladə Hallar Nazirliyində dəyişiklik ola bilər. Yəni nazirlik statusu komitə statusuna dəyişdirilə bilər. Bu tipli struktur dəyişikliklərin olması da gözlənilir.Adları isə indidən söyləmək çox təəssüf ki, çətindir. Bəlkə indi bunu prezidentdən başqa bilən də yoxdur".

FHN-nin statusu barədə ətraflı məlumat verən N. Cəfərli fövqəladə hallarla məşğul olan qurumun nazirlik statusunda olmasını doğru hesab etmədiyini dilə gətirib:"Nazirlik status komitə statusundan yüksəkdir Amma FHN həm nazirlik, həm də siyasi qurumdur. Fövqaladə hallarla məşğul olan qurumun siyasi qurum olması doğru deyil. Onun sırf texniki və komitə şəklində olması peşəkarlardan ibarət olması daha doğru olardı. Hətta bəzi funksiyalarının digər komitələrə verilməsi mövzusu da gündəmdədir. Bu barədə də müxtəlif müzakirələr var. Məsələn yanğınsöndürmə xidmətinin əvvəlki illərdə olduğu kimi Daxili İşlər Nazirliyinə daxil olması ehtimalı da dolaşan söhbətlər arasındadır".

"Bunu Kəmaləddin Heydərovun statusunun azaldılması kimi qiymətləndirmək olarmı" sualına cavab verən N. Cəfərli keçmiş nəqliyyat naziri Ziya Məmmədov misalını xatırladıb:"Ziya Məmmədovun işdən çıxarılmamışdan öncə səlahiyyətləri əlindən alındı, müxtəlif dövlət orqanlarına verildi, sonra işdən çıxarıldı. Praktikanı nəzərə alsaq, demək olar ki, gələcəkdə bununla bağlı hansısa addım atılacaqsa, səlahiyyətlərin azaldılması prinsipi olacaq".

Maliyyə naziri Samir Şərifovun yeni kabinetdə yer almayacağı barədə proqnozlardan da danışan siyasətçi deyib ki, o, nəinki yeni hökumətdə ola bilər, hətta yüksək vəzifəyə də təyin edilə bilər:"Samir Şərifov kabinetdə olacaq deyə düşünürəm. Hətta baş nazir olmaq ehtimalı da var. Kifayət qədər ciddi əsaslar var bunun olması üçün. Maliyyə Nəzarəti Palatasının rəhbəri ilə bağlı onu deyə bilərəm ki, bu qurumun yaradılması səhv qərar idi. Bu qurumun səlahiyyətləri ya Mərkəzi Banka qaytarılmalıdır, ya da Mərkəzi Bankın səlahiyyətləri tamamilə azaldılıb palataya verilməlidir. Paralel qurumların olması yaxşı deyil".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3015   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"

"Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir". AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında söyləyib. "Biz Qarabağd

16 aprel
.

Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrın

16 aprel
.

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib. Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiy

12 aprel
.

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Albaniy

17 aprel
.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlı

17 aprel
.

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilə

9 aprel
.

Dövlət Gömrük Komitəsinə yeni TƏYİNAT - FOTO

Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinov

9 aprel
.

İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini

15 aprel