Türkiyəli iqtisadiyyatçı Ermənistana kömək edə biləcəkmi? - Millət vəkili açıqladı

Türkiyəli iqtisadiyyatçı Ermənistana kömək edə biləcəkmi? - Millət vəkili açıqladıNə Daron Acemoğlu, nə da başqası Ermənistan iqtisadiyyatına kömək edə bilməyəcək.

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Rüfət Quliyev Ermənistanın Baş naziri Nikol Paşinyanın erməni əsilli türkiyəli itqisadiyyatçı Daron Acemoğluna Ermənistan iqtisadiyyatını dirçəltmək təklif etməsinə münasibət bildirərkən deyib.

Erməni diasporaları Ermənistana pul göndərməkdən beziblər

Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatını dirçəltmək üçün birinci növbədə xüsusi plan hazırlanmalıdır: "İkincisi isə bu planı həyata keçirmək üçün böyük həcmdə vəsait və invetisiyalar tələb olunur. Hazırda Ermənistanda bunun heç biri yoxdur. Xaricdəki erməni diasporaları Ermənistana pul göndərməkdən beziblər. Şarl Aznavurdan tutmuş digər varlı ermənilərədək hamısı 20 ildən artıqdır Ermənistana maddi kömək edirlər. Məgər bunun bir köməkliyi olubmu?".

Paşinyan dövlət çevrilişi edib

Millət vəkili hesab edir ki Ermənistanın yeni Baş naziri N. Paşinyan başını itirib: "Onun son təyinatları da bunu göstərir. Əslində o, qanunu pozub. Belə ki, Paşinyan Baş nazir vəzifəsinə gəlmək üçün növbədənkənar parlament seçkiləri keçiriməliydi. Paşinyan fürstdən istifadə edərək camaatı ayağa qaldırmaqla bu dalğanın üstündə hakimiyyətə gəlib. Bu, dövlət çevrilişidir".

Ermənistana Nobel mükafatçısı da kömək edə bilməz

Bu baxımdan R. Quliyevin fikrincə, nə D. Acemoğlu, nə da başqası Ermənistan iqtisadiyyatına kömək edə bilməyəcək: "Ermənistan iqtisadiyyatını inkişaf etdirmək üçün milyardlarla pul lazımdır. Erməni diasporası artıq inamını itirib, daha Ermənistana ianə verəsi deyillər. Ola bilsin 3-4 nəfər versin. 20 ildir pul ayırarlar, amma Ermənistan iqtisadiyyatı günü gündən çökür. Ermənistanda iqtisadiyyat qalıb ki? Ölkə infrastrukturu Rusiya daxil olmaqla digər ölkələrin əlinə keçib. Bu baxımdan Paşinyanın kimə müraciət etməsinin önəmi yoxdur. Heç Nobel mükafatına layiq görülmüş iqtisadçı da bunu bacarmayacaq. Bu ölkə iqtisadiyatını inkişaf etdimək üçün illərlə islahatlar aparmaq lazımdır".

Xatırladaq ki, N. Paşinyan mayın 13-də D. Acemoğlu ilə telefon əlaqəsi saxlayaraq onu Ermənistan iqtisadiyyatının bərpa edilməsi və inkişafı məsələsində kömək etməyə çağırıb və müsbət cavab alıb. Qeyd edək ki, D. Acemoğlu 1967-ci ildə İstanbulda anadan olub. O, erməni əsilli türkiyəli iqtisadiyyatçıdır. O, Massaçusets Texnoloji Univesitetində tətbiqi iqtisadiyyat fakültəsində dərs deyir
İDEAS/RePec beynəlxalq iqtisadi araşdırma qurumunun məlumatına görə, D. Acemoğlu dünyada istinad edilən ilk 20 iqtisadçıdan biridir. D. Acemoğlunun iki kitabı elm dünyasında rezonans doğurub – "Modern iqtisadi böyüməyə giriş" (2009) və "Diktatorluq və demokratiyanın iqtisadi kökləri" (2005). 2010-cu ilin 100 qlobal fikir adamı arasına girməyi bacaran D. Acemoğlu Nobel mükafatına namizədlər sırasında da yer alıb.

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1248   Tarix: 14 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel
.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart
.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart
.

Azərbaycanda yağ niyə ucuzlaşmır?

Azərbaycana xarici ölkələrdən idxal olunan kərə yağlarının qiyməti ucuzlaşıb. Bəs bu dəyişiklik daxili bazardakı qiymətlərə hansı dərəcədə təsir edə bilər?. Məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ucuzlaşma gözlənilsə də, bu müşahidə edilmir:. "Xaricdə

22 fevral
.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel
.

Taleh Yüzbəyov Rasim Balayevə "tərbiyəsiz" dedi

"İctimai TV"də yayımlanan "Alatava" serialı müzakirələrə səbəb olub. Bir sıra mədəniyyət xadimləri serialın məzmunu ilə bağlı narazılıq ifadə edib. xəbər verir ki, serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verib. O bildirib ki, səsləndirilən fikirlər

25 aprel
.

İnvestorların DİQQƏTİNƏ: Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? . Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, Türkiyədən gələn heç bir məhsul ucuzlaşmayacaq:. "Azərbaycanla Türkiyə arasınd

23 aprel
.

"TikTok"da məşhurlaşan Adəmin atası həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-c

15 aprel