Yeni nazir haqda maraqlı faktlar: polkovnik oğlunun 19 yaşından SOCAR-dan başlayan həyat yolu...

Yeni nazir haqda maraqlı faktlar: polkovnik oğlunun 19 yaşından SOCAR-dan başlayan həyat yolu...Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri postundan kənarlaşdırılması nə qədər gözlənilməz oldusa, onun yerinə edilən yeni təyinat da bir o qədər gözlənilməz və müəmma ilə qarşılandı. Bildiyiniz kimi, bu vəzifəyə yeni təyin olunan Sahil Babayevin cəmi 38 yaşı var və nazirlər arasında ən gənci də məhz odur. Ancaq onun bu vəzifəyə qədərki karyerasına nəzər yetirəndə, bəzi suallar meydana çıxır…
Mətbuatda dərc edilən bioqrafiyasına görə, 1980-ci ildə anadan olan S.Babayev, 2000-ci ildə Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər" sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb və hüquq üzrə fəlsəfə doktorudur. Göründüyü kimi, yeni nazir artıq 20 yaşında ali məktəbi bitirib. Bu o deməkdir ki, orta məktəbi də digər həmyaşıdları ilə müqayisədə 1-2 il tez qurtarıb. Təbii ki, yüksək göstəriciləri olan bəzi fitri istedadlı şagirdlərə aid belə hallar mümkündür və mövcuddur. Əlimizdə olan bioqrafiyadan belə qənaətə gəlmək olur ki, bu prinsip S.Babayevə də şamil olunub, yaxud da o, məktəbə 6 yaşından tez gedib…
Ancaq nazirin tərcümeyi-halındakı qeyri-adilik bununla da bitmir. Bioqrafiyada deyilir ki, 1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb. Bu o deməkdir ki, artıq 19 yaşından, yəni universitetdə təhsilini (böyük ehtimalla əyani təhsil alıb-red.) davam etdirməklə yanaşı, ARDNŞ-də də kifayət qədər yüksək postlar tutub. 19 yaşında gəncin baş mütəxəssis və 26 yaşına qədər isə artıq şöbə rəisi olması kifayət qədər yüksək və qeyri-adi göstəricidir, yəni onun yaşıdları və qrup yoldaşları universitetə dərsə gedib-gələndə, S.Babayev artıq ARDNŞ kimi strateji qurumda şöbə müdiri imiş…
Əlbəttə ki, yeni nazirin bütün bunlara şəxsi bilik və bacarıqları sayəsində nail olduğunun əksini göstərən hər hansı məlumat, yaxud iddiaya malik deyilik. Lakin işin daha maraqlı tərəfi, hələ olduqca gənc yaşında neft sektorunda uğurlu karyera quran S.Babayevin birdən-birə bundan imtina edərək, deputat köməkçisi kimi o qədər də böyük və ciddi sayılmayacaq vəzifəyə keçməsidir. Belə ki, o 2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib. Ancaq onun məhz hansı müavinin köməkçisi olduğuna dair məlumat verilmir. Bilindiyi kimi, parlamentin 3 sədr müavini var ki, bunlar da Ziyafət Əsgərov, Bahar Muradova və Valeh Ələsgərovdur. Valeh Ələsgərovun da Milli Məclisə neft sektorundan gələn deputat olduğunu nəzərə alsaq, böyük ehtimalla S.Babayev məhz onun köməkçisi olub.
2009-cu ildən İqtisadi İnkişaf Nazirliyində şöbə müdiri və 2014-cü ildən isə nazir müavini postunu tutan S.Babayevin bioqrafiyasından göründüyü kimi, yeni nazir əvvəlki postlarında əsasən beynəlxalq əlaqələr və xarici investisiyalar sahəsinə aid mütəxəssis kimi çalışıb. Buna baxmayaraq, yəqin ki, bilik və bacarıqlarına şübhə etmədiyimiz S.Babayev tamamilə fərqli istiqamət olan əmək və sosial müdafiə sektorunda da uğurlu fəaliyyət göstərə biləcək. Ən azından cəmiyyət üçün yeni ad olan S.Babayev haqqında da Hadı Rəcəblinin Novruz Məmmədov barəsində dediyi kimi, "heç bir qruplaşmada olmayıb" ifadəsini işlətmək olar. Onun bioqrafiyasına gəldikdə isə, yəqin ki, yaxın gələcəkdə olduqca əhəmiyyətli və ağır post daşıyacaq yeni nazir barədə daha dolğun və ətraflı məlumat veriləcək.
Onu da qeyd edək ki, S.Babayev tanınmış polis polkovniki Rafiq Babayevin oğludur. R.Babayev uzun müddət DİN Pasport və Qeydiyyat İdarəsinin rəisi vəzifəsini daşıyıb.

AzPolitika.info


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 9908   Tarix: 22 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel