"Xalxın uşaqları"na görə intihar edən abituriyentlər..

"Xalxın uşaqları"na görə intihar edən abituriyentlər..İnsan birinci ölür, sonra intihar edir. Yəni özünü dənizə atmış, kəndirdən asmış, relslərə sarılmış adam, o su boğazına dolmamış, kətil ayağının altından qaçmamış, qatarın təkərləri ilə boynu bir-birinə qovuşmamış artıq ölmüş olur. Mənən...

Bu abzası beş ay əvvəl gənc şair Məlik intihar edəndə yazmışdım. Bir neçə gün içində dörd intihar xəbəri ilə sarsıtmışdı mətbuat bizi. Dünən olduğu kimi, onda da düşünürdüm ki, ölmək qərarı vermiş adamla artıq ölmüş adamın heç bir fərqi yoxdur.

Bu səhər qəbul imtahanında yaxşı bal toplaya bilmədiyi üçün Sumqayıtda özünü yaşadığı evin pəncərəsindən boşluğa buraxmış gənc haqqında oxuyanda içimdən qəribə bir üşütmə keçdi. Birincinin təsirindən çıxmamış ikinci intihar xəbərini görəndə isə bu yazını yazmaq qərarına gəldim.

Məni bu yaşıma qədər ən çox sarsıdan intihar Mövludun intiharı olub. Həmin gün onun özünü göydələnin ən uca yerindən üzüaşağı buraxdığı anda nələr hiss etdiyini təxmin etmək üçün saysız-hesabsız intihar videoları izləmişdim. Mehmet Pişkin adlı bir gəncin "sağollaşma" videosunda dayandım. Bütün intiharların səbəbini bu gəncin bir cümləsi ilə çözdüm sanki. Üzündə xəfif bir gülümsəmə ilə "Çok uzun zamandır mutsuzum" demişdi, Mehmet. "Həyatımda hamı və hər şey çox gözəldir, amma mən uzun zamadır mutsuzam..." Və düşünmüşdüm, getmək istəməsini, davam etmək istəməməsini belə bəzək-düzəksiz, fəlsəfəsiz, belə əmin izah edən adam(lar)ı necə geri döndərmək olar? O gün bu gün tez-tez həmin videoya baxıram. Və indiyə qədər bir dəfə də olsun bu intihara görə intellektual, nə istədiyini və nəyi istəmədiyini bilən adama getdiyi üçün qəzəblənə bilmirəm. Çünki o, yenə də deyirəm, nə istədiyini və nəyi istəmədiyini biləcək yaşda və başda idi...

Bu gün isə,həyatının ilk imtahanından kəsildiyi üçün həyatla vidalaşan iki gəncə görə saçımdan dırnağıma qədər məyusam, oxucu dost. Çünki ölüm onların öz seçimi deyildi. Çünki onları o pəncərədən iradələri, ya da iradəsizlikləri itələmədi heçliyə. Onları çıxdıqları o hündürlükdən üzü aşağı azərbaycanlı valideynlərin ən amansız və kəskin silahı olan "xalxın uşaqları" müqayisəsi itələdi.Ona görə öldülər ki, "xalxın uşaqları" 600 bal yığarkən onlar keçid balını keçə bilməmişdi, "xalxın uşaqları" valideynlərinin qürur yeri olarkən onlar ola bilməmişdi... Bizə məğlub olmağı, ikinci dəfə cəhd etməyi, dirənməyi öyrətmir valideynlərimiz. Universitetə qəbul olmağı şərəf, vicdan borcuna çevirib boynumuza yükləyirlər. "Heyif çəkdiyim əziyyətdən" deyirlər, "Heyif müəllimlərə tökdüyüm puldan" deyirlər. Heyif deyirlər, heyif...

Yaşının on yeddisində, həyatının ən xaoslu dövründə atdığı ilk addımda büdrəyən adama "Heyif" deməzlər axı. "Möhkəm ol", deyərlər...

Uşaqlarınızdan möhkəm yapışın, analar. Uğurlarına sevindiyiniz kimi, uğursuzluqlarında da yanlarında olun, atalar... Siz ki, bilirsiz, həyatın hələ qarşıda olduğunu, yaşamaq, işləmək üçün hamımıza lazım olan o kağız parçasının iş mutluluğa gələndə heç bir işə yaramadığını...

Yenə deyirəm, uşaqlarımız yaşamadan ölməsinlər. Böyüsünlər, adam olsunlar, şəxsiyyət olsunlar, özləri, öz ixtiyarları ilə qərar verə biləcək gücə çatsınlar. Sonrası isə... Sonrası öz seçimləri olsun.../qafqazinfo


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4365   Tarix: 14 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Seyran Ohanyan həbs olunmalı və layiq olduğu cəzanı almalıdır" - DEPUTAT

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki

29 mart
.

Azərbaycanda qızıl sürətlə bahalaşır - Səbəb NƏDİR

Hazırda ölkə ərazisində qızılın qiyməti rekord həddə çatıb. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib:. O bildirib ki, hazırda dünya bazarında qızılın qiyməti tarixi maksimumu göstərir:. "Azərbaycanda qızılıın qiymətinin artmasının səbəbi bilavasitə dünya bazarında qızılın qiymətini

29 mart
.

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO

Tanınmış müğənni İlahə İbadovanın toyu olacaq. Bu barədə sənətçi ATV-nin "Rəngarəng səhər" verilişində məlumat verib. O, ikinci dəfə ailə quracağını və artıq üzüklərin taxıldığını bildirib. Həmin görüntüləri təqdim edirik:

29 mart
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

29 mart
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

29 mart
.

Bu halda ipotekaya xitam veriləcək

İpoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliə ipotekaya xitam verilən hallar genişlənir. Qey

29 mart
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

29 mart
.

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO

Bakıda yeni elektrik avtobusu istifadəyə verilib. -ın məlumatına görə, avtobus parkının yenilənməsi çərçivəsində 5 nömrəli marşrut xəttinə narıncı rəngli elektrikli sərnişin avtobusu buraxılıb. Qeyd edək ki, sərnişin avtobusu Çinin "Zhongtong" şirkətinin istehsalıdır

29 mart
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəy

29 mart