Hafiz Hacıyev: "Əgər Paşinyanla görüşsəm, onun qulağını kəsib, cibimə qoyacam"

Hafiz Hacıyev: "Əgər Paşinyanla görüşsəm, onun qulağını kəsib, cibimə qoyacam"Ermənistanın yeni baş naziri Nikol Paşinyanın bu posta seçildiyi ilk günlərdən Azərbaycana yönəlik sayıqlamaları, Dağlıq Qarabağa səfəri ilə bağlı etirazlar səngimir.

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev "Yeni Müsavat"a açıqlamasında Paşinyanı "yıxıb-sürüdü":

"O inqilab yolu ilə hakimiyyətə gəldi. Bəzi siyasətçilərimiz düşünürdülər ki, o baş nazir olan kimi Dağlıq Qarabağı bizə qaytarmaq yönündə fəaliyyətə başlayacaq. Amma bu olmadı. Dünyada elə bilirlər ki, Paşinyan dinc yolla hakimiyyətə gəldi, "ilanın ağına da lənət, qarasına da". İlk səfərini Xankəndinə etdi və orada dedi ki, bu ərazini Ermənistana birləşdirəcəyik. Şuşada da muzey açdı. Paşinyanların burnu ovulmalıdır. Artıq hərəkətə keçmək lazımdır. Paşinyan Qarabağa gedərkən qarşısı alınmalı, onun vertolyotu havada vurulmalı idi. Serj Sərkisyan hakimiyyətdən boşuna getmədi. İstəsə hakimiyyətdə müxtəlif yollarla qalardı, amma erməni tərəfi gördü ki, Dağlıq Qarabağın demokratik, danışıqlar yolu ilə həlli zamanı çatıb. İndi 10 il də Paşinyanın nazı ilə oynamalıyıq? Prezident seçkilərində namizəd olarkən demişdim ki, qalib gəlsəm bir ay müddətində paytaxtı Xankəndinə köçürəcəm. Paşinyan kimi dığalar, saqqallılar biz möhkəm olsaq, Şuşada muzey aça bilməzlər. Bütün partiyalara səslənirəm ki, gəlin Qarabağla bağlı birləşək. Təəssüflər olsun ki, birləşək deyən kimi bunlar hakimiyyətə gəlməyi düşünürlər. Partiyaların hərəsi bir qüvvəyə işləyir. Biz də müəyyən məsələlərdə gözləyirik. Lakin bu çox çəkməyəcək, xalqımızın qarşısına çıxıb hədəflərimizi açıqlayacağıq, müraciətlər edəcəyik. Zaman gələcək, xalqımız Xankəndinə yürüş edəcək. Bütün millət prezidentin ətrafında birləşsin, birlikdə Xankəndinə hücum edək. Güclü ordumuz var, bu ordu nəinki Xankəndini, digər işğalda olan tarixi ərazilərimizi də azad edə bilərik. Bəzi məsələlərə açıq şəkildə münasibətimi hələ ki, bildirə bilmirəm. Zaman çatacaq, sözümü deyəcəm".

H.Hacıyev Paşinyanla indiki vaxtda üz-üzə gələrsə, ona nələr deyəcəyi barədə də danışdı: "O alçağın biridir, nə deyə bilərəm ki? Paşinyanlar biləsiniz ki, çox qorxaq olurlar. Məsələn, Andronikin qulağını biz kəsdik. Paşinyanlar bizimlə üz-üzə gələ bilməzlər. Beş milyon qərbi azərbaycanlı var. Bunların hamısı erməni dilini çox qəşəng bilirlər. Həmin azərbaycanlılar hazırda təşkilatlanırıq. Bütün vasitələrə əl atırıq ki, tarixi ərazilərimizə qayıdaq. Muxtariyyətimizi tələb edib, İrəvan, Göyçə kimi ərazilərimizdə məskunlaşmalıyıq. Paşinyan mənimlə rastaşsa, onun qulağını kəsib cibimə qoyaram. O haranın dığasıdır ki, bizə meydan oxuyur?

Paşinyanların qulaqları kəsilib əllərində qalmalıdır. Onun kimi dığaların analarını hər zaman ağlar qoymuşuq. İnanıram ki, zaman gələcək çağırışımla milyonlarla insan toplaşacaq, Qarabağı alacağıq. Buna hər kəs əmin olsun. Bizim Ermənistanda erməni qadınlardan olan çoxsaylı övladlarımız var. Paşinyanın mənim övladım olduğunu deyə bilmərəm. Amma orada bizə tərəf güclü insanlar var, kamikadzelərimiz də mövcuddur. Biz əslində partizan müharibəsinə də başlaya bilərik. Amma bizim böyüyümüz bir nəfərdir. Onu gözləyib, əmrinə tabe olmalıyıq.

Sadəcə onu deyə bilərəm ki, ermənilər çox qorxaqdırlar. Hər halda zamanı yetişib".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1292   Tarix: 15 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28 mart
.

Təlabat artıb, Azərbaycanda dollar BAHALAŞIR? -AÇIQLAMA

Son zamanlar ölkə ərazisində dollara tələbatın yüksək olması müşahidə olunur. Ölkə ərazisində dollara olan təlabatın bu dərəcədə artması nə ilə bağlıdır? Tələb bu qədər çox olarsa,dollar bahalaşa bilər?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, hazırda ölkədə dolları

28 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu

ABŞ-nin Nyu-Cersi sakini Mega Millions lotereya oyununda 1,13 milyard dollarlıq cekpot qazanıb. xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. Bu, ABŞ tarixində beşinci ən böyük lotereya uduşudur. Ölkə üzrə 13 nəfərin hər biri 1 milyon dollar mükafat alıb. Daha bir bilet Nyu Yorkda 2 milyo

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin fevral ayında şadlıq saraylarında sifarişlərin sayı cəmi 2.1 faiz artıb. Eyni zamanda, şadlıq saraylarında fevral ayında qiymətlər 3.8 faiz artıb. Xüsusə

28 mart
.

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində çevik olublar" - Açıqlama

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb. Mövzu il

28 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart