Ermənistan üçün fəlakətli Qarabağ PLANI AÇIQLANDI: "Əliyev böyük addıma hazırlaşır"

Ermənistan üçün fəlakətli Qarabağ PLANI AÇIQLANDI: "Əliyev böyük addıma hazırlaşır"İrəvanda Sarkisyanın istefasını tələb edən etirazların davam etdiyi bir vaxtda Ermənistan rəhbərliyi Bakının addımlarını diqqətlə izləyir.

Ermənistanı xüsusilə Prezident İlham Əliyevin andiçmə mərasimində erməni hərbi birləşmələri tərəfindən işğal edilən tarixi Azərbaycan torpaqlarının qaytarılacağı haqda dediyi sözlər narahat edib.

Buna paralel olaraq, "Kommersant" nəşrində Azərbaycanın Belarusdan 10 ədəd "Polonez" raket kompleksi alması ilə bağlı xəbərin yayılması İrəvanda təşviş yaradıb.

Ermənistanda baş nazir seçilərək, hökmranlığını davam etdirən Sarkisyanın parlamentin iclasında "Azərbaycan Qarabağı güc yolu ilə azad etmək planından vaz keçməyəcək" deyərək, narahatlığını dilə gətirməsi də işğalçı ölkənin qorxularını ortaya çıxarır.

Erməni siyasi şərhçi Naira Ayrumyan Azərbaycanın Qarabağla bağlı hərəkətə keçdiyini iddia edir və bunun Ermənistan üçün ciddi nəticələrə səbəb ola biləcəyini yazır.

Onun iddiasına görə, Azərbaycan ordusunun arsenalını təkcə Rusiya yox, digər ölkələr vasitəsilə ilə zənginləşdirməyə davam edir:

"İrəvanda Sarkisyana qarşı etiraz dalğası güclənir, lakin o, güzəştə getmək niyyətində deyil. Sarkisyan hakimiyyət davası apardığı bir vaxtda, Əliyev Qarabağla bağlı böyük addım atmağa hazırlaşır".

Rusiyalı hərbi ekspert Aleksandr Perendjiyevin dünən verdiyi açıqlama da bu kontekstdə diqqət çəkir. O, "İrəvandakı etiraz aksiyalarının Qarabağda eskalasiya riskini artırdığı" düşüncəsindədir.

publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2891   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:. "Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısını

18 aprel