Politoloq: Yaxın Şərqdə vəziyyət daha da gərginləşəcək, Trampa ikrah hissi artacaq

Politoloq: Yaxın Şərqdə vəziyyət daha da gərginləşəcək, Trampa ikrah hissi artacaqGələcəkdə Yaxın Şərq bölgəsində ölkələr arasında münasibətlər xeyli gərginləşəcək.

Bunu Sonxeber.az-a politoloq Qabil Hüseynli ABŞ-ın Qüdsdə səfirlik açması fonunda Qəzza zolağında İsrail hərbçilərinin 50-də çox fələstinli ölürməsi ətrafında baş verən hadisələri şərh edərkən deyib.

Onun sözlərinə görə, İslam dünyası ümumilikdə ABŞ və İsrailə qarşı hımrəyk mövqe nümayiş etdirsə də, Səudiyyə Ərəbistanı bu istiqamətdə bir az işi ləngidir: "Türkiyə ABŞ və İsraildəki səfirlərini məsləhətləşmələr üçün geri çağırıb. Ərəb Ölkələri Liqası toplanacaq. Bu istiqamətdə Səudiyyə Ərəbistanı bir qədər işi ləngidir. Hazırda İslam Əməkdaşlıq Təşkilatına başçılıq edən Türkiyə qurumun təcili iclasını çağırıb".

Politoloq qeyd edib ki, ABŞ-ın Qüdsdə səfirlik açması və bunun fonunda ötən gün Qəzza zolağında İsrail hərbçilərinin xeyli sayda fələstinli öldürməsi Amerika Prezidenti Donald Tramp və Vaşinqton üçün, eləcə də İsrail və bu ölkənin Baş naziri Binyamin Netanyahu üçün çox böyük problemlər yaradacaq: "İndiki gərginliyin töhməti isə çox ağırdır və bunun altından çıxmaq çox çətin olacaq".

Hadisələrin bu cür gedişatının Türkiyə-İsrail münasibətlərinin perspektivinə təsiretmə ehtimalına toxunan Q. Hüseynli diqqətə çatdırıb ki, indiki dövrdə Türkiyə ilə İsrail arasında münasibətlər yox dərəcəsindədir: "Türkiyənin İsraildə səfirliyi qalır. Lakin Prezident Rəcəb Tayyib Ərdoğanın İsraili terrorçu dövlət adlandırması o anlama gəlir ki, iki ölkə arasında münasibətlər olduqca pis vəziyyətdədir".

Həmsöhbətim sonda əlavə edib ki, ABŞ-ın Qüdsdə səfirlik açması çox böyük ziddiyətlərin əsasını qoydu: "Bu, Amerikanın özündə də Trampa qarşı ikrah hissini artıracaq".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1108   Tarix: 15 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel