Qızını itirən azərbaycanlı aparıcı fəryad etdi: Bəlkə günah etdim, səni ALLAH qədər sevdim - FOTO

Qızını itirən azərbaycanlı aparıcı fəryad etdi: Bəlkə günah etdim, səni ALLAH qədər sevdim - FOTO40 gün əvvəl körpə övladını itirən aparıcı Elvin Basqallı ürəkləri dağlayan paylaşım edib.

"Space" telekanalının xəbər aparıcısı ürək çatışmazlığından vəfat edən 1 yaşlı Fidana bu sözleri ünvanlayıb:

"400 gün səninlə, 40 gün sənsiz.Sən yerə ayaq basdığın günü, Mən yerdən öpərəm, yer ayağından!
Öpdüm yeri qızım! Ayaq basdığın yox, uyuduğun torpağı öpdüm. Amma sən o qədər zərif idin ki, səni doyunca öpməyə qorxurdum.
Fidan, bir bilsən, o kiçik, o zərif cismin həyatımda nə qədər böyük, nə qədər önəmli yer tutdu. Bir bilsən, sən necə bir eşq qaladın ürəyimizdə. Məsələn, mən səni vətənim qədər sevdim, harada sağalsaydın, ora vətənim olacaqdı. Səni anam qədər sevdim, bacım kimi sevdim, gecə-gündüz ancaq səni düşündüm, yarım qədər sevdim, yox səni elə balam kimi sevdim. Eşqin, məhəbbətin ən ucasını bu bir ildə səninlə yaşadım! Bəlkə günah etdim, səni ALLAH qədər sevdim, daha doğrusu ALLAHı səni tanıyandan sonra daha çox sevdim!
Fidan, bağışla qızım, səninlə qapı döymədiyim həkim qalmadı, görəsən, o qəlbsiz beyinlərin sənin haqqında dediklərini eşitdikcə, o qapılara gedib, gözüyaşlı qayıtdığıma görə, məndən çoxmu incidin?

Fidan, sənin sağalmağın üçün mən nələri verməzdim, öz sağlamlığımı, canımı düşünmədən sənə fəda edərdim. Mən sənə görə bütün möcüzələrə inandım, sonda yalvardığım möcüzə baş verməsə də. Məsələn, həkimlərdən ümidim üzüləndə əsrlər öncə dünyasını dəyişmiş, həkimlər həkimi kimi bilinən İmam Rza Ağanın sağlığına inandım, heç indi də onun sağ olmasına şübhəm yoxdu. Səni götürüb onun qəbuluna getdim. Günahkar bəndəsinə zamin durub, sənin üçün ALLAHdan şəfa diləməsini yalvardım. Amma sənə aşiq oldu deyəsən, mənim sənə sevgimdən daha böyük oldu onun eşqi. Məşhəddən gəldiyinin 40-ci günündə sən cənnətə getdin.
Fidan, bir ömür boyu səndən danışsam sözüm bitməz, sənin yollarından gözüm itməz. Yalnız bir kəlmə ilə deyim bil ki, qızım sən mənim başıma gələn ən gözəl, ən böyük hadisəsən! Fidan, sən mənim yaşadığım ən ülvi məhəbbətsən!" Sən mənim ən unudulmaz varlığımsan və sən mənim mələyimsən!"

baku.ws


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4461   Tarix: 24 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

DTX rəisi: "Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq"

"1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq". Bun

28 mart
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28 mart
.

"Bu yolda yerimək təhlükəli hal alıb" - Video

"Bu yol uzun müddətdir ki, bərbad vəziyyətdədir. Avtomobillər buradan işləyə bilmir. Problemi də həll edən yoxdur". Bu şikayətlə "Qafqazinfo"ya Xırdalanın Qəzənfər Xaliqov küçəsində yaşayan bir qrup sakin müraciət edib. Vətəndaşların sözlərinə görə, burada yollar artıq yararsız haldadır

28 mart
.

Vaxtilə Qarabağı tərk edən separatçı rejimin qalıqları Qarabağda təxribat törədə bilər? - AÇIQLAMA

Bu gün Ermənistan baş naziri Nikol Paşinyan hökümət iclasında "hökumət" yaratmaq istəyən separatçılara səslənib. O, bildirib ki, vaxtilə Qarabağda fəaliiyət göstərmiş, mühacirətdə olan separatçılar ölkə daxilində yaxud xaricdə "qurum" yaratmağa çalışırlar. Paşinyan açıq şəkildə deyi

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart
.

Şagirdi uşaq dünyaya gətirən məktəbin direktoru işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbə

28 mart
.

"Sözügedən verilişlərin vaxtının qısaldıması heç nəyi dəyişmir" - Media eksperti

Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramını, Elgiz Əkbər və Pərvanə Tahirqızının təqdimatında efirə gedən "Elgizlə izlə", . Zümrüd Bədəlovanın "Xəbər-ətər və Zaur Baxşəliyev "Bizimləsən" verilişinin yayım saatının azaldılıb. Məsələ ilə bağl

28 mart
.

Rusiyada güclü zəlzələ oldu

Rusiyada 5,6 maqnitudalı zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Bildirilib ki, zəlzələ Kamçatka yarımadasının sahilində qeydə alınıb. Təbiət hadisəsinin episentri 5 km dərinlikdə yerləşib

28 mart