Fuad Poladov...

Fuad Poladov...Şübhəsiz ki, həftənin ən acı xəbəri böyük kişi, böyük sənətkar Fuad Poladovu itirməyimiz oldu. O Fuad Poladovu ki həyatının bütün dönəmlərində möhür vurduğu rollarla yanaşı, sözünü deməyi, simasını qorumağı, haqlının yanında, haqsızın qarşısında olmağı bacarmışdı. Elə "Azdrama"dan da haqsızlığa dözməyib getdi. Kim bilir, bəlkə də Azərpaşa Nemətov onun vəfatına "xəstəyəm, yatıram, ölüb, Allah rəhmət eləsin" deməklə Poladovun böyüklüyünü özü istəmədən bir daha isbatlamış oldu. Adamın ölüsündən də qorxmaq buna deyirlərmiş. Fəxri Xiyabanda dəfn olunmaq istəmədi. Kimsə deyə bilməz ki, Fəxri Xiyabana layiq deyildi. Hətta istənilən şəxsə sübut edərəm ki, oradakı sənətkarların ən azı doxsan beş faizindən artıq sənəti var idi. Vida mərasimi də evində oldu sənətkarın. Heç kimin tapşırığı, inzibati göstərişləri olmadan sənət adamları, pərəstişkarları, sevənləri evinə axın etdilər. Kimlərinsə ora şəkil çəkdirmək üçün getdiyi istisna deyil. Ancaq Poladovun sağlığında qiymətini aldığı "Azdrama"da oynadığı vida tamaşasından sonra bəlliydi. Kimlər axışmamışdı ki ora?!

"Müsyo İbrahim və Quran çiçəyi" tamaşasının sonundakı təzimdə onun nə boyda insan olduğunu özüm üçün yenidən isbatlamışdım. Yəqin ki, fikir vermisiniz, yaşlı sənətkarlar tamaşada, yaxud tamaşadan sonra gənc aktyor-aktrisalardan fərqlənməyə çalışırlar. Ən azı buna cəhd edirlər. Amma o, gənc tərəf müqabili dörd-beş dəfə tamaşaçının qarşısına-təzimə göndərdi və alqışlatdı. Bunu hər sənətkar etmir. Bu boyda ürək hər sənətkarda olmur. Poladovu tanımasan, düşünərdin ki, bəlkə də sıradan aktyordu. Çünki tamaşadan sonra tamaşaçıya tərəf müqabillərini alqışladır, özü də onlara necə ürəklə əl çalırdı.

İstedadlı aktyor Hikmət Rəhimovun teatrdan uzaqlaşdırılmasına da dözməmişdi. Elə həmin gün özü işdən uzaqlaşmaq haqda qərar vermişdi. "Azdrama"dakı vida tamaşasını deyirəm.

Deyirdi ki, insanın gərək əvvəlcə mövqeyi olsun, sonra ictimai mövqeyi. Yəni, demək istəyirdi ki, mövqeyi olmayan adamın ictimai mövqeyi ola bilməz və haqlıydı.

Son günlərində kimdənsə kömək ummadı, sadəcə, arzularını dilə gətirdi, oğlunun toyunu görmək istədiyini dedi. Hələ zarafata salıb xəstəliklə dostlaşdığını da söyləyirdi. Hər kəsin adını belə deməyə cəsarət etməyib, "pis xəstəlik" adlandırdığı xərçəngə meydan oxudu POLADOV... ƏYİLMƏDİ!!!

İntiqam Valehoğlu//milli.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2125   Tarix: 07 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rövşən Məmmədov Flora Xəlilzadəni AzTV-yə QAYTARDI

Bu yaxınlarda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru vəzifəsindən təqaüdə göndərilən Əməkdar jurnalist Flora Xəlilzadə yenidən AzTV-yə qayıdıb. xəbər verir ki, onun qayıdışı barədə Azərbaycan Televiziyasının rəhbəri Rövşən Məmmədov bildirib. "Flor

10 fevral
.

Əri onu özündən xəbərsiz boşadı - Unudulan müğənni tanınmaz halda

"Şah İsmayıl" operasında Ərəbzəngi rolunun əvəzsiz ifaçısı, bir zamanlar oxuduğu muğam və xalq mahnıları ilə ürəklərə yol tapmış müğənni Sahibə Əhmədova indi haralardadır?. "Unudulan məşhurlar" rubrikasında Əməkdar artist Sahibə Əhmədovanın ömür yoluna nəzər salır. Çinar boyu, kiş

1 fevral
.

Xalq artisti: "Ulduz xəstəliyinə tutulublar, elə bilirlər ki, oxumasalar da, aktyordurlar"

"Çəkildiyim bütün filmləri, serialları başa vurmuşam. "Alatava"da çəkildim. Düzdür, Stanislavski deyib ki, rolun böyüyü-kiçiyi yoxdur, amma mənim üçün böyüyü də var, kiçiyi də. Mən burada kiçik bir rolda oynadım, 3-4 seriyada varam. Əlixan Rəcəbovla bu rola bir çalar verə bildik. Komediyad

29 fevral
.

Şair Əli Kərimin oğlu vəfat etdi

Tanınmış alim Paşa Kərimov vəfat edib. AMEA-dan -a verilən xəbərə görə, professor ömrünün 65-ci ilində dünyasını dəyişib. Qeyd edək ki, görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, "Tərəqqi" medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adın

25 yanvar
.

"Uşaqlığın son gecəsi"nin Muradını kim səsləndirib? - Xalq artisti ilə bağlı maraqlı FAKT

"Dublyaj çox çətin sahədir. "Azərbaycanfilm" kinostudiyasına gediş-gəlişim başlayan zamanlarda ara-sıra dublyajda da özümü sınayırdım, xırda-para rolları səsləndirirdim. "Hələ bu sahəyə yeni ayaq döyürdük" demək daha doğru olar. Amma "Uşaqlığın son gecəsi"ndə Ənvə

17 fevral
.

Mövlud Süleymanlı vəsiyyətinə uyğun dəfn ediləcək

Xalq yazıçısı Mövlud Süleymanlının dəfn yeri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a mərhumun ailəsindən məlumat verilib. Qeyd edilib ki, yazıçı vəsiyyətinə uyğun olaraq öz anasının yanında dəfn ediləcək:. "Bizə vəsiyyət etmişdi ki, Şamaxıda anasının yanında dəfn edək. Vid

22 fevral
.

Habil Əliyevin qızı: "Atama brilliantlarla işlənmiş kamança bağışlamışdılar"

"Atam Habil müəllimin kamançası çox idi. Ona bahalı brilliant daşlar və qızıl işləməli kamança hədiyyə etmişdilər". Bu fikirləri mərhum kamança ustası Habil Əliyevin qızı Vəfa Əliyeva söyləyib. -ın xəbərinə görə, proqramlardan birində atası ilə bağlı xatirələrini bölüşən Vəfa xanım deyib ki

3 aprel
.

Cavanşir Quliyev: "Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm"

"Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm. Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum". xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliye

21 fevral
.

Sabiq rəisə 10 il həbs - General rütbəsi alınacaq

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Tofiq Həsənov külli miqdard

3 aprel