Millət vəkilindən narazılıq var - verdiyi vədə əməl etmir

Millət vəkilindən narazılıq var - verdiyi vədə əməl etmirNeftçala rayonu Astanlı kənd sakinlərinin uzun müddətdir mavi yanacaqsız qalmaları barədə xəbər vermişdik.

Xəbərlə bu linkdən tanış ola bilərsiniz: Canınız cəhənnəmə, sizə qaz vermirik, gedin odununuzu doğrayın - ŞİKAYƏT

"Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev açıqlama verərək qeyd edib ki, sözügedən kəndin mavi yanacaqla təminatı yaxın gələcək ümün planlaşdırılır, maliyyə vəsaiti ayırılan zaman ilk növbədə həmin kənd mavi yanacaqla təmin ediləcək.

Mətbuat xidmətinin bu açıqlamasından sonra redaksiyamıza müraciət edən kənd sakinləri öz maddiyatları hesabına mavi yanacaq çəkdirmək istədiklərini, lakin bu barədə məlumatsız olduqlarını bildirdilər. Bununla bağlı isə "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri açıqlamasında qaydaların çox sadə olduğunu açıqlayıb:

"Bunun üçün vətəndaşlar Sabirabad rayonunda yerləşən "ASAN" xidmətə müraciət etməlidirlər. Xidmətdə oturan "Azəriqaz" əməkdaşları tərəfindən vətəndaşlara texniki şərt verilməlidir, həmin texniki şərt vətəndaşlara pulsuz verilir. Bundan sonra podratçı şirkətlə müqavilə bağlanmalıdır. podratçı şirkət isə öz növbəsində həmin əraziyə baxış keçirtməlidir. Sərf olunacaq materiallar hesablanacaq və məbləğ evinə qaz çəkdirmək istəyən ailələrin sayına bölünəcək. Vətəndaşlar həmin məbləği ödəməklə öz hesablarına mavi yanacaqdan istifadə edə bilərlər".

Bununla yanaşı redaksiyamıza müraciət edən Neftçala rayonu Astanlı kənd sakini, təqaüdçü müəllim Məmmədov Ələkbər Səftər oğlu Neftçala rayonunun millət vəkilindən də narazılığını ifadə edib. O, millət vəkilinin vədinə sadiq qalmadığını, onun rayonda olan vəkilinin isə vətəndaşlarla ironiya ilə danışdığını bildirib:

"Bizim millət vəkilimiz Arif Rəhimzadədi. O da vəd verdi ki, Astanlı kəndi mavi yanacaqla təmin ediləcək. Hətta açıqlamalarında qeyd edilib ki, artıq Astanlı kəndi qazlaşdırılıb. Hərçənd ki, 15 ailədir, onlar da öz hesablarına qaz çəkdiriblər. Mən Arif Rəhimzadənin bir neçə məclisində də iştirak etmişəm, çıxış etmişəm. O dəqiqə məni sakitləşdirib ki, narahat olma müəllim, yaxşı olacaq, qaz çəkiləcək, mən danışmışam artıq. Hələ onun burda, rayonda bir vəkili var Arif Nağıyev. Dünən ona zəng etmişəm, soruşuram ki, bu məsələ nə yerdədir, Arif Rəhimzadə nə düşünür, hər dəfə bizə söz verir amma yerinə yetirmir, nə zaman qaz çəkiləcək. Mənə deyir ki, narahat olmayın Arif müəllim yavaş-yavaş buzları əridir. Mən də dedim ki, biz Şimal Buzlu Okeanında yaşamırıq ki, bizim buzumuzu əritsin.
Mən dəfələrlə Arif müəllimə müraciət etmişəm, bizə bir qəti söz deməyib, yaxşı olacaq deyə bizi sakitləşdirib. Sizin vasitənizlə istərdim sözümü çatdıram ki, Arif müəllim bizə konkret cavab verin. Siz axı bizim vəkilimizsiniz".
BİG.AZ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2687   Tarix: 23 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda universitet məzunları bu səbəbdən İŞSİZ QALIR! - AÇIQLAMA

Bu gün gənclərin bir çox sahədə problemləri var. Bunlardan biri də onların universiteti bitirdikdən sonra özlərinə iş tapa bilməməsi ilə bağlıdır. Çox vaxt gənclərin universiteti işsiz olmasının səbəblərini oxuduqları ərəfədə təcrübə proqramlarında iştirak etməməsi, aktiv fəaliyyət göstərməməkləri il

23 aprel
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23 aprel
.

"Azərbaycan-Rusiya arasında əlaqələrin sürətli inkişafı qarşıdakı dövrdə də uğurla davam etdiriləcək" - DEPUTAT

"Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir". Bunu -a danışan deputat İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri də dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun sürətl

23 aprel
.

Vaqif Sadıqov Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Vaqif Əmirxan oğlu Sadıqov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

22 aprel
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23 aprel
.

Bu yay kəskin istilər olacaq? - AÇIQLAMA

Son zamanlar havaların həddindən artıq isti keçməsi insanlar arasında maraq yaradıb. Bəs bu il yay aylarında havanın temperaturu necə olacaq?. Mövzu ilə bağlı meteoroloq Cavidan Əliyev -a açıqlama verib. Meteoroloq məsələyə aydınlıq gətirib:. "Hal hazırda yay aylarında gözlənilən temperaturu demə

22 aprel
.

Sumqayıtda müəllim vəfat etdi

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, ötən gün sözügedən məktəbin ingilis dili müəllimi Xuraman Əliyeva qəfil dünyasını dəyişib

23 aprel
.

Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ

Nazirlər Kabinetinin ölkədə taksi xidməti ilə bağlı qərarı iyulun 1-dən qüvvəyə minəcək. -in məlumatına görə, taksilərlə bağlı bu tələblər bunlar olacaq:. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətin

23 aprel
.

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? (TƏFƏRRÜAT)

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır

23 aprel