"...nəvəsinin harınlamasına səbəb olması..." - Yeni "Qaçqınkom"un Əli Həsənovun nəvəsi barədə dedikləri

"...nəvəsinin harınlamasına səbəb olması..." - Yeni "Qaçqınkom"un Əli Həsənovun nəvəsi barədə dedikləriXəbər verdiyimiz kimi, Azərbaycan Milli Məclisin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Yenicag.az xəbər verir ki, "Qaçqınkom"un eks sədri Əli Həsənovun yerinə təyinat alan R.Rzayevin bir müddət əvvəl onun nəvəsi Nail Allahverdiyevə məxsus "10-PP-203" dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen" avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqala münasibəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

O vaxt Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat vəzifəsində çalışan Rövşən Rzayev baş nazirin müavini, "Qaçqınkom"un eks sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus "10-PP-203" dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen" avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqala belə münasibət bildirib.

O, KİV-ə açıqlamasında deyib ki, sözügedən hadisə insan ölümünə səbəb olduğu üçün ağır yol qəzasıdır: "Çox xoşagəlməz bir hal baş verib və bu avtomobil qəzası nəticəsində insanlar həyatlarını itirib, yaralanıblar. Digər tərəfdən isə sürücü də cavan uşaqdır. Ölən insanlara görə sürücü ömrü boyu adı ləkəli qalacaq. Bu, həyatdır və çox təəssüf ki, hər bir insanın başına gələ bilər. Bütün bunlar xoşagəlməz hadisələrdir. Allah bu cür hadisələri hamıdan uzaq etsin".

Eks deputat qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir: "Burada hər kəs öz əməlinə görə qanunlar qarşısında məsuliyyət daşıyır və cavab verir. Mətbuatdan da oxuyuruq ki, hüquq-mühafizə orqanları bu hadisəyə ədalətli qiymət verirlər. İnanıram ki, məsələyə tam ədalətli qiymət veriləcək. Əli Həsənovun yüksək vəzifədə olmasının nəvəsinin harınlamasına səbəb olması məsələsinə gəldikdə, mən bu barədə heç bir fikir söyləyə bilmərəm. Bu, onların şəxsi ailə işidir.

Mənə elə gəlir ki, bizim başqalarının ailə işlərinə qarışmağımız doğru olmazdı. Ancaq hamı öz əməlinə görə dövlət və qanun qarşısında cavab verməlidir. Əminəm ki, bu, belə də olacaq. Hazırda bu hadisə ilə bağlı istintaq gedir. Yəqin ki, qəzanı törədən əməlinə görə cavab verəcək. Artıq məhkəmənin hökmü ilə sürücü Nail Allahverdiyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri də seçilib. Təbii ki, heç kəs dövlətin qanunlarından üstün ola bilməz. Hər bir məsələdə olduğu kimi, bu məsələdə də qanun öz sözünü deyəcək". (unikal.org)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 14697   Tarix: 22 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28 mart
.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart
.

ƏHALİYƏ SEVİNDİRİCİ XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. -ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır

29 mart
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

29 mart
.

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO

Tanınmış müğənni İlahə İbadovanın toyu olacaq. Bu barədə sənətçi ATV-nin "Rəngarəng səhər" verilişində məlumat verib. O, ikinci dəfə ailə quracağını və artıq üzüklərin taxıldığını bildirib. Həmin görüntüləri təqdim edirik:

29 mart
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28 mart
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28 mart
.

Ucarda məktəb binasında yanğın olub

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtada

29 mart
.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart