Bölgələrdə pensiyalar niyə gecikir? - RƏSMİ CAVAB

Bölgələrdə pensiyalar niyə gecikir? - RƏSMİ CAVABBakı şəhəri üzrə pensiyaların maliyyələşdirilməsi aprel ayının 10-da başa çatsa da, respublikanın digər şəhər və rayonlarında vəsaitlər hələ də hesablara köçürülməyib.

Bəs yerlərdə pensiyalar nə zaman veriləcək?

Sonxeber.az xəbər verir ki, oxu.az-ın bu istiqamətdə sorğusuna cavab verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirdi ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının pensiyalarının ödənişi prosesi normal qaydada həyata keçirilir və pensiyaların maliyyələşməsində heç bir problem, çətinlik yoxdur:

"Bu işlər müvafiq qrafikə uyğun olaraq aparılır, artıq Bakı şəhəri və respublikamızın əksər şəhər və rayonları üzrə aprel ayının pensiyalarının maliyyələşdirilməsi tam təmin edilib. Yalnız bir neçə rayon qalıb ki, onlarla bağlı pensiyaların da maliyyə təminatı işləri aparılır və yaxın iki gün ərzində həmin bir neçə rayonun pensiyaçılarının pensiyalarının ödənişi tam başa çatacaq.

Yəni qrafik üzrə pensiyaların ödənişi prosesi normal şəkildə davam etdirilir və əvvəlki aylarda olduğu kimi, aprel ayı üzrə pensiyaların da elə bu ay ərzində respublikamızın bütün rayon və şəhərləri, habelə bütün pensiyaçı kateqoriyaları üzrə maliyyələşdirilməsi tam təmin olunacaq", - deyən şöbə müdiri vurğulayıb ki, pensiyaların ödənişi prosesləri müasir və şəffaf qaydada, plastik kartlarla, bankomatlar vasitəsilə həyata keçirilir.

E.Babayev vurğulayıb ki, pensiyaların məbləğində artım 2018-ci ildə də davam edib. Xüsusilə Azərbaycan Respublikası prezidentinin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, 2018-ci ilin 1 yanvar tarixinə əmək pensiyalarının2017-ci il ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılması bu sahədə mühüm rol oynayıb.

Beləliklə, pensiyaların orta aylıq məbləği 2018-ci il 01 aprel tarixinə ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz artaraq, 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 9,27 faiz artaraq 244,36 manata çatıb:

"Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində, o cümlədən sosial sığorta daxilolmalarında artım tempi də davam etməkdədir. Belə ki, cari ilin yanvar-mart aylarında Fondun gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,50 faiz, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 9,61 faiz artıb".

Qeyd edək ki, 01 aprel 2018-ci il tarixinə ölkəmizdə 1 milyon 313 min nəfər əmək pensiyaçısı var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1238   Tarix: 25 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO

Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-10

24 aprel
.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel