Baş müfti Məhəmməd Salaha oruc tutmamaq icazəsi verdi

Baş müfti Məhəmməd Salaha oruc tutmamaq icazəsi verdiMisirin baş müftisi Şavki Allam ölkə yığmasının və "Liverpul"un futbolçusu Məhəmməd Salaha may ayının 15-də başlayacaq Ramazan ayında orucunu ertələmək icazəsi verib.

Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, "Liverpul"da Salahdan başqa daha iki müsəlman futbolçu - Sadio Mane və Emre Can çıxış edir. "Qırmızılar" Çempionlar Liqasının yarımfinalının ilk oyununda "Roma"ya 5:2 hesabı ilə qalib gəlib. İngiltərə klubu "Roma" səddini keçsə, mayın 26-da Ukrayanın paytaxtı Kiyevdə keçiriləcək final matçına çıxacaq.

Final oyunu zamanı oruc tutaraq futbolçuların performansına təsir edə bilər. Misir müftisinin bu fətvasından sonra Salah və müsəlman komanda yoldaşlarının qarşısında iki yol var: ya oruclarını davam etdirəcəklər, ya da İslamın 5 əsas tələbindən birini təxirə salacaqlar.

Salah 2014-cü ildə Ramazan ayı ilə bağlı açıqlama verərək oyun və məşqlər zamanı ac -susuz qalmağın çətin olduğunu bildirmişdi: "Ramazan ayı mənim üçün çətin oldu, çünki gün ərzində 2 məşq keçirilir, hava çox isti olur və mən hər gün futbol oynayırdım. Saat axşam 9:30-a qədər su içə bilmirdim. Hazırda bu dövr sona çatıb, normal yemək yeyə və su içə bilirəm. Gün ərzində 2 dəfə məşq edəndə, artıq 2-ci hazırlıq dövründə enerji aşağı düşür, lakin bu mənim üçün böyük məna ifadə edir, mən özümü xoşbəxt və yaxşı hiss edirəm".

"Liverpul"un baş məşqçisi Yurgen Klopp da bununla bağlı danışıb: "Salah müsəlmandır, o bütün müsəlmanların icra etdiyi şeyləri yerinə yetirir. Biz oyundan 1-2 dəqiqə əvvəl Salah, Sadio və Emre ilə görüşüb oyuna hazır olub-olmadıqlarını soruşuruq. Salah dünyada mövcud olan anti-İslam mövqe və qarşıdurmaların olduğu bir dövrdə vacib simvoldur. Bu möhtəşəmdir və bu dövrdə ehtiyacımız olan bir şeydir. Salah Misirin və bütün ərəb dünyasının layiqli təmsilçisidir".

Qeyd edək ki, "Liverpul" Salahı ötən yay "Roma"dan 42 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 80 milyon avro qiymət qoyub. 25 yaşlı forvard bu mövsüm meydana çıxdığı 47 matçda 43 qol vurub və 15 məhsuldar ötürmə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1282   Tarix: 29 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bekhemin futbolçu oğlu ilk peşəkar müqaviləsini imzalayıb

İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemin oğlu Romeo Bekhem karyerasında ilk peşəkar müqaviləsini imzalayıb. 19 yaşlı oyunçu ABŞ çempionatının üçüncü divizionunda çıxış edən "Fort Loderdeyl" klubuyla razılaşıb. Adıçəkilən kollektivin Devid Bekhemə məxsus olan və əsas birincilikd

6 sentyabr 2021
.

Şimali Koreya Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıldı

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Koreya Xalq Demokratik Respublikasının Olimpiya Komitəsini cəzalandırıb. Milli qurum Tokio Olimpiya Oyunlarında iştirak etmədiyinə görə, BOK-un sıralarından kənarlaşdırılıb. Bu barədə beynəlxalq təşkilatın rəhbəri Tomas Bax BOK-un icraiyyə komitəsinin iclasının yekunların

9 sentyabr 2021
.

Pele əməliyyat olundu - FOTO

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

6 sentyabr 2021
.

İki nəfərin qatili ömürlük həbs cəzasından narazıdır

Tərtər rayonunda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Nuri Allahverdiyev barəsində olan ömürlük həbs cəzasından narazıdır. -ın xəbərinə görə, o, məhkəmə hökmündən apellyasiya şikayəti verib. Şikayət Gəncə Apellyasiya Məhkəməsində araşdırılır. İttihama görə, ötən ilin aprelin 26-da Tərtərin Ədalə

11 sentyabr 2021
.

Ronaldonun zərbəsi qadın işçiyə xəsarət yetirdi - FOTOLAR

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Yanq Boyz" - "Mançester Yunayted" qarşılaşmasından əvvəl isinmə hərəkətləri zamanı Kriştiano Ronaldonun qapıya vurduğu zərbələrdən biri təhlükəsizlik işçisi olan qıza dəyib. "Qafqazinfo" xəbər verir ki, Ronald

15 sentyabr 2021
.

Daha bir idmançımız ermənini döşəyə çıxmağa peşman etdi - VİDEO

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir. xəbər verir ki, samboçularımızdan Adil Adilzadə (88 kq) bürünc medal qazanıb. İdmançımız erməni rəqibini məğlub edərək bürünc medala sahib çıxıb

8 sentyabr 2021
.

Rusiyada olimpiya çempionunun medalları OĞURLANDI

Rusiyada naməlum şəxslər tennis üzrə "Rio-2016" Olimpiya Oyunlarında qızıl və Tokio Olimpiadasında gümüş medal qazanan Elena Vesninanın evini qarət ediblər. xəbər verir ki, tennisçinin özü "TASS"a bildirib ki, digər əşyaları ilə birgə hər iki Olimpiya medalı da oğurlanıb. Onun sözlərin

12 sentyabr 2021
.

Ronaldodan xəsarət yetirdiyi xanıma hədiyyə - FOTO

"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Yanq Boyz"la matçdan əvvəl xəsarət yetirdiyi stüart qadına futbolkasını hədiyyə edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra o, həmin xanıma yaxınlaşaraq hədiyyəsin

15 sentyabr 2021
.

"Qarabağ" qrupun favoriti ilə heç-heçə etdi - YENİLƏNİB

"Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununda qolsuz heç-heçə qeydə alındı - 0:0. 21:50. "Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunund

16 sentyabr 2021