Yeni baş nazirin müavinləri - SİYAHI

Yeni baş nazirin müavinləri - SİYAHINovruz Məmmədov hökumət rəhbərliyinə olan tələblərə tam cavab verir.

Bu sözləri axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bu gün Novruz Məmmədovun baş nazir vəzifəsinə təyin olunmasına münasibət bildirərkən deyib. O bildirib ki, Novruz müəllim uzun müddət həm ulu öndər Heydər Əliyevlə, həm indiki prezident cənab İlham Əliyevlə işləyib:

"Yüksək idarəçilik təcrübəsinə malikdir, dövlət quruculuğu və cəmiyyətin problemləri məsələsindən kifayət qədər məlumatlıdır. Eyni zamanda, uzun illər xarici siyasət məsələləri ilə məşğul olması onun xarici ölkələrin təcrübəsi ilə yaxından tanış olmasına şərait yaradıb. Bugünkü təyinat ona qazandığı təcrübənin Azərbaycanda yayılmasına birbaşa rəhbərlik etmək imkanı verəcək. Novruz Məmmədovu bütün Azərbaycan cəmiyyəti tanıyır və onun cəmiyyətdə müsbət imici var. Novruz müəllim çox zəhmətkeş, çalışqan, dövlətçiliyə bağlı, fərqli fikirlərə və müzakirəyə açıq bir insan kimi tanınır. Hesab edirəm ki, onun baş nazirliyi Azərbaycanın maraqlarına tam ciddi cavab verəcək".

Millət vəkili Novruz Məmmədovun baş nazir təyin edilməsindən sonra baş nazirin 7 müavinindən hansılarla işləyəcəyi barədə sosial şəbəkələrdə gedən müzakirələrə münasibət bildirib:

"Bu barədə açıqlama vermək hələ tezdir. Bu, cənab Prezidentin səlahiyyətində olan bir məsələdir. Hər halda, həyat sübut etdi ki, prezidentimiz öz seçimlərində heç vaxt səhv etmir".

Azərbaycanda baş nazirin 6 müavini var:

1. Baş nazirin birinci müavini Yaqub Abdulla oğlu Eyyubov

2. Baş nazirin müavini Abid Qoca oğlu Şərifov

3. Baş nazirin müavini Elçin İlyas oğlu Əfəndiyev

4. Baş nazirin müavini Əli Cavad oğlu Əhmədov

5. Baş nazirin müavini, Qaçqınkomun sədri Əli Şamil oğlu Həsənov

6. Baş nazirin müavini İsmət Dursun oğlu Abasov

Qeyd edək ki, bu gün Milli Məclis Prezident İlham Əliyevin baş nazir vəzifəsinə təqdim etdiyi PA şöbə müdiri Novruz Məmmədovun namizədliyini təsdiqləyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5280   Tarix: 21 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezidentin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin etdiyi şəxs kimdir? - DOSYE

Ramin Ələmşah oğlu Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. xəbər verir ki, Ramin Ələmşah oğlu Məmmədov 1979-cu ildə fevralın 17-də Ağdərə şəhərində doğulub. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxal

8 aprel
.

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilə

9 aprel
.

İlham Əliyev Hacıqabul rayonuna səfər edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Hacıqabul rayonunda olub. -ın məlumatına görə, dövlətimizin başçısı Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib və "Agro Dairy"

9 aprel
.

Ermənistan Azərbaycanla şərti sərhədə yeni hərbi qüvvələr yığır - VİDEO

Azərbaycanla Ermənistan arasında şərti sərhədin müxtəlif hissələrində, xüsusən də Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələri yeni hərbi infrastrukturun yaradılması istiqamətində intensiv işlər aparırlar. "Caliber" müvafiq video görüntüləri təqdim edib. Bildirilib ki, baş verənlər Ermənista

4 aprel
.

Yaşar Gülər: Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanındayıq

Türkiyə Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanında olacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirliyin yüksək rütbəli rəsmiləri ilə birlikdə Şanlıurfaya sərəfində deyib. O bildirib ki, Türkiyə digər dost və qardaş ölkələr kimi

11 aprel
.

"Bu gərginliyin sonu müharibə ilə nəticələnə bilər" - Ekspert

Xəbər verdiyimiz kimi, aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Mövqelərimi

9 aprel
.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel
.

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub

9 aprel
.

Ermənistan hərbi qüvvələrini Şərqi Zəngəzur istiqamətində şərti sərhəddə cəmləşdirir - VİDEO

Bu gün Brüsseldə keçirilən görüşdən və Qərb tərəfdaşlarından alınan təminatlardan ruhlanan Ermənistan hakimiyyəti Azərbaycana qarşı təxribat xarakterli militarist kursunu davam etdirir. "Caliber" xəbər verir ki, İrəvan silahlı qüvvələrini Şərqi Zəngəzur istiqamətində şərti sərhəddə cəmləşdirir

5 aprel