Azərbaycanda yeni hökumət: 5 naziri, komitə sədrlərini və digərlərini nə gözləyir...

Azərbaycanda yeni hökumət: 5 naziri, komitə sədrlərini və digərlərini nə gözləyir...Ötən gün Azərbaycan prezidenti İlham Əliyev Novruz Məmmədovun baş nazir statusunda rəhbərlik edəcəyi Nazirlər Kabinetinin yeni tərkibini qismən formalaşdırıb. Ona görə qismən ki, 6 nazir postuna, o cümlədən bir sıra dövlət komtələrinin və xidmətlərinin rəhbərliyinə yeni təyinatlar olmayıb. Bu postları tutanlar hələlik vəzifələrini müvəqqəti icra edirlər.

Lakin belə qeyri-müəyyən vəziyyət həmin nazirlərin və məmurların hamısının avtomatik olaraq işsiz qalacağı mənasını vermir. Hökumətin yeni tərkibinin formalaşdırılması prosesi qarşıdakı günlərdə də davam edəcək və istisna deyil ki, səlahiyyətlərini müvəqqəti icra edənlərin bəziləri yenidən öz postlarına təsdiq olunsun, yaxud başqa vəzifələrə keçirilsinlər. Amma burası dəqiqdir ki, bu kateqoriya məmurların bir çoxu istefaya göndəriləcək.

Kreslosu hələ "sual altında" olan nazirlərdən biri ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdur. Bağırov hökumətin nisbətən gənc üzvlərindəndir, 1955-ci ildə anadan olub. 2001-ci ildən Azərbaycanın ekologiya və təbii sərvətlər naziridir, yəni düz 17 ildir ki, nazir postunu tutur.

Vəzifəsinə hələ təsdiqlənməyən gənclər və idman naziri Azad Rəhimov da nisbətən "gənc nəsil" məmurlardandır. Lakin o da nazir vəzifəsini 10 ildən çoxdur tutur, 2006-cı ildə bu vəzifəyə təyin olunub.

Mədəniyyət naziri Əbülfəs Qarayev 1956-cı ildə anadan olub və hökumətin vəzifə tutmaq baxımından ən "uzunömürlü" üzvlərindən biridir. O, 1994-cü ildə gənclər və idman naziri təyin olunub. 2001-ci ilə qədər bu vəzifədə çalışıb. Həmin il nazirlikdə struktur dəyişiklikləri aparılıb, turizm sahəsi də bu nazirliyə həvalə edilib və Əbülfəs Qarayev gənclər, idman və turizm naziri statusunda yenidən təyinat alıb. 2006-cı ilə qədər bu statusda çalışıb, həmin il yenidən struktur dəyişikliyi aparılıb və nazirlik bölünüb, idman sahəsi ayrılıb. Nəticədə Əbülfəs Qarayev bu dəfə mədəniyyət və turizm naziri portfelini götürüb, yenə də nazir postunda qalıb.

Belə demək olar ki, Ə.Qarayevin nazirliyi bütün bu müddət ərzində ən çox struktur dəyişikliyi yaşayan nazirlikdir. Elə ötən həftə hökumətin yeni tərkibinin formalaşmasından əvvəl prezident İlham Əliyev yenidən bu nazirlikdə struktur dəyişikliyi aparıb. Nazirlik bölünüb, Mədəniyyət Nazirliyinə çevrilib və ayrıca Dövlət Turizm Agentliyi yaradılıb. İndi Əbülfəs Qarayev mədəniyyət nazirinin səlahiyyətlərini icra edən şəxs statusundadır və onun bu vəzifəyə təsdiqlənəcəyi hələ məlum deyil.

Vəzifəsinə hələlik təsdiqlənməyənlərdən biri də müdafiə sənayesi naziri Yavər Camalovdur. O, 1949-cu ildə anadan olub, 2006-cı ildən, yəni Müdafiə Sənayesi Nazirliyi yaradılan gündən bəri bu nazirliyə rəhbərlik edir.

Səhiyyə naziri Oqtay Şirəliyev də hələlik nazir səlahiyyətlərini müvəqqəti icra edəcək. Şirəliyev 1950-ci ildə anadan olub, 2005-ci ildən səhiyyə naziridir.

Təhsil naziri postu isə hələ prezident seçkilərindən əvvəl Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsindən sonra boşalmışdı və bu vəzifəyə təyinat olmamışdı. Ötən gün də təhsil naziri postuna təyinat olmayıb. Nazirin səlahiyyətlərini hazırda birinci müavin Ceyhun Bayramov icra edir.

Vəzifəsinə hələ təsdiq olunmayan komitə sədrlərindən Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1955-ci ildə anadan olub. 2006-cı ilin fevralından, yəni 12 ildir ki, həmin komitənin sədri vəzifəsini tutur.

Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov da hələlik vəzifəsinə təsdiq edilməyib. İbrahimov 1963-cü ildə anadan olub, 2002-ci ildən həmin komitəyə rəhbərlik edir.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə cəmi 4 ildir bu vəzifəni tutur, 2014-cü ildə komitəyə rəhbər təyin edilib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük general-polkovniki Aydın Əliyev də hələlik səlahiyyətlərini müvəqqəti icra edəcək. Əliyev 1957-ci ildə anadan olub, Gömrük Komitəsinə 12 ildir (2006-cı ildən) rəhbərlik edir.

Dövlət Statistika Komitəsinin sədri, 1965-ci ildə anadan olan Tahir Budaqov isə bu vəzifədə "uzunömürlü" hesab edilə bilməz. O, 2015-ci ildə həmin vəzifəyə təyin edilmişdi.

Əəmlak Məsələləri Dövlət Komitəsinin sədri , 1969-cu ildə anadan olan Kərəm Həsənov da vəzifəsinə hələlik təsdiq edilməyənlər sırasındadır. Həsənov 2005-ci ildən bu vəzifəni tutur.

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev də vəzifəsinə hələ təsdiq edilməyib. 1960-cı ildə anadan olmuş Nəbiyev Dövlət Miqrasiya Xidmətinə 2012-ci ildən bəri rəhbərlik edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov da vəzifəyə təsdiqlənib-təsdiqlənməyəcəyini hələ gözləməli olacaq. 1964-cü ildə anadan olmuş Rəhimov 2012-ci ildən bu xidmətə rəhbərlik edir.

Bu yaxınlarda yaradılan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qorxmaz Təhməzli də hələlik səlahiyyətlərini müvəqqəti icra edəcək. Habelə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Arxiv İdarəsinin də rəhbərliyinə hələlik təyinat olmayıb.

Virtualaz.org


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3085   Tarix: 22 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel