Məleykə Əsədovanı təhqir edən Ramiz Məliklə bağlı QƏRAR AÇIQLANDI: 1000 manat və ...

Məleykə Əsədovanı təhqir edən Ramiz Məliklə bağlı QƏRAR AÇIQLANDI: 1000 manat və ...Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R. Məlik mətbuatda təkzib verməklə yanaşı, M. Əsədovaya 1000 manat məbləğində pul ödəyəcək.

Qeyd edək ki, M. Əsədova Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, R. Məlik tərəfindən şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

Məhkəmə bu şikayəti təmin etmədiyi üçün M. Əsədova apellyasiya şikayəti verib.

Hadisə   Baxılıb: 2212   Tarix: 14 may 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR