Alimlər qadınlarda qocalma prosesindən xəbər verən əlamətləri açıqlayıblar

Alimlər qadınlarda qocalma prosesindən xəbər verən əlamətləri açıqlayıblarQadın orqanizmində qocalma prosesinin başlanmasını xəbər verən 6 əlamət mövcuddur. Bunlardan heç olmasa birini özündə hiss edən qadın həyəcan təbili çalmalı və problemin həllini axtarmalıdır. Əks halda, mənfi nəticə zəncirvarı reaksiya verə bilər. Qadın orqanizmində ilkin pozulmalardan biri hormon zədələnməsidir. Bu, özünü əsasən menstruasiya dövrünün qeyri-müntəzəmliyində, bu zaman baş verən qeyri-adi hallarda göstərir. Nazikləşmiş göz qapaqları qadının yuxusuzluqdan, yorğunluqdan əziyyət çəkməyindən xəbər verir. Saçların kütləvi tökülməsi endokrinoloqa müraciət etməyə məcbur edəcək. Nəticədə qalxanabənzər vəzinin fəaliyyətində yaşla bağlı patologiyalar aşkarlanacaq. Bundan başqa, alimlər xüsusilə diqqətə çatdırırlar ki, qocalıq barədə dəri dərhal xəbər verir. Bu zaman bürüşüklük, şişkinlik, piqmentin dəyişməsi baş verir.

Yuxusuzluq ayrıca yer tutur. Mütəxəssislərin fikrincə, qocalıq əlamətlərindən biri üzə çıxan zaman, bərpa olunmayan proseslərin başlanmasını gözləməkdənsə, bunun qarşısını almaq məsləhətdir. Axı, orqanizmin qocalmasına meyillilikdə genetik xüsusiyyətlər yalnız 20 faiz aktualdır, yerdə qalanlar isə xarici amillərdir.

Sağlamlıq   Baxılıb: 860   Tarix: 06 may 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR