Emin: "Şam yeməyini hər gün restoranlarımın birində edirəm"

Emin: "Şam yeməyini hər gün restoranlarımın birində edirəm"Müğənni-bəstəkar Emin "Leaders" dərgisinə müsahibə verib.

İfaçı dünya ulduzu Cennifer Lopeslə dostluğundan danışıb. O, "Yaxın günlərdə hansısa bir dünya ulduzu ilə duet oxumaq planınız var" sualına belə cavab verib:

"Mən Çarli Uilyamsla duet oxumuşam. Məşhur ulduzlara gəldikdə isə Cennifer Lopeslə dostluğumuz var. Duetimiz isə olmayacaq. Boksla məşğul olmuşam. Rinqə çıxanda sənin rəqibin çəkinə uyğun biri olur. Cennifer Lopeslə duet oxumaq isə mənim aləmimdə nəhəng biri ilə rinqə çıxmağa bənzəyər. Bu danışılmış, istifadə olunmuş bir mənanı verəcək. Ona görə də Lopesə Eminlə duet lazım deyil. Böyük sənətkarlarla oxumaq üçün, böyük sənətkar olmaq lazımdır. Ona görə də məndən səs-küylü duet gözləməyin".

Biznesindən danışan Emin atasından ayrı açdığı iş yerlərini açıqlayıb:

"Mənim məhləm var. Tez-tez restoranlar açıram. Saat brendinin satışı ilə məşğulam. "Time to eat" adlı dərgim, "Crocus TV"im var. Öz komandamla qurduğum bütün işlərimi də ailə biznesinin bir hissəsi hesab edirəm. Xəyalımda olan bizneslərim çoxdur. Zamanla onları reallaşdırıram. İki "Vegas" ticarət mərkəzi açdıq. Üçüncünü planlaşdırmışam. Bu daha maraqlı və fərqli olacaq".

Müğənni əkizləri Əli və Mikayıldan da bəhs edib:

"Onlara çox vaxt ayıra bilmirəm. Onlar başqa ölkədə yaşayırlar. Hər həftə yanlarına gedir, səhərdən gecəyə kimi onlarla oluram. Evdə böyük uşaq kimiyəm. Çox şən oluram. Böyük ev tikdirmişəm, oğullarım Moskvaya gələndə onlarla orada qalıram. Maraqlı vaxt keçirirk".

Emin heç bir stilistlə çalışmadığını geyimlərini özünün seçdiyini bildirib:

"Nəyi bəyənirəmsə, onu da geyinirəm. Bəzən klip çəkilişlərində stilistlər libaslar geyinməyimi təklif edirlər. Bu mübahisə hər zaman mənim qalibiyyətimlə nəticələnir. Mən qarderobumda nə varsa, onu geyinir kamera qarşısına çıxıram. Formada qalmaq üçün idman edirəm. Vaxtım olanda futbol oynayır, boksla məşğul olur, velosiped sürürəm. Ya da idman zalına gedirəm. Restoranlarım çoxdur. Şam yeməyini hər gün birində edirəm. Gün ərzində baş verənlərlə bağlı məlumatlar alır, günü xoş başa vururam. Özüm dadlı pomidor-yumurta bişirirəm".

Sevimli şəhəri – Moskva

Maşını – Range Rover

Əgər ev heyvanı saxlayarsa – pişik

Kişi mütləq... – Maşın sürməyi bacarmalıdır.

Əgər mənə pisdirsə - Sükan arxasına keçirəm.

İnsanlarda sevmirəm – Qeyri-səmimiliyi.

Həftəsonunu xaricdə keçirmək istəsəm – Bakıya gedərəm.

Sevimli musiqi qrupu – "Queen".

Sizin üçün lider kimdir – Atam//axsam.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1658   Tarix: 08 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyif köhnə aktyorlardan. Özünüzü onlarl

14 aprel
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17 aprel
.

"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA

"Cavanşirin ölümü gözlənilmədən baş verdi". xəbər verir ki, bunu "Unikal"a açıqlamasında bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun həyat yoldaşı Xalidə Məmmədova deyib. O bildirib ki, Cavanşir Məmmədovun ürəyinə stent qoyulmuşdu:. "Hadisə 1 saniyə içində baş verdi

20 aprel
.

Xalq artistinin nəvəsi: "Onun anam yox, nənəm olduğunu öyrənəndə..." - FOTO

"Ömrümün hər dəqiqəsində nənəm yadıma düşür. Elə bir gün yoxdur ki, onu yada salmayım. Hər gün yoxluğu hiss olunur. Heç kim onun yerini vermir, onu mənə əvəz etmir. O mənə nənəlik yox, analıq edib. Anaların övladına etdiyindən də artığını nənəm mənim üçün edib". Bunu -a açıqlamasında Xalq artist

8 aprel
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17 aprel
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

18 aprel
.

Mahsun Kırmızıgülün ölüm xəbəri yayıldı

Sosial şəbəkələrdə Türkiyəli tanınmış müğənni və aktyor Mahsun Kırmızıgülün ölüm xəbərləri yayılıb. -ın xarici mediaya istinadən xəbərinə görə, müğənni öz sosial şəbəkə hesabından bu xəbərlərə reaksiya bildirib. "Sırf bəyənmə xatirinə "öldü" xəbərlərini yaymaq ayıbdır. Yaşayıram və sağlığı

15 aprel
.

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib. axşam.az-a istinadən bildirir ki, nəvəsi Rəfiqə onunla bağlı paylaşım edib. "Əziz babam, bu xəbər yalan olmalı idi. Sən bizim üçün əvəzolunmaz birisən" deyə, o, babası ilə fotosuna yazıb. Qeyd edə

20 aprel
.

Şəbnəm ilk dəfə döyülməsindən danışıb AĞLADI - VİDEO

Müğənni Şəbnəm Tovuzlu Atv-də yayımlanan "7 tamam" verilişinin qonağı olub. xəbər verir ki, sənətçi keçmişə səyahət edərək başına gələnlərdən danışıb. İlk dəfə döyülməsini xatırlayan sənətçi kövrəlib. Ona əl qaldırılmasını hələ də bağışlamadığını deyən Şəbnəmin həmin açıqlamasını təqdim edirik

14 aprel