Floradan Röyaya ağır sözlər: "Röya, sənin qızlığın...ac qarnın üçün QAPI DÖYÜB..."

Floradan Röyaya ağır sözlər: "Röya, sənin qızlığın...ac qarnın üçün QAPI DÖYÜB..."Xalq artisti Flora Kərimova əməkdar artist Röya haqda növbəti dəfə köşə yazıb. Həmin yazını təqdim edirik:

Sənin növbəti cəfəngiyatına cavab: Mən sənin öyrətdiyin insanların, məni söymək üçün hər gün sifarişinlə açılan yeni səhifələrin demaqoqluğuna fürsət verməmək, həm də sonrakı günlərin tarixləri ilə əlaqədar bu yazını konsertindən bir həftə sonra dərc edirəm.

Röya, elə nağıl danışırsan ki, səni tanımayan elə bilər, Peyğəmbərdən hədis deyirsən!

Başı bağlı olan-olmayan, imanlı-imansız - hamı kefindən, qeyri-kefindən əxlaqsızlığı seçənlərdən ötrü dua etməsə, Cəhənnəmə düşəcək? Belə çıxır ki, başını saxlamaqdan ötrü kiminsə atasını söyən Röya Cənnətə düşəcək, amma Röyaya dua etməyənlər Cəhənnəmdə yanacaq! Sən bu nağıllarla nəyi təbliğ edirsən, nəyi aşılayırsan...?

Sən, Röya müzakirə olunduğunda nəinki ANALIĞIN, hətta BACILIĞIN, QIZLIĞIN, ÖVLADLIĞIN DA mövzudur. Əgər sən özünü Madonna, Beyons ilə bir tutursansa, öz sözünlə desək, 40 yaşında bir müğənni - sən indiyə qədər şou ya iyrənccəsinə vulqarlığın fərqində deyilsənsə, çətin bundan sonra olasan.

Sən AZƏRBAYCANI təmsil edirsən və sənin ANALIQ MƏSULİYYƏTİNDƏN gedir söhbət, "ANA" adından yox!

Bu dünya kimləri yetişdirmədi, kimləri sənətin zirvəsində illərlə saxlayıb yerə çırpmadı, kimləri şöhrətin baş gicəlləndirən dadı ilə aldadıb illərlə evində təkliyə düçar etmədi!

Sənə dünyasını dəyişən Azərbaycan müğənnisi görk olmadısa, BÖYÜK sənəti, səsi böyük olan Hyustonun özünün həyatına, övladının taleyinə bir bax! Bəzən gələcəyi düşünməməyin nə faciələrə gətirdiyini bilmək lazımdır.

Sənin övladına verəcəyin tərbiyə sənin davranışındır və əməllərindir. Bir neçə həftə əvvəl oturuşunun, hərəkətlərinin şahidi olduq. Mənim səndən iki dəfə böyük oğlum, kamillik yaşında qızım, 26-18 yaşlarında oğul nəvələrim var. Və onlar utanmadan, FƏXRLƏ mənə ANAM-NƏNƏM deyə bilir, bu, mənim qazancımdır. Kaş sənin də oğlun nəvələrim yaşında olanda sənə - "Röya mənim anamdır" deyə bilsin, bu isə hələ sual altındadır. Gələcək göstərəcək.

Bugünkü yaşayışından tutmuş, oxuduğun hər şeyə görə köhnələrə borclusan. Elə Zeynəbə, İlhaməyə, səni sən edən bəstəkarlara və İllah da Mənə ki, əsasını qoyduğum bu sənətdəki mənim tör-töküntümü təkrarlaya bilmirsən. Buna görə isə ölənə kimi borclu qalacaqsan!

Paxıllığıma gəldikdə isə səni səndə paxıllıq çəkiləsi nə qadın xoşbəxtliyi olub, nə sənət böyüklüyü. Ümumən məni tanıyanlar bilir ki, xislətimdə paxıllıq yoxdur! Amma paxıllığın acı dadını məndən yaxşı bilə də bilməzsən. Nə mənim səsimdən böyük, nə mənim repertuarımdan böyük Azərbaycan tarixində müğənni olmadı. Bu gerçəkliyi bu yaşımda utanmadan deməyə haqqım var!

Sənə çox da keçmiş olmayan bir tarixi xatırladım. Xatırladım ki, balıq hafizən oyansın. Elədiyin qələtlərə görə tənə yaşayanda (12 sentyabr 2017 Publika.az "Flora Kərimovadan Röya ilə bağlı İNANILMAZ SÖZLƏR": "Mənim Röyaya iradım onun sənətinə görə olmayıb. Sənətə iradı təkbətək deyə bilərəm. Röyanın "Mənim keçmiş şəkillərimi pozun" çağırışını dəstəkləyirəm, onu alqışlayıram. Öz yerini yavaş-yavaş tapır. Oğul anasıdır. Bir sənətçidən öncə insanları Röyanın analıq hissinə hörmət etməyə çağırıram. Çünki bu dünyada ən ülvi hiss və uca yer ana olmaqdır. Ona sənət yolunda uğurlar arzu edirəm"), mən yenə sənə dəstək çıxdım. Bu idimi sənə olan paxıllığım ki, mənə etdiyin bir elə bağışlanmaz səhvlərinin üzərindən xətt çəkib, səni ANALIĞINA BAĞIŞLADIM! Sabahı gün çıxıb SAĞ OL-mu dedin!? Heç umacağımda olmayıb! Amma başından böyük əməllərinə nə yaxşı vaxt tapılır?! Sənə olunan yaxşılıqları görməzdən gəlib, məni "səhvlikdə" suçlamaq hansı KİŞİLİYİNƏ, hansı İNSANLIĞINA sığır!?

Röya, sən özünə olduğundan çox önəm verirsən! İlhamə Quliyeva və kimlər daxil mənim üçün şahmat taxtasının heç "PEŞKA"sı da olmayıb ki, qala sən və sənin "ŞƏRƏF-ŞÖHRƏT"inə paxıllığım ola!

Yenə vurğulayırsan ki, münasibətimin korlanmasının səbəbi İlhamə Quliyeva olub. Günahlarının səbəbini başqalarında axtarma! Bundan qabaq ən azı 20 sual verdim sənə, heç olmasa birinə cavab ala bildimmi? Yox, inanmıram cavabın olar.

Bəli, müharibə şəraitində doğulan, atası cəbhədə vuruşan, kasıbların ən kasıbı günlərlə evində quru çörəyə möhtac olan və illər sonra varlıların ən varlısının, çoxlarının belə həsədlə baxdığı, sovetlər dövrünün ən dəbli, ən bahalı maşınlarını ilk sürən mən olmuşam. Amma bu, mənim nə davranışıma nə şəxsiyyətimə ələlxüsus də əxlaqıma yansımayıb. Nə o ac qarnım üçün KİMLƏRİNsə qapısını döymüşəm, nə də firavan günlər üçün ağız acıb dilənmişəm! Bu gün də eləyəm, sabah da elə olacağam. Bəs Sən necə, bu SÖZÜ özünə deyə bilirsən?

Paltar söhbətinə gəldikdə, düşünmürəm kiminləsə çaş-baş salasan məni, amma yenə də aydınlıq gətirim.

Heç bir kəs deyə bilməz ki, Flora məndən paltar kirayəyə alıb. Nəyim olub, utanmadan onu geyinmişəm. O sən dediyin hörməti mən pulla yox, geyimlə yox, o-bu ilə cirmaqlaşmaqla yox, illərlə qadağalarda olan səsimlə, qürur duyduğum vətəndaşlığımla qazanmışam. Hamam suyundan özünə dost tutma!

Vedrələrin səsi qəbirdə də hələ kimlərinsə qulağını batırır! Heç kim hec nəyi unutmur. Səncə, qoyacaqlarmı ki, sənin oğlun sənin əməllərini unutsun!? Bəzən uşaqlar elə acımasız olur ki, əllərinə keçən hər fürsətdə sənin əskikliyini onun üzünə şillə kimi vuracaqlar. Oğlun səni bağışlaya bilər, amma əməllərini unutmayacaq. Bu isə səndən asılıdır!

P.S. Bu təklifi vaxtı ilə İlhaməyə də vermişəm və indi Zeynəb və sənə də deyirəm. İstədiyin məkanı, televiziyanı (özəl, qeyri-özəl) tap, istədiyin jurnalist kampaniyasını yığ, canlı görüşək, cəsarətin çatarsa! İnan ki, bu yaşımda ağıl və məntiqimlə sənin kimilərinin ağzını yummağa qüdrətim çatır!

P.P.S. Yenə təkrar edirəm: ABIRSIZLIQLA ƏXLAQSIZLIQ ƏL-ƏLƏ VERƏNDƏ ADAMIN EVİ YIXILIR!

Lent.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3493   Tarix: 11 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021