General oğlunun məhkəməsində şahid CƏRİMƏLƏNDİ

General oğlunun məhkəməsində şahid CƏRİMƏLƏNDİBu gün Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov, Pərviz Abbasov və Kənan Vəliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Sonxeber.az report-a istinadən xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elxan Xəlilov ifadə verib.

O, zərərçəkmiş Sənan Səmədovla eyni yerdə sürücü vəzifəsində çalışdığını bildirib: "Mən hadisə yerində olmamışam. Ora gələndə bir neçə adam var idi. Dedilər ki, Sənanı döyüblər. Təqsirləndirilən şəxslərdən heç kimi hadisə yerində görməmişəm. Hətta Sənanı da oradan aparmışdılar".

Hakim şahidə ifadəsi ilə bağlı sual verən zaman R.Orucovun vəkili Kamandar Nəsibov ona etiraz edib.

Məhkəmə vəkilin etirazını qəbul etməyib və söyləyib ki, hakimin sualına düzəliş etmək lazım deyil.

Daha sonra məhkəmədə şahidin ilkin ifadəsi elan olunub. Qeyd edib ki, sonuncu dayanacağa gələn zaman Sənan Səmədov da ora gəlib: "Həmin vaxt avtomobildən 3 nəfər düşüb, Sənana yaxınlaşıb. Sonra onlardan biri Sənanı yumruqla vurub".

Şahid E.Xəlilov bu barədə ifadə vermədiyini, müəyyən fikirlərin onun olmadığını söyləyib.

Hakim şahidə deyib ki, buna görə işi aparan müstəntiq məhkəməyə çağırılacaq və onunla üzləşmə aparılacaq.

Daha sonra digər şahid Elçin Ağayev dindirilib. O, ifadə verən zaman hadisə yerinə əvvəl Sənan Səmədovun gəldiyini, daha sonra R.Orucovun gəldiyini bildirib: "Rüstəm onu vurdu, amma digər iki nəfər isə Sənana su verib".

Həmin şahidin də istintaqa verdiyi ifadəsi elan olunub. Onun ifadəsi elan olunan zaman şahid buna kəskin etiraz edib və yazılanların ona aid olmadığını vurğulayıb.

Hakim şahid E.Ağayevin 200 manat məbləğində cərimələyib və bunun protokola qeyd ediləcəyini deyib.

Şahid məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini söyləyib.

Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, ötən il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarəti qətimkan tədbiri seçilmişdi.

Bu il yanvarın 17-də Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay, P.Abbasovla K.Vəliyevin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. P.Abbasov və K.Vəliyev məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Xatırladaq ki, R.Orucov Novruzəli Orucovun oğludur. General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1527   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel