Deputatın oğlu restoranların birində döyüldü

Deputatın oğlu restoranların birində döyüldüUkrayna Ali Radasının deputatı Nestor Şufriçin oğlu Aleksandr Kiyevdə döyülüb.

Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə paytaxtda yerləşən restoranların birində baş verib.

Müxalifət fraksiyasından olan millət vəkilinin oğlu hazırda xəstəxanadadır. Aleksandr baş və bədənin müxtəlif nahiyələrindən xəsarət alıb.

Deputat oğlu bildirib ki, onu döyənlər özlərini polis kimi təqdim ediblər.

Hadisə ilə bağlı iki şübhəli şəxs saxlanılıb.

Hadisə   Baxılıb: 1809   Tarix: 14 may 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR