Nazirlik vəzifəli şəxsi 4000 manat CƏRİMƏLƏDİ - FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Şamaxı rayon sakini Aygün Məmmədova tərəfindən Şamaxı rayonu Şəhriyar qəsəbəsində məişət tullantılarının pərakəndə şəkildə atılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları və şikayətçinin iştirakı ilə yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən məişət tullantılarının qeyri-mütəşəkkil atılaraq qalaqlandığı, əraziyə zibil yeşiklərinin qoyulmadığı və tullantıların qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.
Araşdırma zamanı məişət tullantılarının əraziyə qəsəbə sakinləri Tamara Manafova, Rahib Həsəni və Nazim Zarcan tərəfindən atılaraq qalaqlandığı və Şəhriyar qəsəbə bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun qaydada idarə olunmadığı aşkarlanıb.
Faktla bağlı qanun pozucuları barəsində protokollar tərtib olunub. İnzibati xəta törətdiyinə görə, Şəhriyar qəsəbə bələdiyyəsinin sədri Musa Musayev vəzifəli şəxs qismində 4000, qəsəbə sakinləri T.Manafova, R.Həsəni və N.Zarcan isə fiziki şəxs qismində hər biri 700 manat məbləğində cərimə ediliblər.
Yol verilən qanun pozuntusunun aradan qaldırılması, ərazinin məişət tullantılarından təmizlənməsi və qəsəbədə tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunması üçün Şəhriyar qəsəbə bələdiyyəsinə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ
2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb
13 may 2021Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır
Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil
22 may 2021İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi
İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg
31 iyul 2021İdxal və ixrac olunan məhsullar AÇIQLANDI
Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə
24 iyul 2021Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB
2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre
13 may 2021Azərbaycan nefti kəskin ucuzlaşdı
Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini
20 iyul 2021