Bu #olabilər! nə ola bilər?

Bu #olabilər! nə ola bilər?Son zamanlar Facebook-un ən diqqətçəkən və maraqlı cərəyanlarından biri reklam həştəqləridir. Müəyyən müddət ərzində mövcud olan belə həştəqlər qısa zaman ərzində öz əyləncəli məzmunu və hədiyyələri ilə insanların marağına səbəb olur.

Hər bir həştəqin arxasında isə bir sirr dayanır deyə, insanlar bu sirri, yəni həştəqin nə ilə bağlı olmasını tez bir zamanda öyrənmək istəyirlər. Artıq bir həftəyə yaxındır ki, FacebookInstagram-da yeni, çox maraqlı – #olabilər! həştəqi diqqət mərkəzindədir. Həştəqin aktiv Facebook səhifəsi və Instagram səhifəsi təsirli, intelellektual və əyləncəli paylaşımlarla sosial şəbəkə istifadəçilərinin xüsusi marağına səbəb olub. Buna görə də, bir çoxlarını indi bu sual maraqlandırır: Görəsən, bu #olabilər! nə ola bilər?

Burada bir neçə versiya irəli sürmək olar. İlk əvvəl qeyd edək ki, bu məzmunda və bu səviyyədə iş hazırlamaq çox çətindir, bu layihənin güclü bir komanda işi olduğunu açıq-aydın göstərir. Kopiraytinqə və qrafik dizayna fərqli, daha keyfiyyətli yanaşma hiss olunur. Həştəq orijinallığı ilə seçilir, həştəqin öz personajı, öz saytı var. Hətta, saytında qeydiyyatdan keçib, zarafat xarakterli yarışmaya da qoşulmaq olar. Dostunun adını yazırsan, ondan, əslində, yaxşı kim ola bilər öyrənirsən. Maraqlı təklif də edirlər. Əgər saytda qeydiyyatdan keçsəniz, həştəqin nə ilə bağlı olduğu hamıdan bir gün əvvəl sizə bildiriləcək. Belə irihəcmli hazırlıq, işin sistemli qurulması, komanda gücü layihənin və həştəqin hansısa böyük kompaniyaya aid olması versiyasını yaradır. Güman ki, bu həştəq hansısa böyük layihənin başlamasına diqqət çəkmək üçün işlənib.

Digər tərəfdən, indiyədək məlum olan #problemdeyil, #səndənbirdənədir və #gözləmə tipli məşhur həştəqlər, adətən, bank xidmətlərinə aid idi. Yalnız #4noyabr həştəqi marketinq görüşünü özündə əks etdirirdi. Lakin bu dəfə hansısa bankın yeni bir həştəqlə mediaya girməsi inandırıcı görünmür. Düzdür, ölçüsünə, keyfiyyət və əhatəliliyinə görə, digər həştəqlərdən geri qalmır, hətta, irəlidədir. Bu səbəbdən belə bir fikir formalaşır ki, #olabilər! tək bir şirkətin yox, bir neçə fərqli təşkilatın birgə layihəsi də ola bilər. Bəlkə də, təşkilatlar bir ideya ətrafında birləşib böyük bir tədbir həyata keçirəcəklər.

Üçüncü versiya isə, ideyanın onlayn layihə olmasıdır. Hələki heç bir xidmət və ya şirkətin adı çəkilmir, bütün işlər isə onlayn formadadır. Həştəq, aktiv sosial şəbəkə hesabları, sayt, qeydiyyat, reklam və s. – hamısı onlayn olaraq davam edir. Bu isə #olabilər!-in internet şou, onlayn yarışma və ya böyük onlayn layihə olması ehtimalını gücləndirir. Onlayn layihənin bu şəkildə təqdimatı da maraqlı yanaşma ola bilər.

Gözdən qaçmayan kiçik bir məqam daha var. saytının ana səhifəsinin fonuna diqqətlə baxdıqda yaşıl fonda müxtəlif ikonlar da görünür. Ütü, telefon, fotoaparat, tozsoran, qulaqcıq, hədiyyə qutuları və hətta, avtomobil ikonu gözə çarpır. Bu ikonlar həştəqin yarışma olacağı versiyasını gücləndirir. Güman ki, hər kəsi bol hədiyyəli və sürprizli layihə gözləyir. Digər ikonlardan əlavə, avtomobil ikonunun olması, yəqin ki, qiymətli hədiyyələrin olmasına işarədir. İkonların müxtəlif dəyərli və fərqli seqmentlərdən olması, yuxarıda vurğulanan bir neçə kompaniyanın birgə işi iddiasını yada salır.

Həqiqətən, versiyalar çoxdur və onların sayını artırmaq da olar. Lakin ən yaxşısı bir az da səbr etmək, bu maraqlı həştəqlə paylaşılan əyləncəli işlərdən zövq almaq və #olabilər!-in nə olduğunun açıqlanmasını gözləməkdir. Artıq sosial şəbəkə istifadəçilərinin bir qismində ümumi rəy formalaşıb ki, həştəq varsa, sonda o, bank xidməti olacaq. #olabilər! -dən gözlənilən isə bu həştəqin tam fərqli bir iş olması və hər kəsi bir qədər də təəccübləndirməsidir. Ona görə də, gözləyək, görək, bu #olabilər! həqiqətən, nə ola bilər?


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 768   Tarix: 23 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel