Sədr 7800 manatlıq dələduzluq ittihamından danışdı: "Toydan sonra qardaşım dedi ki..."

Sədr 7800 manatlıq dələduzluq ittihamından danışdı: "Toydan sonra qardaşım dedi ki...""Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə ona qarşı irəli sürülən 7800 manat dələduzluq və rüşvət ittihamına aydınlıq gətirib.

Sədr aznews.az-a açıqlamasında ona qarşı irəli sürülən ittihamı əsassız hesab edir və bütün bunların başında qardaşının sabiq həyat yoldaşı Həcər Kəngərlinin dayandığını deyir:

"3 ildir ki, bu mübarizədəyəm. Biri var mübarizən yadlarla olsun, biri də var evinin içi ilə. Adam bilmir hansı addımı atsın, hansı qərarda dayansın. 3 ildir ki, bütün rahatlığım əlimdən alınıb. Bütün bunların arxasında qardaşımın keçmiş həyat yoldaşı Həcər Kəngərli dayanır. Hamı kimi biz də toy edib evimizə gəlin gətirdik, daha demədik ki, evimizə düşmən çəpəri olsun. Toydan sonra qardaşım mənə dedi ki, "bəs, Kamalə, Həcər evdə darıxır. Bəlkə ona da yanında bir iş verəsən, başı qatılsın". Mən də onu qırmadım. Dedim gəlsin baxaram. Doğrudan da işinin öhdəsindən yaxşı gəlirdi. Savadlı bir kadr idi. Bir müddətdən sonra Həcərlə qardaşım arasında problem yarandı. Ailə məsələsidir deyə, biz qarışmadıq. Nəsə, 2015-ci ildə onunla qardaşımın yolları ayrıldı. Ondan sonra Həcər burdan da işdən ayrıldı. Amma gedərkən eyni zamanda məni də hədələdi. Dedi ki, "qardaşının mənə 5 min borcu var. Ya onu, ya da mənə evindən pay verəcəksən".

Birliyin Qlobal Fondun ''Zərərin azaldılması proqramı'' layihəsində Həcərlə birlikdə 9 əməkdaş vardı. Həmin layihə 2015-ci ilin avqustunda rəsmi olaraq bağlanır. Amma əməkdaşlar yanvar ayından avqust ayına qədər könüllü olaraq həmin layihənin işlərini davam etdirirlər. O arada layihənin əməkdaşlarının maaşları gecikirdi. Hətta o aralarda 8 aya yaxın maaş ala bilmədilər. Amma mən borc alıb onların hamısının əmək haqqını verirdim. Həcər bilirdi ki, mən həmin pulu işçilərə Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyində işləyən dostumdan alıb verirəm. Həcər bunu mənim əlehimə istifadə etməyə başladı. Guya bu pullar rüşvətdir".

Kəmalə Ağazadə qeyd edib ki, gəlinləri layihənin iki əməkdaşını dilə tutub öz tərəfinə çəkib: "Deyib ki, "Kəmalə bizim adımızdan 1 milyona yaxın pul mənimsəyib". Ancaq hər bir əməkdaşın VÖEN-i və bank hesabı var. Bu baxımdan kiminsə yerinə imza atıb onun əmək haqqını mənimsəmək mümkin deyil. Bundan əlavə həmin layihə ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatından da, Qlobal Fond "Zərərin Azaldılması Proqramı" da yoxlama aparıb. Niyə yoxlama zamanı bu faktlar aşkarlanmayıb? Niyə əməkdaşların biri belə yeyinti ilə bağlı həmin yoxlamaya heç nə deməyib? Həcər 3 il ərzində barəmdə yazmadığı şər-böhtan qalmadı, daha haralara yazmadı, kimlərin qapısını döymədi... Qalaq-qalaq şikayət ərizələri yazıb ayrı-ayrı dövlət qurumlarına göndərib. Dəfələrlə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə şikayət ərizəsi yazıb. Sonra 2016-cı ildə Binəqədi RPİ-nin 7-ci Polis bölməsinə guya mən və ailə üzvlərim onun anasını və bacısına hədə-qorxu gəlməyimiz barədə şikayət göndərmişdi. Hamısı da əsassız. 2016-cı ilin aprel ayının 26-da təşkilatın işçisi Xətamət Binyətovanı Məlahət Abbasovanın evində yazılan səsyazmalarla hədələyib. Buna görə Xətamət Binyətova DİN-ə və Azərbaycan Uşaqları İctimai Birliyinə şikayət ərizəsi göndərib və DİN İAQMBİ-də araşdırma aparıldıqdan sonra H.Kəngərliyə təhdidlərinə son qoyması barədə xəbərdarlıq edildi. Təşkilatın əməkdaşları Vasif Akifli və Fariz Əsgərovu da hədələyib və onlar da DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Şikayətlər yoxlanıldıqdan sonra Həcər Kəngərli və Məlahət Abbasova qurumun 14 iyul 2016-cı il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndinə müvafiq olaraq tutduqları vəzifələrdən kənarlaşdırılıb. Rüşvətxor, dələduz olsaydım, Həcərin istədiyini verərdim. Amma bilirdim ki, bunun arxasında bir qisas var və bu qisası Həcər qardaşımdan deyil, məndən alır. Onun bu çirkin oyunlarına alət olmadım. Çalışdığım müəssisənin nüfuzuna xələlə gətirməmək üçün 2016-cı ilin martında İnsan Alveri Qurbanları üçün Sığınacağın direktoru vəzifəsindən azad olundum. Oradan ayrılsam da bu gün qurumun bütün tədbirlərində yaxından iştirak edirəm. Həcərin şantaj əməlləri bununla bitmir. O, sığınacaqda qalmış Nuranə Məmmədova adlı bir qadını da şantaj edib. Qadının uşaqlarının aliment sənədlərini əlindən alıb ki, mənə qarşı istədiyi şikayət ərizəsini yazdırsın. Qadın sonradan həmin ərizəni Həcərin şantajı əsasında yazdığını etiraf etdi".

Birlik sədri bu qədər şantaj-böhtana baxmayaraq, Həcər Kəngərliyə qarşı qarşılıqlı iddia qaldırmamasının səbəbini də açıqladı: "Bu, mənim ailə məsələm idi. İstəmirsən ki, ailə məsələn cəmiyyətə çıxsın. Yəni belə olan zaman məsələ bir az da dərinləşir. Fikirləşdim ki, ailə üzvü olub, necə olmasa, zamanla sakitləşər. Onun mənə etdiyi haqsızlıqlardan usandım. Həcər anlamadı ki, sədri olduğum birlik elə-belə bu yerə çatmayıb, böyük zəhmət qoymuşam. Burada 36 uşaq var və onların 24-ü rəsmən mənim qəyyumluğumdadır. Mən heç yerdən maliyyə almıram. Amma uşaqlara görə dövlət vəsait verməlidir, mənsə o puldan imtina etdim. Hazırda əməkdaşlarım Beynəlxalq Miqrasiya Xidmətinin "Məişət zorakılığı və İnsan Alveri Qurbanlarının Reinteqrasiyası" adlı layihədən maaş alır. O da başa çatdıqdan sonra hərə bir tərəfə dağılacaq. Burada bir mən qalacam, bir də nəzarətçi. Nə yaxşı ki, Azərbaycanda yaxşı və imkanlı şəxslər var. Biz onların gücü ilə ayaqdayıq".

Qeyd edək ki, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə dələduzluqda və rüşvət almaqda ittiham olunur. Birlik sədri Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1228   Tarix: 15 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021