Xalq artistimizin heç yerdə görmədiyiniz qızı - film çəkdi/VİDEO

Xalq artistimizin heç yerdə görmədiyiniz qızı - film çəkdi/VİDEOXəbər verdiyimiz kimi xalq artisti Bəsti Cəfərovanın qızı Fidan Cəfərovanın yeni qısa metrajlı filmi işıq üzü görüb. Kinomanlar artıq gənc rejissorun işini Youtube üzərindən də izləyə bilərlər.

Sonxeber.az bildirir ki, milli.Az-a filmi barədə danışan Fidan bu sözləri deyib:

"Bu gün" filmi keçən ilin mart ayında çəkilib. Bir ildən çox müddət idi ki, üzərində çalışırdıq. Filmi mayın 1-i təqdim etsək də öz kanalımızdan 9 may - Qələbə günü paylaşmağın ən düzgün fikir olduğuna qərar verdik.

Bir çox müharibə dövründə yaşamış ailələrin talehi, hətta qlobal bir problemi müzakirəyə qoyduğumuzu da deyə bilərik. Bu gün isə bu filmin yaranma səbəbi olan treki klip ilə bərabər "online" edəcəyik".

Rollarında əməkdar artist Şəlalə Şahvələdqızı, Ağarəhim Poladov, Könül İskəndər və Canəli Canəliyevin çıxış etdiyi film Fidan Cəfərovanın Youtube kanalı üzərindən paylaşılıb.

Filmin yaradıcı heyəti isə Şəhriyyar Atababayev (Xpert)(idea müəllifi), Ağarəhim Poladov (baş prodüseri), Eshad Delavari (rəng korreksiyası və quruluşçu operatoru), Emin Euro (həm səs rejisoru, həm də filmin bəstəkarı), Şamxal Novruzlu (səs rejisoru), Məsumə Əhədova (redaktor) və Leyla Muradovadan (geyim rəssamı) ibarətdir.

Qeyd edək ki, Fidan Cəfərova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun məzunudur. Həmçinin, o, Azərbaycan Dövlət Dram Teatrının nəzdində "AXIN" studiyasında aktyorluq və rejissorluq üzrə 2 illik kursları bitirib. 2014-cü ildə, Fidan Cəfərova "İkinci nəfəs" adlı, sayca ikinci qısametrajlı işinə görə "No Smoking Film" festivalı çərçivəsində "Ən yaxşı aktrisa" nominasiyasında mükafata layiq görülüb. Aktrisa kimi Erik Emmanuel Şmittin "Mösyö İbrahim və Quranın çiçəkləri" adlı romanının motivləri əsasında eyni adlı tamaşada Məryam obrazını, M.S. Ordubadinin "Qılınc və qələm" romanının əsasında səhnəyə qoyulan "Qətibə İnanc" tamaşasında Gənc Qətibə obrazını canlandırır. Hazırda İctimai Televiziyada işləyir.

Xatırladaq ki, filmin prodüseri Ağarəhim Poladov mərhum xalq artisti Fuad Poladovun oğludur.

Filmi buradan izləyə bilərsiniz:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2486   Tarix: 09 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi

16 iyul 2021
.

Muzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?

Yaradıcı adamların həyatında "ilham pərisi"nin xüsusi əhəmiyyəti var. Kiminin düşüncəsində bu, elə doğrudan da, gözəgörünməz, ilahi bir varlıq, kimi üçünsə də adi, sıradan bir insandır - yaradıcı adama sevgi verən, ruh verən bir insan. Yaratdığı həyəcandan yaradıcı qələmini hərəkətə gətirə

31 iyul 2021
.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021
.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021
.

"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT

Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas

18 avqust 2021
.

Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar.  xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək

27 iyun 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

69 yaşlı Əməkdar artist plastik əməliyyatdan sonra - FOTOLAR

Xəbər verdiyimiz kimi, 69 yaşlı Əməkdar artist Vahid Əliyev plastik əməliyyat etdirib. xəbər verir ki, aktyor üzünə kök hüceyrə etdirərək qırışlardan xilas olub. V.Əliyev əməliyyatdan 3 gün sonrakı görüntülərini yayımlayıb. Aktyorun üzündəki qırışların açıldığı diqqət çəkib

28 iyun 2021
.

"İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev mənə deyirdilər ki, gəl bizimlə "yaşa""

Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu, mən də onu təpiklə vurdum. "Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə "yaşa", mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim

13 iyul 2021